“UŞAQLAR, SƏNGƏRLƏRİ QAZIN!” – Müharibədən 4 ay əvvəl Vaşinqtonda ukraynalılara nə deyiblər?

Hazırda Rusiya-Ukrayna savaşında hərkəsi düşündürən əsas məsələ müharibənin necə başlamasından daha çox, necə nəticələnəcəyi, hansı tərəfin qələbəsi ilə yekunlaşacağıdır. Bu barədə bir çox dövlət nümayəndələri, xarici KİV-lər, beynəlxalq ekspertlər müxtəlif versiyalar, fikirlər səsləndirsələr də, heç kim bu qanlı savaşın nə vaxt və necə bitəcəyini bilmir. Lakin 6 aya yaxındır davam edən müharibənin gizli detalları ortaya çıxdıqca, gələcək üçün müəyyən proqnozlar vermək bir qədər asanlaşır.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “The Washington Post” nəşri yayımladığı “Ukraynada müharibəyə aparan yolla bağlı araşdırmadan ortaya çıxan 5 nəticə” başlıqlı yazıda müharibənin maraqlı detallarını ortaya çıxarıb. Otuzdan çox ABŞ, Ukrayna, Avropa və NATO rəsmilərinin müsahibələri əsasında hazırlanan bu məqaləni oxuculara təqdim edirik:

1. "ABŞ kəşfiyyatı Rusiyanın siyasi rəhbərliyinə və ordusuna yerləşdirdiyi casusların köməyi ilə Vladimir Putinin Ukraynaya genişmiqyaslı işğala hazırlaşdığını əvvəlcədən öyrənmişdi”.

2021-ci ilin oktyabrında Baydenin baş məsləhətçiləri ona Rusiya Prezidenti Vladimir Putinin Ukraynada genişmiqyaslı işğala hazırlaşdığını bildiriblər. ABŞ kəşfiyyatı peyk görüntülərindən və rabitə məlumatlarından istifadə edərək, Putinin paytaxt Kiyevi və ölkənin böyük hissəsini ələ keçirmək məqsədi ilə Ukrayna sərhədi boyunca qoşun topladığını Baydenə çatdırıb. Həmçinin ABŞ Putinin pandemiyayla mübarizəyə ayrılan dövlət vəsaitini azaltdığını, əvəzində hərbi əməliyyatlar üçün ayrılan maliyyə xərclərini kəskin şəkildə artırdığını da aşkar edib. Həmin vaxt ABŞ-ın Komitə sədri Mark A. Milley Baydenə bunları deyib: “Biz bütün bunlara əsaslanaraq, Rusiyanın eyni vaxtda bir neçə istiqamətdən Ukraynaya əhəmiyyətli strateji hücuma hazırlaşdığını bilirik”. Bütün bu faktlar onu göstərir ki, ABŞ 4 ay öncədən Rusiyanın Ukraynanı işğal edəcəyini bilirdi.

2. “ABŞ Ukraynanı silahlandırarkən, Rusiyaya ikinci bir ölkəyə hücum etməyə əsas verməməyə diqqət göstərib”.

Bayden, Rusiya ilə ABŞ arasında birbaşa münaqişə yaratmadan, NATO-dakı müttəfiqlərini ətrafına toplamağa çalışıb. Müttəfiqlər üçüncü dünya müharibəsinə getmədən qeyri-adi nüvə qabiliyyəti olan bir ölkəyə qarşı beynəlxalq asayişi təmin etməyə çalışıblar. Ukraynanın silahlandırılmasıyla bağlı hər bir qərar Rusiyaya eskalasiyaya əsas verməməkdən irəli gəlib. Bu, əlbəttə ki, Ukrayna rəsmilərinin xoşuna gəlməyib və onlar ABŞ-ı daha güclü silahlar göndərməyə məcbur etməyə çalışıblar. Həmin vaxt Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bunları deyib: “Əsas məqsədlərimizdən biri Rusiya ilə birbaşa münaqişəyə girmədən, Ukraynaya kömək etməkdir”.

3. “Bayden özünün yüksək səviyyəli kəşfiyyat rəsmisini Moskvaya göndərib ki, o, ABŞ-ın Rusiyanın müharibə planlarına dair əldə etdiyi məlumatları Putinə çatdırsın”.

Bayden bu mesajı Putinə çatdırmaq üçün, CIA direktoru Uilyam J. Börnsü Moskvaya göndərib. Börns Baydenin şəxsi məktubunu Moskvaya çatdırıb və o, Kremldəki ofisdən Putinlə telefonda görüşüb. Həmin məktubda qeyd olunub ki, “Biz sizin nəyə hazırlaşdığınızı bilirik. Ukraynanı işğal etsəniz, bunun ağır nəticələri olacaq”. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Börns, müahibələrinin birində bunları deyib: “Putin Zelenskiyə siyasi lider kimi çox laqeyd yanaşırdı. Həmin vaxt Putin işğalla bağlı geri dönüşü olmayan bir qərar qəbul etməmişdi. Lakin məktubdan sonra o, Baydenlə telefon danışığında bildirmişdi ki, “Ukrayna məsələsi ilə bağlı narahatlığım azalmayıb, əksinə artıb”.

4. “Rəsmi Kiyev şikayət edir ki, ABŞ kəşfiyyatı müharibədən əvvəl Ukraynanı yetəri qədər məlumatlandırmayıb”.

Ukrayna rəsmiləri şikayət edirlər ki, amerikalılar işğalla bağlı fikirlərini bölüşərkən, heç vaxt Kiyevə kəşfiyyat məlumatlarının təfərrüatlarını tam şəkildə təqdim etmirdilər. Noyabr ayında Ukraynanın Xarici İşlər naziri və Zelenskinin aparat rəhbəri Vaşinqtonda Dövlət Departamentinə baş çəkib, burada yüksək səviyyəli ABŞ rəsmisi ilə görüş keçiriblər. Həmin ABŞ rəsmisi görüşdə bu cümləni işlədib: “Uşaqlar, səngərləri qazın!”

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba bu hadisəni şərh edərkən bunları deyib: “Biz buna gülümsədiyimiz zaman, ABŞ rəsmisi dedi ki, mən ciddiyəm. Xəndəklər qazmağa başlayın. Sizə hücum ediləcək. Genişmiqyaslı hücum olacaq və siz buna hazırlaşmalısınız.”

Kuleba xatırladıb ki, müharibənin təfərrüatlarını soruşsalar da, ABŞ rəsmisi heç bir cavab verməyib.

5. “Zelenski bəzi Qərb rəsmilərinin onu müharibədən çəkindirməyə çalışdıqlarından şübhələnir”.

Zelenski narahat idi ki, onun hökuməti hakimiyyətdən getsə, Kreml tərəfindən dəstəklənən bir rejim qurulacaq və NATO Ukrayna məsələsini Moskva ilə danışıqlar yolu ilə həll etməyə çalışacaq.

“Qərbdəki tərəfdaşlarımız bunu istədilər. Əminəm ki, onlar mənim və ailəmin başına gələcəklərdən narahat idilər. Ancaq kimsə yəqin ki, hər şeyi daha tez bitirmək istəyirdi. Düşünürəm ki, mənə zəng edənlərin əksəriyyəti, demək olar ki, hamısı Ukraynanın bu müharibəyə davam gətirə biləcəyinə inanmırdı. Eynilə, bəzi tərəfdaşlarımız hesab edirdilər ki, ukraynalıları müharibəyə hazırlaşmaq barədə ətraflı məlumatlandırmaq ölkəni iqtisadi cəhətdən zəiflədəcək və Rusiyanın Ukraynanı ələ keçirməyini asanlaşdıracaq. Qoy bunun doğru olub-olmadığını insanlar müzakirə etsinlər”, - deyə Zelenski bildirib”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar