Menu

"BLİNKENİN BU İFADƏSİ İŞLƏRİ KORLAYIR..." - "Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaradacaq"

26.08.2022, 21:20
"BLİNKENİN BU İFADƏSİ İŞLƏRİ KORLAYIR..." - "Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaradacaq"

Xəbər verdiyimiz kimi, ABŞ Minsk Qrupuna yeni həmsədr təyin edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də bildirib.

“Mən səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdim. Səfir Rikerin təyinatı Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyir”,- deyə Blinken qeyd edib.

Sözügedən təyinatla bağlı politoloq Elxan Şahinoğlu açıqlama yayıb.

Ekspert qeyd edib ki, Rikerin səlahiyyətinin birinci hisssəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır: "Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Minsk Qrupunun “xidmətlərindən” imtina edib, Ukraynada apardığı işğalçı müharibə fonunda üzləşdiyi sanksiyalar səbəbindən Kreml də ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib, hətta ermənilərə simptasiya olan Paris mövcud şərtlər altında Minsk Qrupunun əhəmiyyətsiz olduğunu anlayıb, bircə üçüncü “həmsədr - Vaşinqton tutduğunu buraxmır.

ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin edib. Rikerin səlahiyyətinin birinci hisssəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır. Yoxdur da bu qrup, bu bir tək bizim istəyimizlə bağlı deyil, Rusiya ABŞ-la bir masada oturmaq istəmir".

Elxan Şahinoğlu daha sonra amerikalı diplomat ilə dialoqundan danışıb: "Bu yaxınlarda görüşdüyüm amerikalı diplomata “Vaşinqton nədən Minsk qrupundan imtina etmir?” sualını verdim və ona izah etməyə çalışdım ki, bu israrçılıq həm Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yarada bilər, həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar ki, bu Vaşinqtonun maraqlarına uyğun olmamalıdır. Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml “Minsk qrupuna yox” dediyinə görə Vaşinqton bunun tərsini “Minsk qrupu davam etməlidir” demək məcburiyyətində qalıb. Yenə də izah etməyə çalışdım ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil, bunun üçün Minsk qrupu xaricində kifayət qədər alət var, onlardan istifadə etmək lazımdır".

Şərhlər

Əkrəm 2022-08-28 16:08:10

Blinkenin bu təyinatı Azərbaycan diplomtiyasının süqut etdiyinə işrə və sübutdur.Baklda oturub boş,yalan vəd və məəlumatlarla insanların başını qatmağa çalışmaqdansa ABŞ.la,Rusiya ilə,digər aparıcı ölkələrlə işləməli və ölkə üçün vacib olan məsələlərin doğru həll edilməsinə çalışılmalıdır..Boş və nəticəsiz sözlərdən xalq kifayət qədər doyub və bezib.

Tahir 2022-08-27 11:52:36

Qələbəmizdən sonra bu ifadələr aşıqların söz deyişməsi qədər əhəmiyyət daşıyır.. Əsas odur ki, məglubiyuətdən sonra "əlbir və möhkəm xalq" kimi tərifləri göylərə qaldırılmış ermənilər bu iki ildə toparlana bilmədi, parçalandı və bu hələ də davam edir. Odur ki, kim nə çərənləsə də bizim işlər istədiyimiz nəticəni əldə etməyə mane ola bilməyəcək..Sadəcə bizə səbr, dözüm və təmkinlə davam etmək lazımdır ki, bunu da edirik...

Veteran 2022-08-27 00:21:58

Təyin edib nə edəcəkki?

Said 2022-08-26 22:19:39

Şahin bəy Blinken çapında politoıoq deyil. Ona nəyisə irad bildirmək ........! Pərdə arxası nəsə var ki, o belə deyib.

Azad insan 2022-08-26 20:29:03

Men Azerbaycanlı olarak bir isdeyim var Hakimiyeti redd edek yada özümüz bilersiz, Rusya'nın müttefiqi olarak qalın

sualın cavabı 2022-08-26 20:23:44

məncə rus ordusu Azərbaycana girib deyə ABŞ buna belə cavab verib.

turan 2022-08-26 20:22:01

Bu politoloqun qəribə məntiqi var ee.. Demək bir aydan sonra hansisa Rusiya hansısa ABŞ ilə bir stola oturacaq sonra da deyəcək ki, Minsk qrupunu bərpa edirik. Minsk qrupu tarixin zibilliyinə göndərilib, vəssalam! Kim zibillikdə eşələnmək istəyirsə öz işidir. Bizim zibillikdə eşələnməyə vaxtımız yoxdur, bərpa ilə məşğul olmalıyıq

t.ədalətə, Men 2022-08-26 17:07:24

Şəxsən Siiz, bilmirsiniz ki, yozma soyqırım kəlməsini tutuquşu kimi dilləndirənlər "nümayəndəsi" sözünü "həmsədr" yazdıra bilməzlər? Güman ki, Ukrayna müharibəsi də onların sövdələşməsidir?

t.ədalət 2022-08-26 13:34:21

Deyəsən ABŞ savadsızlığı ilə nüfuzunu zədələyir.Olmayan quruma nə səfir təyinatı?

Bir də əski Xankəndli 2022-08-26 13:10:15

ABŞ DKnin təyinatına cavab deyil, daha yüksəı aydınlıq sualı vermək münasib olardı? Bizim Azərbaycan nədənsə, oxşar uyğunsuzluq və aşağılamalara qarşı xalqın alternativ haqqlarını kəskinliklə təmaslar masasına qoymur? Orada azərbaycanlı ailələri yoxsa, burada erməni ailəsinin nə işinə-səngər qazıb, mina basdırmaöa, meşə, dağ, ev yandırmaq üçünmü?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol