NÖVBƏDƏNKƏNAR SEÇKİ, AMNİSTİYA, PREZİDENTLİK 7 İL – Tokayevdən inqilabi qərarlar

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev xalqa müraciətlə çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, Tokayev müraciətində inqilabi sayıla biləcək sensasiyalı dəyişikliklər təklif edib.

Qazaxıstanın indiki Prezidenti ölkədə növbədənkənar prezident seçkiləri keçirməyi təklif edib və bildirib ki, özünün səlahiyyət müddətinin başa çatmasına xeyli vaxt qalsa da, vəzifəsindən imtina etməyə və yeni seçkidə xalqın etimadını qazanmağa hazırdır.

Növbədənkənar seçkinin bu ilin payızında keçirilməsini istəyən Tokayev təklif edib ki, prezidentlik müddəti 7 ilə çatdırılsın. Lakin bir nəfərin yalnız bir müddətə seçilməsinə icazə verilsin. Yəni, bu təklif qəbul edilsə və qanuni qüvvəyə minsə, Qazaxıstanda prezident 7 il müddətinə və yalnız bir dəfə seçilə biləcək…

Tokayevin digər maraqlı qərarı Qazaxıstanda cari ilin yanvarında baş verən iğtişaşlarda həbs olunanlarla bağlıdır. Qazaxıstan Prezidenti bildirib ki, həmin aksiyaların iştirakçılarına amnistiya elan olunacaq.

Onun sözlərinə görə, indi ölkə vətəndaşlarına birlik vacibdir. Bununla belə, Tokayev qeyd edib ki, amnistiya iğtişaşların təşkilində iştirak edən əsas şəxslərə, eləcə də dövlətə xəyanətdə ittiham olunanlara və zorakılıq yolu ilə dövlət çevrilişinə cəhd edənlərə şamil edilməyəcək.

Tokayev ölkədə siyasi mühitin təkmilləşdirilməsinin, azad və demokratik şəraitin yaradılmasının vacibliyindən danışıb və qeyd edib ki, Qazaxıstan götürdüyü müstəqil kursdan geri çəkilməyəcək.

Prezident bir sıra sosial və iqtisadi məslələrlə də bağlı yeniliklər vəd edib. Məsələn, bildirib ki, ölkədə “Uşaq Fondu” yaradılacaq və hər yeni doğulan uşağın şəxsi hesabına 18 yaşının tamamına qədər dövlət tərəfindən vəsait köçürüləcək. Bu vəsaiti həmin şəxs yalnız 18 yaşının tamamında istifadə edə biləcək və nəzərdə tutulur ki, bu pul mənzil və digər sosial problemlərin həllinə yönəldiləcək. Həmçinin, qərara alınıb ki, 2028-ci ilə qədər qadınlar üçün pensiya yaşı 61 yaşdan yuxarı qaldırılmasın.

Tokayev çıxışında həmçinin, hökuməti tənqid edib və kadr dəyişikliklərinə gediləcəyini qeyd edib.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Azərbaycanlı 2022-09-02 10:08:11

Qazax milləti ayılıb öz haqlarını tələb edirlər. Tokayev də təmiz qanlı kazax olduğu üçün öz millətini başa düşür ona görə də hesablaşır milləti xalqı ilə.Başa düşdü ki rus türkün düşmənidir.

Ebu Zerr 2022-09-02 09:29:08

Tokayev əsl TÜRKdür. Tokayevə eşq olsun !

vətəndaş 2022-09-01 19:06:02

Qazaxstanda Məzahir Panahov YOXDUR ....Qazaxstanda Parlamentə deputat TƏYIN EDILMIR, Qazaxstanda Dovltət Budcəsinə XALQ NƏZARƏT EDIR.

Mubariz 2022-09-01 17:41:36

Qazaq qardaşların sağ əli bizim başımıza

turan 2022-09-01 14:48:11

Çox gözəl ,bəyənilsin,xüsusilə də Uşaq fondunun yaradəılması..

Veteran 2022-09-01 14:29:04

Yaxsı qərardır, Amma 7 il məsələsi olmasa. 4 il 2 dəfə olmaqla sivil dünyada qəbul olunan qanun 100 illərin təcrübəsində irəli gəlib.

Son yazılar