“AZƏRBAYCANLA DÜŞMƏNÇİLİK BİZİM ÜÇÜN TƏLƏDİR...” – Erməni deputatdan sensasiyalı çıxış

Ermənistan parlamentinin üzvü, Nikol Paşinyanın partiyasından millət vəkili olan Arsen Torosyan maraqlı və sensasiyalı bəyanatla çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, Torosyanın bu bəyanatı Ermənistan cəmiyyətyindəki qatı millətçi kəsim və revanşist siyasi qüvvələr tərəfindən böyük etirazla qarşılanıb. Torosyan deyib ki, Azərbaycana qarşı düşmənçilik erməni cəmiyyəti üçün tələdir və “artsax”ın müstəqilliyinin nə zamansa tanınması mümkünsüzdür: “2020-ci ildən sonra yaranan status-kvo özündə təhlükələr gizlədir. Biz münaqişəni bitirmək, yoxsa sonsuza qədər öldürülmək təhlükəsi altında yaşamaq istəyirik? Bunun üçün düşmənçiliyi dərinləşdirmək yox, 30 il ərzində bu münaqişə nəticəsində erməni və Azərbaycan xalqlarına vurulan yaraları sağaltmaq lazımdır. Azərbaycan 1994-cü ildə yaralanıb - 25 min qurban verməklə və 600 min nəfərin qaçqın düşməsi ilə. Bəlkə, yalnız bizik qurbanlar verən? Azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması bizim üçün tələdir. Biz düşmənçiliyi qızışdırmalı deyilik. Dövlət ötən illərdə “artsax”ın müstəqilliyinə nail ola bilməməklə uğursuzluğa düçar oldu. Bu ideya özünü aldatmaq idi. “Artsax”ın müstəqilliyinin tanınması şansı yoxdur və heç zaman da olmayıb...”

Göründüyü kimi, zaman-zaman erməni cəmiyyətində vəziyyəti nisbətən adekvat dəyərləndirən şəxslər üzə çıxır. Bir şey dəqiqdir ki, ermənilərin arasında belələri nə qədər çox olsa, onların xalq kimi normal gələcəklərinə ümid də bir o qədər çox olar.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Camaat 2022-09-09 10:36:02

Axırki dığalar içində 1-2 nəfərdə olsa ağıllı adama rast gəldik.

Camal 2022-09-09 00:15:55

İnanmayın, erməni fırıldaq fənd işlədir. Görsələr ki, vəziyyətləri çətinləşir belə danışanlar çoxalacaq ki, onlara yazığımız gəlsin - heç bir erməni çaqqalına güzəşt olmamalıdır - çox güzəştlər olunub, hər dəfə bizə daha ağır xain zərbələr vurublar...unutqanıq, belə davam etsək gələcəkdə yenə peşiman olacağıq. Bu çaqqalların çıxış yolu Qafqazdan rədd olub getmələridir. Allahın lənətinə layiqdirlər...

qaraguruh 2022-09-09 00:01:42

bunu doğrudanmı bir erməni deyib??? erməni-но вы не будете наказаны за свой гнев---вы будете наказаны вашим же гневом .

qaraguruh 2022-09-08 20:47:44

bunu doğrudanmı erməni deyib??, но вы не будете наказаны за свой гнев--вы будете наказаны вашим же гневом --чем ранше поймете это--тем лучше будет и для вас и для нас

Son yazılar