"MƏNİ SATQIN ADLANDIRACAQLAR, ANCAQ BU QƏRARI İMZALAYACAĞAM..." - "Başıma nə gələcəyi məni maraqlandırmır"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı maraqlı açıqlamalar verib.

“Caliber” xəbər verir ki, o, “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.

“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə o bəyan edib.

Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan üçtərəfli komissiya çərçivəsində Azərbaycana yeni təkliflər paketi təqdim edib.

Onun sözlərinə görə, təklifləri Brüsseldə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən verib.

O, qeyd edib ki, Ermənistanda hərbi vəziyyət tətbiq oluna bilər.

“Hərbi vəziyyətin tətbiqi ilə bağlı layihə mənim masamın üstündədir. Biz Təhlükəsizlik Şurasında və digər formatlarda vəziyyəti və belə bir qərarın qəbulunun zəruriliyini mütəmadi olaraq qiymətləndiririk”, - deyə hökumət başçısı bildirib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-09-15 17:38:25

Paşinyan ölkə parlamentindəki son çıxışı zamanı deyib-“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”. Paşinyanın ölümü gözünə alacaq qədər, bu səınədi imzalamaqda amacı nədər, əcabə. Yadımıza salmalıyıq ki, tarixdə bir kərə ermənilərə dövlət olmaları üçün verilən torpaqlar qonusunda, Azərbaycan Xalq Cümhuriyyetinin əli ilə edilən səhv, bu gün də biz nəsil tərəfindən bağışlanmır. Bununla belə, biz Beynəlxalq güclərin basqısı ilə ermənilərə dövlət olmaları üçün, 29 may 1920-ci ildə ilk olaraq verdiyimiz 9,0 min kv. km. ərazilər yetmədiyi kimi, sonradsn Bolişeviklərin onlara peş çekdiyi ərazilərimizin itgisi ilə də heç bir zaman barışmadıq və 100 ildən artıqdır da bu yöndə mücadilləmizi sürdürməkdəyik. İndi ermənilərin çoxu qanmasa da bunu, amma Paşinyan bilir nə danışır və nəyi təsdiq etmək istəyir. Belə ki, Paşinyan əslində yeni bağlanacaq sülh sazişində 29,8 min kv.km. ərazi çərçivəsində "Ermənistanın" sərhədlərinin Azərbaycan tərəfindən tanınması ilə adını tarixə salmaq və bütün bununla bağlı Azərbaycanın onlara qarşı indi qaldırdığı torpaq -xüsusən də Zəngəzur, Dərələyəz, Göyçə və Qaraqounlu mahalları ilə bağlı iddialarına bir dəfəlik son qoymaq istəyir. Hətta o imzadan sonra yox ediləcəyinin umurunda olmadığını və sadəcə “Ermənistan” Respublikasın taleyini düşündüyünü deyir. Ona görə də en və ya gec imzalanacaq bu yeni Sülh sazişində (44 günlük qələbəmizdən sonra Ölkə Başçısının saytına da bu barədə fikirlərimi yazmışam) bütün bu nüanslar ( ermənilərə qalan indik əzəli torpaqlarımızdan vaz keçməmək qonusunda) diqqətə alınmalıdır. Alınmalıdır ki, gələcəkdə yeni nəsillər biz Cümhuriyyetçiləri qınadığımız kimi ( hansı ki o zaman onlar həm də çox gücsüz idilər) bizi də qınamasınlar. İnanırıq ki, vətənpərvərliyinə və bu qonudakı qətiyyətinə güvənimiz sonsuz olan, Ölkə Başçısı bütün bu məsələlərdə hassəsiyyetini ve ezmini qoruyub saxlayacaqdır. Bəli bilirik hazırki vəziyyətdə bunun nə qədər çətin olduğunu. Məhz ona görə də söz qonusu vetenin bekası olduğu üçün, bu qonuda 7-dən, 70-ə cənab Prezidentin arxasındayıq, yanındayıq. Allah yar və yardımçımız olsun.

N.Seyfeli. 2022-09-15 11:55:03

Pashinyan ermenistanin xilasi namine agilli dushunur ve bashqa yolu yoxdur!

Vətəndaş 2022-09-15 11:10:41

Düşmən ölkənin başçısı Rusdan aralaşmaq istəyir, rus isə aranı belə qarışdırır.

Son yazılar