PUTİN SƏRHƏDDƏKİ TOQQUŞMADAN DANIŞDI - Paşinyana xəbərarlıq etdi

"Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır".

"AzPolitika.info"  xəbər verir ki, bunu çərşənbə axşamı Kremldə keçirilən etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

Xatırladaq ki, Ermənistanın səfiri Vaqarşak Arutyunyan da etimadnaməsini Rusiya Federasiyasının prezidentinə təqdim edib.

“Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı KTMT xətti ilə tədbirlər görülür. Qarşıdurma zonasına KTMT-nin baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”, - Rusiya lideri bildirib.

O qeyd edib ki, məsələnin həllinin açarı Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar, birgə işin aparılmasından ibarətdir. 

Vladimir Putinin sözlərinə görə, Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur.

"Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq", - Putin bildirib.

Nəzərə alsaq ki,  2020 və 2021-ci illərdə imzalananı üçtərəfli bəyanatların müddəalarına riayət etməyən Ermənistandır, onda Putinin bu açıqlamasını Paşinyana xəbərarlıq kimi də izah etmək olar.

"AzPolitik.info"

635x100

Şərhlər

daşn Moshuya aciz az 2022-09-22 19:47:27

Nədən, etirazınızı milyonlarla azərbaycanlı ailələrinə etnik soyqırım terroru və Azərbaycan dövlətinə qarşı 35 il birbaşa anti-Konstitusion cinayətlər törətmiş ermənilərə, hüquq orqanlarına yox, onların Hərbi Müttəfiqinə ünvanlayırsınız? Müttəfiqə bunlar aşkarlammalı və isbatlanmalıdır ki, SİZİN yuxarı Qarabağda sülhMƏRAMLI kimi müdafiə etdiyiniz ermənilərin bəlkə əksəriyyəti mühakimə olunmamış cinayətkarlardır?

Elmira 2022-09-21 08:37:10

Nə isə Moshu yoldaş altı- beş vurdu.

Moshu 2022-09-20 21:08:32

Dovşana deyir qaç, tazıya isə tut. Rusiya rəhbərliyinin ağzında imperiya dadı o qədər uzun müddət davam edib ki, bu gün də o dad onun damağından getməyib. Dünya əvvəlki dünya deyil, Rusiyanın da hədə-qorxusundan çəkinmir, əksinə onun süquta uğraması üçün əlindən gələni edir. “Əhməd haradadır” kinofilmindən bir epizod yəqin ki, hamımızın xatirindədir. Şirin kişi oğlu Əhmədə xox gəlir ki, asaram, kəsərəm. Nərgiz xala hələ ölməyib ona hədə-qorxu gəlirsən. Şirin kişi: hədə-qorxu gəlirəm. Bu gün Putin hədə-qorxu gəlməklə məşğuldur. Onun qatarı çoxdan gedib. Paşinyan nəmənədir ki, əgər Putin ona hansısa göstərişi verirsə, o həmin göstərişə əməl etməsin. Sadəcə olaraq Paşinyan Allahın bədbəxtidir. Qalıb su ilə od arasında. Aydın məsələdir ki, diplomatiyada müəyyən jestlər, ifadələr var ki, ona mütləq riayət etməlisən. Putinin yazıdakı fikrini təkrarlayıram. "Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq" . Artıq neçənci dəfədir ki, atəşkəs rejimi pozulur. Cavan oğlanlarımız şəhid, əlil olurlar, analar gözüyaşlı qalır, gəlinlərimiz dul qaslırlar, uşaqlar atasız böyüyürlər, ölkənin iqtisadiyyatı ağsamağa başlayır, cəmiyyət quruculuq işlərinin əvəzinə müharibə şəraitinə köklənir. Bunu məgər Putin bilmir? Ermənistan cəmiyyəti nə qədər ağlını itirib ki, düşdüyü bataqlıqdan çəxmaq yollarını axtarmasın? Bu ölkənin sıravi vətəndaşları birdəfəlik anlamalıdırlar ki, Azərbaycan artıq 1990-cı ilin Azərbaycanı deyil. Bunu anlamayan heç erməni də deyil. Bəsdir bu qədər qan tökmək. Uzaq qohumdan yaxın qonşu yaxşıdır. Rusiya erməniyə Azərbaycanla nisbətdə uzaqdır. Bu iki ölkə əsrlərdir ki, bir-biri ilə kirvəlik edib, qız verib qız alıb, toyları, vayları bir olub. Düşmənçilik fayda verməz.Nə qədər ki, rusun başı özünə qarışıb biz bütün yarımçıq məsələləri həll edib sərhədlərimizi möhkəmləndirməli, yeni növ silahları əldə etməliyik. Erməni başa düşmək istəməsə ona həytatın mənasını başa salmalıyıq. Əgər qorxmurlarsa deməli hörmət etmirlər. Ölkə başçısı demişkən: DƏMİR YUMRUQ YERİNDƏDİR. Ay sənin DƏMİR YUMRUĞUNA quzu kəsim.

Son yazılar