Milyarderlər “qiyamət günü”nə hazırlaşır – Yeraltı saraylar, 5 illik ərzaq ehtiyatı, saxta parklar... (FOTOLAR)

“Putinin nüvə müharibəsi ilə bağlı hədələrinin artdığı bir vaxt da, milyarderlər də öz bunkerlərini gücləndirmək üçün xərcləri artırmağa başlayıblar”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşrində yayımlanan məqalədə bildilrilir.

“Putin səfərbərlik elan edərkən bildirdi ki, “nüvə silahından istifadə edə bilər və bu, “blef” deyil”. Əgər dünyada nüvə savaşı baş versə, bu zaman milyonlarla insanın ilk partlayışda həlak olacağı düşünülür. İlk partlayışdan sağ qurtulanlar isə radiasiyaya məruz qalaraq öləcəkər. Fırtınalar şiddətləndikcə, zəhərli tüstüdən ibarət böyük buludlar atmosferə qalxacaq, günəş şüalarının qarşısını alacaq və planetin kəskin soyumasına səbəb olacaq. Əkin sahələri məhv olacaq və qlobal ərzaq qıtlığı yaranacaq. Ancaq bəşəriyyətin məhv olduğu bir vaxt da, dünyanın super zənginləri öz bunkerlərində gündəlik həyatlarını davam etdirəcəklər”, - məqalədə qeyd olunur. 

Sözügedən məqalənin bir hissəsinin tərcüməsini təqdim edirik:

“Ən zənginlərin yaşamaq üçün apardıqları mübarizə 2018-ci ildə səhrada keçirilən gizli görüşlə ortaya çıxdı. Onlar bu bunkerləri Yeni Zelandiyada və ya Alyaskada tikmək istəyirdilər. Ancaq baş verə biləcək iqlim böhranından sonra hansı bölgənin daha az təsirlənəcəyi onlara məlum deyildi. Daha böyük təhlükə nə idi. İqlim dəyişikliyi, yoxsa bioloji müharibə? Bütün bunlar onların ağlında olan suallar idi. Onlardan biri, hətta bir işarə ilə öz bunkerinə yollanmaq üçün, Hərbi Dəniz Qüvvələrini səfərbər etməyi planlaşdırmışdı. Digəri isə yeraltı bunkerində hovuza daxil olarkən, günəş şüalarını təmin etməyin yollarını axtarırdı.

Əslində belə bunkerlərin insanları qorumaq ehtimalı çox aşağıdır. Çünki radiasiya ən yaxşı barrikadalardan belə sıza bilər. Həmçinin bunkerin hava filtrləri mütəmadi olaraq dəyişdirilməlidir. Ancaq yeni filtrləri istehsal edən fabriklər məhv olduğu üçün, onları əldə etmək mümkün olmayacaq.

Kaliforniyalı bunker təchizatçısı “Vivos”-un qurucusu Robert Vicinonun sözlərinə görə, Bill Qeytsin hər bir evinin altında böyük sığınacaqlar var: “Onun təhlükəsizlik müdiri bir neçə il əvvəl bizimlə görüşmüşdü. Bu cür insanlar üçün, bir neçə milyon heçnədir. Bu, həqiqətən sığortanın ən yeni formasıdır”.

Texasdakı “Rising S Company” şirkəti bu cür bunkerlərin tikintisi ilə məşğul olur. Şirkətin təklif etdiyi təxminən 50 nəfərlik, 10 600 kvadrat metrlik “Aristokrat” bunkerinin qiyməti 8,3 milyon funt-sterlinqdir. Bunkerdə kinoteatr, sauna, idman zalı, boulinq zalı və hovuz yerləşir. Həmçinin bu bunkerdə yaşıllıqlar və itinizi gəzdirə biləcəyiniz süni parklar mövcuddur.

“Rising S” tərəfindən tikilən ən böyük sığınacağın ərazisi 14 000 kvadrat futdur. Burada yarış atları üçün meydança, lift, çoxlu sayda gizli otaqlar var. Həmin otaqlara yalnız xüsusi icazə ilə girmək mümkünüdür.

ABŞ-da yerləşən bunkerdə isə Naqasakiyə atılandan 100 dəfə güclü nüvə bombalarından qorunmaq olar.

Bu bunker yerin altında 15 mərtəbəli saray şəklində hazırlanıb. Bunkerin divarları 9 fut qalınlığındadır. Bunkerdə bir mənzilin dəyəri 2,6 milyon funt-sterlinqdir. Bu mənzilin sakinləri hər ay ərzaq üçün əlavə 2000 funt sterlinq ödəməlidir. Bunkerdə beş illik ərzaq ehtiyatı toplanılıb.

Bunkerin sahibi Larry Hall hazırda İngiltərə, Cənubi Koreya və digər ölkələrlə bu obyektlərin yeni versiyalarını qurmaq üçün danışıqlar aparır. Həmçinin l.Hall 23 milyon funt-sterlinqə şəxsi bunkerlər də hazırladıqlarını bildirir.

Hər halda milyarderlər nəyi seçəcəklərinə dair daha tez qərar verməlidirlər. Çünki Putin öz qorxunc təhdidlərini həyata keçirərsə, artıq onların bu bunkerlərə ehtiyacları qalmayacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2022-09-23 15:18:03

Bunker yaratmaqla deyil,yerin ve göyün sahibi ve onun mizan terezisi var ki,hele bilinmez Ezrayıl birinci kasıbları aparacaq ya milliarderleri ,ona göre teşvişe düşüb qorxmağa esas yoxdur.İkincisi ise ingilisler ve yehudiker ona kimi Putinin sallanmış qulaqlarını “ abıra” salarlar ,yeni Ezrayıl birinci salamı yeqin ki,Putin başda olmaqla ruslara verer.

Son yazılar