ƏRDOĞANDAN NÜVƏ MÜHARİBƏSİ İLƏ BAĞLI AÇIQLAMA - “Tanıdığım Putin ağlına qoyduğu hər şeyi edər”

“Mən bunları düşünmək belə istəmirəm. Mümkün nüvə müharibəsinin sonu fəlakətlə bitər”.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan “CNN”-ə müsahibəsində jurnalistin 3-cü dünya müharibəsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Danışmaq bir yana, bu haqda düşünmək belə olmaz. Bunları heç gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən uyğun addım olardı. Vladimir Putinin qismən hərbi səfərbərlik qərarı və Ukraynanın bəzi işğal olunmuş ərazilərində referendumlar keçirməsi narahatedici bir haldır. Güman ki, burada ilhaq prosesi gerçəkləşəcək. Əlbəttə, bütün bunlar diplomatik səyləri çətinləşdirir. Tanıdığım Putin ağlına qoyduğu hər şeyi edər...”, - Ərdoğan bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Camal 2022-09-30 08:52:39

Paslı avtomatları kimi bəlkə nüvə silahları da kiflənib. Rusiyanı qızışdırırlar ki, nüvə silahına bir balaca yaxınlaşsın - anındaca tərkəməsini çalsınlar. Putin dünya ilə qoz-qoz oynayır. Bir az da zəifləsə Amerika yox elə rusiyadakı ermənilər rusiyanı viran edəcək. Murdar ermənilərin quyruğundan sallanmağın axırı yaxınlaşır...

Eli 2022-09-29 19:05:27

Özünü ABŞ prezidenti Bayden başda olmaqla diger dövlet başçıları da ağıllı siyaset adamı hesab etselerde sehv edirler.İstenilen müharibe sonda sülhle qurtarır.Rusiya nüve silahı tetbiq etse de etmesede.Yaxşı olar ki, indiden tetbirler görülsün.Putine qeti etibar etmek olmaz .Onda ağıl zeifliyi var ve özünden başqa onu heç ne maraqlandırmır.

Eli 2022-09-29 18:35:27

Erdoğan ağıllı,derrakeli olduğu qeder de yaxşı adam tanıyandır.Putin nüve silahı tetbiq etse tebii ki Avropa ve ABŞ -dan cavab alacaq.Netice heç nu nüve müharibesi ve dünyanın beşeriyyetin sonu.İndi Baş llazımdır ki iş görsün her şey yoluna qoyulsun inad yox ağıl zamanıdır ,sebr temkin siyaset zamanıdır.

Asif - ə 2022-09-29 16:48:49

...........qudurmush paxani ozbashina buraxsan, qabaqcadan , vaxt itirmeden, buna ilk , birinci zerbe vurmasan - derhal mehv etmesen , o daha da azqinlashib, quduz halda, ozunden bashqa, etrafindakilarin hamisini mehv etmeye cehd gosterecek. Vaxt itirmek olmaz, chunki, ..........paxan, oz hoqqalarini , shantaj ile, hamiya dikte etmek niyyetindedir. TARIXI DEYISHMEK ve TARIXI ALDATMAQ , QEYRI MUMKUNDUR.

Asif 2022-09-29 13:49:38

amerika onu sutunu ele mayalasinki

Son yazılar