"BAKI SƏRHƏDLƏRİN BU XƏRİTƏLƏRLƏ MÜƏYYƏN OLUNMASINI TƏLƏB EDİR" - Erməni mediası açıqladı

Azərbaycan Ermənistan qarşısında beş əsas tələb irəli sürüb.  "AzPolitika.info" xəbər verir ki, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Nəşrin  məlumatına görə, bunlar aşağıdakı tələblərdir:

- Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması və "dqr" "müdafiə ordusu"nun ləğv edilməsi;

- Ermənistanın "dağlıq Qarabağı" heç bir muxtariyyət statusu olmadan Azərbaycan ərazisinin bir hissəsi kimi tanıması;

- Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin reallaşmasının təmin edilməsi;

- İki ölkə arasındakı sərhədlərin delimitasiya və demarkasiya prosesini 1919-1920-ci illərin xəritələri üzrə həyata keçirmək (konkret hansı xəritələrdən danışıldığı hələlik məlum deyil);

- Ermənistan hökumətinin Birinci və İkinci Qarabağ müharibəi dövrü itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməsi.

Erməni nəşri Azərbaycanın sonuncu tələbi gələcəkdə İrəvanı hərbi cinayətlərdə ittiham etmək niyyəti ilə irəli sürdüyünü iddia edir.  

Bu o deməkdir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu məsələlər həll olunmalıdır. Yaxud da hansısa  kompromis tapmaq və ya  Azərbaycanı bu tələblərdən imtina etməyə inandırmaq lazımdır" - deyə qəzet yazır.

Qeyd edək ki, Paşinyana yaxınlığıi ilə tanınan bu erməni nəşrinin Azərbaycanın tələbləri kimi yaydığı bəndlərin əksəryyətini rəsmi Bakı açıq mətnlə də bəyan edib və burada qeyri-adi nəsə yoxdur. 

Maraqlı və yeni olan Bakının sərhədlərin delimitasiya və demarkasiya prosesini 1919-1920-ci illərin xəritələri üzrə həyata keçirməyi tələb etməsinə dair yazılanlardır. İddia doğrudursa, bu, rəsmi Bakının Azərbaycanın keçmiş SSRİ-yə daxilil olarkən mövcud olan sərhədlərini bərpa etmək iradəsini ortaya qoyduğunu göstərir...

Elman

"AzPolitika.info"


635x100

Şərhlər

Xərtədən filankəsə 2022-10-05 23:04:48

Rusiya çarlığının 1918 ci il qərarı və Beynəlxalq sonrakı təsdiqi-Azərbaycan 136 min kv km,, Ermenmstan 29 min kv km!

Veteran 2022-10-04 14:17:39

Tamamilə doğru tələbdir.Əks halda İrəvan Xanlığının məsələsi qaldırılmalı və dağıdılmış 20% torpaqlarımıza dəyən zyanlara görə 150 milyard manat təzminat gündəmə gətirilməli və müvafiq dünya qurumları qarşısında məsələ qaldırılmalıdır. .

filankəs 2022-10-04 13:38:50

- Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin reallaşmasının təmin edilməsi; - İki ölkə arasındakı sərhədlərin delimitasiya və demarkasiya prosesini 1919-1920-ci illərin xəritələri üzrə həyata keçirmək (konkret hansı xəritələrdən danışıldığı hələlik məlum deyil); Bu 2 bənd bir-birinə 180 dərəcə ziddir. Əgər sərhədlər 1919-1920-ci il xəritələri əsasında müəyyən ediləcəksə, o halda Zəngəzur dəhlizinə ehtiyac olmayacaq. Çünki Zəngəzur, Dərələyəz, Şərqi Göyçə və Dilican bölgələri onsuz da Azərbaycan daxilində olacaq. yəni dəhlizə ehtiyac olmayacaq. yox, əgər dəhliz olacaqsa, onda sərhədlər Sovet dövrü xəritələrindən biri və / və ya bir neçəsi əsasında müəyyənləşəcək.

Əliəddin 2022-10-04 11:55:35

İrəli sürülən tələblər beynəlxalq qanunlara zidd olsa da, azğınlaşmış ermənilərə çox tutarlı cavabdır. Dağlıq Qarabağla bağlı həyasız iddialarından əl çəkmədikcə bu iddialar qüvvədə qalmalıdır.

B.Qarabağlı 2022-10-04 11:48:40

Dünyanın Ermənistan və Azərbaycandan kənar heç bir siyasətçisi dəqiq bilmir ki, Miatsum şüarına səs verməyən DQMV və ətraf üç yüz mindən çox azərbaycanlı ailələrinə qarşı vəhşi terror törətmiş seperatçı ermənilər mühakimə olunmayıb və hələ də yuxarı Qarabağda iki qat mühafizə olunurlar? Ermənistan hərbisi da hər gün min bəhanə Azərbaycana tərəfə müftə silahlardan atəş açmaqdadır?

Son yazılar