“RUSİYA MƏĞLUB OLACAQ, HÖKMRANLIQ TÜRKİYƏNİN ƏLİNƏ KEÇƏCƏK” – “Putin hakimiyyətdən uzaqlaşdırılacaq”

“İşğal olunan ərazilərin itirilməsi, səfərbərliklə cəbhəyə göndərilən çağırışçılar və nüvə silahı. Rusiya-Ukrayna savaşında son mənzərə bu şəkildədir. Rusiya müharibəni uduzur və bunu bilir. Putinin ordusu bərbad vəziyyətdədir. Döyüş planları yoxdur, valyuta ehtiyatları tükənir və qış yaxınlaşır. Ukrayna ordusu isə öz növbəsində bütün ölkə boyu irəliləməyə davam edir. Bu zaman ortaya belə bir sual çıxır: “Rusiya məğlub olsa, nə olacaq?””.

“AzPolitika.info” xəbər verir ki, bu sualı “Atlantic Council” analitik mərkəzinin türk əməkdaşı Alp Sevimlisoy Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində səsləndirib və özü də cavablandırıb.

O, bildirib ki, Putin Ukraynadakı məğlubiyyətdən sonra hakimiyyətdən uzaqlaşdırılacaq və Rusiya parçalanmaq təhlükəsi ilə üz-üzə qalacaq: “Putinsiz Rusiya perspektivi nəvaxtsa fantaziya kimi görünsə də, onun Ukraynadakı məğlubiyyətdən sonra hakimiyyətdə qalması mümkün görünmür. Putinin demək olar ki, heç bir yolu qalmayıb. Açığı, Putinin sonunun necə olacağını təsəvvür edə bilmirəm. O, bundan sonra xalqının üzünə necə baxacaq? Dünya səhnəsindəki hegemonluğunu necə bərpa edəcək?”.

Analitik hesab edir ki, Rusiyanın çöküşü kəşfiyyat xidmətləri və ordudakı daxili çəkişmələrdən sonra baş verəcək: “Rusiyanın daxilindəki qüvvələr bundan istifadə edərək, “Biz özümüzü daha yaxşı idarə edə bilərik və müstəqillik uğrunda mübarizə aparmaq üçün kifayət qədər beynəlxalq dəstəyə sahibik” demək üçün fürsət tapacaqlar. Biz bunu mütləq görəcəyik”.

Ekspert bildirib ki, müharibənin nəticəsi təkcə Rusiyaya yox, bütün regiona təsir edəcək: “Rusiyanın təkcə əvvəllər muzdlu əsgərlər göndərdiyi, kreditlər verdiyi və infrastruktur qurduğu Cənubi Amerika və Afrika kimi ölkələrdə deyil, həm də Qazaxıstan, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan və Qırğızıstan kimi keçmiş sovet dövlətlərində də nüfuzu və təsiri zəifləyəcək”.

“Artıq bu ölkələr tərəfindən Rusiyaya qarşı addımlar atılmağa başlanılıb. Məsələn, Moskvanın uzun müddətdir müttəfiqi olan Qazaxıstan Putinin çağırışından qaçan 100 000-dən çox rusiyalını qəbul edir, eyni zamanda ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayır. İndiyədək Rusiyaya səssiz dəstək verən digər dövlətlər də narahatlıqlarını dilə gətirməyə başlayıblar. Çinin xarici işlər naziri Vanq Yi bir neçə gün əvvəl BMT-də çıxış edərək, “ölkələrin qanuni hüquq və maraqlarını qorumağa” çağırıb. Hindistanın Baş naziri Narendra Modi isə bildirib ki, “İndiki dövr müharibə dövrü deyil və mən sizinlə bu barədə danışmışam””, - ekpert bildirib.

Sevimlisoy hesab edir ki, Ərdoğanın mövqeyi müharibəni bitirmək üçün açar rolunu oynaya bilər: “Məğlubiyyətdən sonra Kremli cilovlamaq üçün Türkiyə əsas oyunçuya çevriləcək. Rusiya anlayacaq ki, dünya gücü deyil və sıradan bir Qara dəniz dövləti olması faktıyla barışacaq. Bundan sonra isə bölgədəki hökmranlıq Türkiyənin əlinə keçmiş olacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2022-10-05 21:46:13

Var olsun Türkiyə, hamımız türkük!

t.ədalət 2022-10-05 20:49:48

Putinin sonuncu sığınacaq yeri Türkiyədir.

qaraguruh 2022-10-05 19:08:46

mən türk qardaşlarımıza məsləhət görərdim ki işlərini səssiz görərək faktı təsdiq etsnlər--yoxsa ki--nə demək istədiyimi sonra rus dilində bir (pritça ???) ilə bildirərəm

Veteran 2022-10-05 09:28:20

Allah Qüvvət Versin !

Son yazılar