ƏLİYEVDƏN MAKRONA SƏRT SÖZLƏR - "Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin..." (Yenilənib)

"Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi!"

"Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

"Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Bundan başqa, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım", - dövlət başçısı bildirib.

"Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi.

Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik", - dövlət başçısı bildirib.

635x100

Şərhlər

Moshu 2022-10-15 09:43:41

Bu gün 200 il bundan əvvəlki hadisələri müzakirə edirik. Bir toplum olaraq hamımız həmin hadisələri pisləyirik, bəzilərimiz də indi olduğu kimi bu hadisələrə tərəfsiz münasibət bildirir. Biz həmişə boyunduruq altında olmuşuq. Başımızda duranların zəhər sözü də ağzımızda bal kimi dadıb. Bu gün də belə davam etməkdədir. Bəzilərimiz də bu “kişilərin” davamçılarıyıq. İndi neyləyək ki, biz də Fransa kimi əhalimizin sayı 66.086.208 nəfər deyil. Eyni gücə malik olsa idik, yəqin ki, Fransanın sonsuz lideri qələt edib bu ifadələri ağzına almazdı. Bir adamın ki, nə övladı var, nə normal ailəsi (gedib nənəsi yaşda birisini alsa idi daha məsləhətli olardı) erməni xislətli birisindən (əslinə qalanda bu “şərəf daşıyıcısının” erməni kökləri var) bundan artıq nə gözləmək olar?. Mənim üçün maraqlıdır, fransa cəmiyyəti belələrini haradan tapıb özlərinə rəhbər seçirlər. Gözün kor olsun ay fransa seçicisi. Rus ədibi Krılovun bir təmsilində deyilir “güclünün yanında gücsüz günahkardır” Bu gün də bu ifadə qüvvədədir. Neynəyək, görünür ki, bu gün biz bu vəziyyətlə barışmalıyıq. Yəqin ki, “Axırıncı aşırım”da Abbasqulu bəylə Kərbala arasındakı dialoq xatirimizdədir: “Kərbəla sənin topxanan yox, cəbbəxanan yox”, Kərbala: “namusumuz, qeyrətimiz var bəy”. Bəli, bu gün qeyrətdən uzaq fransızın qarşısından qaçmamalıyıq. Nə qədər qaçsaq bir o qədər təqib olunacağıq. İnşəallah, biz də 40-50 milyon olarıq, onda bunlara eyni səviyyədə cavab verərik (Allahın köməkliyi ilə ona doğru gedirik). Qaradan tünd rəng yoxdur, lap uzağı olsun zil qara. Biz nəhayət sözümüzü deməyi bacarmalıyıq, ən azından qulağı kar olmuş dünya bunları eşitməlidir. Fəxr edirəm ki, bu gün sözünü deyən liderimiz var. “Biz hələki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var”. Bu sözləri oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət başçıları Şurasının iclasındakı çıxışında İlham Əliyev bildirib. Bəli, 30 il səbr etdik, Fransa və super dövlətlər 44 günlük müharibədə nə ilə sonuclanmanın şahidi oldular. Bir az ürəkli olaq, dünya artıq o dünya deyil.

Eli 2022-10-14 19:38:39

Men bir şeyi başa düşmürem, daha doğrusu başa düşmek isteyirem.Tarixi qedimden dünyanın yazılmış ve yazılmamış qanınlarıns göre aile balaca bir dövletdir onı idare ede bilen şexs dövleti de idare ede biler.İndi bu MakronuN iki oğulluğu var ikisi de yaşca bından böyük özünün ise deyesen övlafı yıxdur .Bu asam özüne normal aile qura bilmeyib bu mece dövlet idare edir nsşs düşmürem .Yox eger heyat yoldaşını siyaset nöqteyi nezerinden alıbsa bu artıq ikiqat Fahişedir yeni beynelxalq dereceli fahişe

Tahir 2022-10-14 18:50:35

Prezidentimizin sözləri diplomatik dildə deyilməsi mümkün olan ən ağır sözlərdir. Loru dilə çevirdək bu o deməkdir ki, " Makron, gəlib səni əzişdirərik"

Miri 2022-10-14 18:29:39

Hörmətli t.ədalət. Prezident "Böyük dövlət deyəndə Fransanı nəzərdə tutur, Rusiyanı yox.Yəni Fransa kimi böyük dövlətin prezidenti küçə səviyyəsində çıxış etməsi ayıbdır.

Tahir Qasımov 2022-10-14 18:19:49

Əhsən!!! Afərin cənab Prezident!!!!! Bir qalib xalqın liderinə layiq cəsarət, məntiq, həqiqət dolu bir fikirlərdir.Yaşa İlham Əliyev!!!!!

azər 2022-10-14 17:40:41

Bizim iqtidar müxalifətdən zəifdi

t.ədalət 2022-10-14 17:39:03

Rusiyanı "böyük ölkə" yox,işğalçı və terrorçu ölkə kimi tanıyırlar.

vətəndaş 2022-10-14 17:38:07

Fransada, hər dəfə seçkilerdə , Məzahir Pənahovun dəstələri kimi şəbəkənin fəaliyyəti YOXDUR və seçki - KOMPAS əqrəbini , yekun , istənilən - lazımlı nöqtəyə gətirmək imkanı , YALNIZ XALQIN ISTƏYINDƏN ASILIDIR . Fransa prezidenləri : Şirak, Sarkozi , Olland qaldı tarixdə, Makron təkrar prezident seçilə bilməz, Fransada QANUN VAR bu barədə. Amma, Rusiyada MAVZOLEY - də Vladimir Iliç Lenin DAIMA " YAŞAYIR " , son illərdə isə BUNKER - də , 30 il Kreml SAHIBI OLAN ...........putin yaşayır və Ukrayna xalqına terror - soyqırım törədir. TARIXI ALDATMAQ MUMKUN DEYIL, hər kəs törətdiyi cinayətlərə görə, HÖKMƏN, QANUN qarşısında CAVAB VERƏCƏK.

Azər B. 2022-10-14 17:04:29

SSRİni niyə buraxdırır və buraxırdılar? İki qonşu və guya ki, suverən respublikanın ayırd edə bilmədiklərini yaxın hali Gürcüstan da yox, çox uzaq vəzifədən asılı şəxslərlə həll etməyə çalışırlar? 28 il öncəki sammitdə ABŞ prezidenti təklif etdi ki, biz problemin yaxın RF tərəfindən operativ həllinə razıyıq!?

dadaşyev 2022-10-14 16:07:29

Supeeeeerrrr!Sıradan bir Azərbaycan vətəndaşı kimi ürəyimdən tikan çıxdı vallah.Azərbaycana yuxarıdan aşağı baxan hər bir ölkə belə kəskin və qəti cavabını almalıdır!

Son yazılar