PREZİDENT BAĞIROVU VƏZİFƏSİNDƏN AZAD ETDİ - Bu ölkəyə səfir göndərdi + DOSYE

Prezident İlham Əliyev Elçin Tələt oğlu Bağırovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, E.T.Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elçin Bağırov 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır.

Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən hal-hazıra kimi Protokol xidmətinin Rəisi işləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin  Bağırov 2019-cu ildə  “Şöhrət” ordeni ilə təltif edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

qulu 2022-10-18 11:23:09

Yerini dəyişib Çıxartmaq başqa bir şeydir.(şaxmat rakirovkası edib)

aze 2022-10-17 19:31:26

xalq acdır özləri qarınlarını doyuzdurur

t.ədalət 2022-10-17 19:29:55

Hələ də Moskvada təhsil alanlara,Rusiya ytetirmələrinə etimad göstərilir.Bu təyinatlar müstəqilliyimizlə bir araya sığömır.

Son yazılar