“Sən sovet dövrünü müstəmləkəçilik dövrü hesab edirsən?...” – Tanınmış şair keçmiş naziri ifşa etdi

Tanınmış şair, yazıçı Aqşin Yenisey Türkiyədə ədəbi mükafatlandırma mərasimi zamanı Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun rüsvayçı münasibət i ilə üzləşib. 

Şairin bu barədə "Feysbuk" səhifəsində paylaşdığı statusu oxuculara təqdim edirik:

"Bu ilin avqust ayında Türkiyənin Bursa şəhərində “Türk Dünyası Ədəbiyyat (roman) Ödülləri” tədbirində mən də romanı mükafat alanların sırasında idim. Mükafatlandırma mərasimindən bir gün əvvəl səhər yeməyi vaxtı Azərbaycanın görkəmli siyasi xadimi, alim, müstəqil dövlətimizin Baş naziri və Xarici İşlər naziri işləmiş Həsən Həsənovla qarşılaşdıq. Səhər yeməyini bir masada yeyəsi olduq. Söhbət zamanı Həsən müəllim dedi ki, mükafatları hər ölkənin öz rəsmi nümayəndəsi təqdim edəcək, sənin mükafatını təqdim etmək də məndən xahiş olunub. Sevindim. Soruşdu ki, romanın mövzusu nədir? Romanın sovet müstəmləkəçiliyi dövründən müstəqillik dövrünə keçiddə ilişib qalan, köhnədən qopa, yenidən yapışa bilməyən Azərbaycan insanının iki dəyərlər sistemi arasında üzləşdiyi psixoloji hətərən-pətərənlikdən bəhs etdiyini söyləyəndə Həsən müəllim sözümü kəsdi: 

- Sən sovet dövrünü müstəmləkəçilik dövrü hesab edirsən? Sovet dövründə bizim müstəqil dövlətə aid bütün inzibati strukturumuz vardı; polisimiz, parlamentimiz və s.

Amma nədənsə "səfirimiz, ordumuz vardı” deyə bilmədi.

Mübahisədən etika namimə yayındım, çünki verəcəyim “əgər sovet dövründə müstəqil dövlət idiksə, onda imzaladığımız “Müstəqillik aktı”nın hansı məntiqi və hüququ əsası var? Sovet dövründə də müstəqil idiksə, biz niyə bir də boş-boşuna müstəqil olduq və hər il “Müstəqillik günü”nü rəsmi olaraq bayram edirik” kimi suallarla görkəmli və yaşlı dövlət xadimini yormaq, çətinə salmaq istəmədim. Bu kiçik mübahisənin nəticəsi səhəri gün mükafatlandırma mərasimində bəlli oldu...

Mükafatı vermək üçün səhnəyə birinci Azərbaycan təmsilçisini, yəni məni çağırdılar. Səhnədə Türkiyə dövlətini təmsil edən Binəli Yıldırım qarşısında məni görəndə bir anlıq çaşdı. Əl uzatmazdan əvvəl üzünü aparıcıya çevirib nəsə dedi, çox güman, Binəli bəy qoca, eynəkli, beli bükülmüş, səhnəyə üç-dörd adamın köməyi ilə çıxan bir yazıçı yolu gözləyirdi. Qarşısında isə yalnız saçları ağarmış cavan bir oğlan dayanmışdı. Nəhayət, uzun pıçapıçdan sonra əl görüşdük və Binəli bəy astadan dedi ki, sənə mükafatı Bursanın Bələdiyyə başkanı verəcək. Mükafatın simvolunu başqandan alıb səhnədə göstərilən yerimdə dayandım. Məndən sonra digər türk ölkələrindən gələn qoca-qoca yazıçıları köməkləşib səhnəyə qaldırdılar. Onların mükafatlarını isə öz ölkələrinin Türkiyədəki səfirləri təqdim etdilər, üstəgəl, yazarlarının təşəkkür nitqlərini də Anadolu türkcəsinə uyğunlaşdırıb iştirakçılara çatdırdılar və keçib səhnədə öz yazarlarının yanında dayandılar.

Bir də baxdım ki, səhnədə Azərbaycan adına təm-tək qalmışam.

Müstəqillik uğrunda dünən səhər yeməyində apardığım mübarizə məni ortalıqda tək qoymuşdu.

Amma hər işdə bir xeyir var; Bakıya yola düşməzdən öncə boş qalan iki-üç saatlıq vaxtımı yüngülvari alış-verişə xərcləməli oldum. Bursalı satıcı Azərbaycandan gəldiyimi biləndə nə üçün gəldiyimi soruşdu. Ödül aldığımı dedim..

- Nə ödülü?

- Roman ödülü... 

Hiss etdim ki, bir şey başa düşmədi. Çıxarıb telefonumda aşağıdakı Binəli bəy və Bursanın Bələdiyyə başqanı ilə olan şəklimi göstərdim. Dərhal aldığım bütün ayın-oyunun qiymətində yarıbayarı endirim etdi və məni bir neçə “əvət”lə uğurlayıb yola saldı.

Şərh etməyəcəyəm! “Müstəqillik Günü”müzün əbədi olması diləyi ilə!"

"AzPolitika.info"

635x100

Şərhlər

Şahin 2022-10-20 14:20:24

Aqşin yenə qərəzlidir.H.Həsənov Qarabağ hadisələri başlayanda Mərkəzi komitədə 2 azərbaycanlıdan biri idi ki, xalqın sözünü deməyə kişiliyi catırd..Həmin illərdə Mərkəzi komitənin işciləri H.ƏLİYEVƏ qarşı cıxırdılar O axıra qədər o yoldan cəkilməədi Həmişə Ziyalılarla birgə hərəkət edirdi Ayaz Mütəllibov deyirdiki H,Həsənovun Nazirlər kabinetində otaöı Xalq Cəbhəsinin ixtiyarında idi.Aqşin bunları biməz.

Veteran 2022-10-19 09:37:48

İyrənc bolşevik rejimi bizim ən layiqli adamlarımızı da xarab edirdi.

Elgüc 2022-10-18 23:56:37

Həsən Həsənovun günahı çox böyükdür. Gedib uşaq-muşağa qoşulub. Ay şair, sən get kitabını yaz, SSRİ tarixinə qarışma, sənin səviyyən deyil bu.

dadaşyev 2022-10-18 22:36:50

Deyirəm bir tərəfə baxanda yaxşı ki rəhmətlik Sabiri Şamaxıdan öz qohum-əqrəbası qovub,o da Bakıya gəlib.Gəlməsəydi Bakının o zamankı halını görməzdi,məsələn,bu şeri də yazmazdı."Neyniyim, ey vay! Bu urus başdılar,Bilməyirəm hardan aşıb-daşdılar?!Ölkədə gündən-güne çoxlaşdılar,Hər əmələ hər işə çulğaşdilar,Qoymayln, ay köhnələr, ay yaşdılar!Heyvərələr hər yerə dırmaşdılar!Sanki bunlar bir-birə qardaşdlılar,Yoxdu təəssübləri,çaşbaşdılar!Çünki nə sünni nə qızılbaşdılar,Bir yava şeydir bu başi daşdilar!Hökm eləyin, küfrlə ulğaşdılar,Dini-xudadən qırılıb qaşdılar,Cümləsi kafirlərə yoldaşdılar".

Eli 2022-10-18 20:26:39

t.edalet bey sehviniz var.Siz Hesen müellimin ve onun oğlunun qedim Türk tarixinin bu günedek heç kimin müraciet etmediyi ve qaranluqlara aydınlıq getiren elmi fikirleri ile tanış olsanuz heç vaxt bele insafsız ve besit fikir yürütmezdiniz .Bir az ciddi ve vicdanlı olun kimşnse Haqqını danmayın.

Eli 2022-10-18 18:02:44

Aqşin beye ise tövsiyyem odur ki,bir Dövlet xadimi haqqında fikşr söylemezde evvel onun Dövlet ve Millet qarşısındakı xidmetlerini araşdırsın sonra fikrini ictimaileşdirsin.Tebii ki men de Aqşin beyi ürekden tebrik edirem.Ancaq be bir şeyi yaddan çıxarmasın :Senet ve Senetkara verilen mğkafatlar şerti ve müveqqetidir onlara verilen enböyük mükafat Xalqın ve Mülletin onlara ve eserlerine olan sevgi ve mehebbetlerşdir.Nece ki bu mehebbetti Dahi Üzeyir Hacıbeyli Hüseyn Cavid ,Mlrze Celil ve diger ölmez Senetkarlaromız qazanmışlar.

t.ədalət 2022-10-18 17:37:25

Gürcüstanlılar Həsən Həsənovu "tat Əzizin oğlu" kimi tanıyırlar.Yadımdadır,yenicə müstəqilliyə nail olduğumuz vaxtlar idi.H.Həsənov baş nazir təyin olunmuşdu.Müsahibə üçün xeyli KİV nümayəndələri gəlmişdi.H.Həsənov bizi arxa qapıda qəbul edib,dedi ki,Türkiyə mətbuatından gələnləri azdırın getsin.Sonra söyüş söydü.Dedi ki, Rusiya televiziyasının zona müxbiri Mayis Məmmədovu axtardı.Dedi ki,biz özümüzküləri (yəni,rusları) qoyub türkü neyləyirik.Qoy getsinlər.O,bir rus ....kimi çıxış etdi.

Eli 2022-10-18 17:28:31

Rehmetlik Heyder Eliyevin her iki dövründe onun komandasında olan kadrların içersinde Hesen müellimle müqayise olunacaq ikşnci bir şexs olmayıb ister savadda ister dövlet quruculuğu meselelerinde isterse de milli meselelerin konkret hellinde.Rehmetlik Ülu Önder de onu hemişe yüksek qiymetlendirib.Bu Sexs öenim fikrimce Heyder Eliyevden sonra dövlet adamı kimi üç Böyük Azerbaycanlı varsa onların birincisidir ve o xalqına ve Dövletine tememnasız xidmet eden tek tek Millet Fedailerindendir,Böyük Tarixi Şexsiyyetdir.

Eli 2022-10-18 17:20:05

Hörmetli “Azpolitika” Size bir mesletim var,qebul etmeseniz de ,bu Sizin öz işinlzdir.Aqşin Yenisey istedadlı yazıçıdır bu öz yerinde Ancaq onun Hesen Eziz oğlu Hesenov haqqında konkret fikir söylemesi üçğn heç bir menevi haqqı yoxdur.Eger Hesen Eziz oğlunun Dövlet ve Millet qarşısındakı xidmetlerini -ister Sovet istersede Müsteqillik döneminde nezere alsaq Aqşin Yenşsey bu yazıya göre gerek Hesen müellimden ve xaqdan min defe üzr istesin.Bu iki şexsin xidmetlerini müqayise etmek özü çox böyük günahdır.

korrektor 2022-10-18 17:01:47

Sovet dövrünü qaytarmaq istəyənlər üçün: Başa düşün ki, SSRİ-də Varşava Müqaviləsi Təşkilatı var idi. Bütün SSRİ bu ölkələrin var-yoxunu yeyirdi. Bəs indi bu təşkilat yoxdur axı? Neft və qaz qurtara-qurtardı.

Haci Elman 2022-10-18 16:30:24

Belkada gaytardilar fikirlasir o

Son yazılar