RUSİYANIN EFİRİNDƏ "BÖYÜK OYUN"... - Baş rollarda Andranik və onun Nataşası... + VİDEO

Rusiyanın efir məkanlarında yayımlanan və siyasi məsələlərin masaya yatırıldığı proqramlar özünəməxsus “standartlara” sahibdir. Uzun illərin təcrübəsi göstərir ki, sözügedən “xüsusi norma”lardan biri məhz heç bir halda balansın gözlənməməsidir. Belə ki, hər hansı bir məsələyə eyni qütbdən baxan “ekspert”lərin diskussiyasında bəzən əks-qütbü təmsil edən, onun mövqeyini müdafiə edəcək bir söz deyəcək bir nəfər belə tapılmır. Bu cür proqramlarda hətta aparıcılar belə “ekspert”ə çevrilir və bir rejissor kimi qonaqlarını qurulan tamaşanı maksimal şəkildə hərarətləndirməyə təşviq edir.

Məsələn, elə Rusiyanın “Birinci kanal”ının efirində yayımlanan “Böyük oyun” proqramı həqiqətən “böyük oyun”a səhnə olub. Aparıcı Vyaçeslav Nikonovun rəhbərlik etdiyi “tamaşa”da baş rolu “ekspert” və ya sadəcə tipik erməni olan Andranik Miqranyan oynayıb. İnsaf üçün deyək ki, onun tərəf müqabilləri də heç də A.Miqranyandan geri qalmayıblar.

Proqram Aİ-nin Ermənistana göndərdiyi missiyaya həsr olunub. Təbii ki, müzakirə masasında Azərbaycanın mövqeyini müdafiə edəcək bir nəfər belə olmadığı üçün A.Nikonovun “ekspert”ləri “Böyük oyun”u “Böyük Ermənistan”a həsr ediblər.

Xüsusən canfəşanlıq göstərən, “cəfakeş” erməni xalqının nümayəndəsi, çıxışı boyu Rusiya ordusunun fəaliyyətləri barədə “bizimkilər” deyərək öz erməni kimliyini unutmuş və rusiyalıya çevrilmiş imici formalaşdırmağa çalışan, əslində isə tipik separatçı, terrorçu və faşist erməni xislətinə sahib A.Miqranyan Azərbaycana qarşı açıq ərazi iddialarına haqq qazandırmağa çalışıb. Tipik erməni “ekspert” çox güman ki, ekranda əks olunan Azərbaycan xəritəsində hansısa qondarma qurumun təsvirinə yer verilməsindən ürəklənib və riqqətə gəlib. A.Miqranyan çıxışı ilə Rusiya ictimaiyyətini inandırmağa çalışıb ki, Qarabağda Azərbaycanın yurisdiksiyasının bərpası Rusiya Federasiyasının maraqlarına cavab vermir. O, Vladimir Putinin hansısa çıxışından guya “məntiqi nəticə” çıxararaq Rusiyanın digər məsələlər həll edildikdən sonra “status” məsələsinə qayıdacağını iddia edib.

“Birinci kanal”ın efirində şou göstərən ermənipərəstlərdən biri də öz riyakar mövqeyi ilə çoxdan tanınan Nataliya Naroçnitskaya – A.Miqranyanın dili ilə desək “Nataşa” olub.

Nataşa proqramın sonunda aparıcının son sözünü kəsərək “Qarabağ əzəli erməni torpağıdır” ifadəsini səsləndirəcək qədər həyasız xislətə sahib olduğunu nümayiş etdirməkdən çəkinməyib.

Nataşanın son sözü, əslində, oynanılan sifarişli səhnəciyin mahiyyətini tam olaraq ortaya qoyub. Rusiyanın efir məkanında hansı dairələrə xidmət etdikləri, hansı maraqları güddükləri bəlli olan bir təxribat qrupu Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib, separatizm təbliğatı aparıb.

Sözügedən qrup bunu edərkən Rusiyanın, rəsmi Moskvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə məhəl qoymayıb, dövlətlərarası münasibətlərə kölgə salmaqdan çəkinməyib.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində separatizmə çağırışa görə cinayət məsuliyyəti tətbiq olunur. Hətta Çində separatizm çağırışları terror fəaliyyətlərinə bərabər tutulur.

Belə olan halda Rusiyanın efir məkanında “ekspert” adı altında bir qrup muzdlu təxribatçının separatçılıq çıxışları etməsi, Rusiya ilə yaxın münasibətlərə sahib bir ölkənin ərazi bütövlüyünə məhəl qoyulmaması faktını araşdırmaq Kremlin marağında olmalıdır.

İstənilən halda Azərbaycan ictimaiyyəti üçün Rusiya efirlərində müvafiq təxribatlar yenilik deyil. Azərbaycan xalqı sözügedən sifarişli tamaşaların arxasında dayanan qüvvələri də, onlara havadarlıq edənləri də yaxşı tanıyır. Üstəlik, növbəti səhnənin qurulmasında Ermənistanın, necə deyərlər, quyruğunun qapı arasında sıxışmasının, Azərbaycanın qüdrəti qarşısında aciz duruma düşməsinin nə qədər böyük rol oynaması da gün kimi aydındır.

Ancaq istənilən halda məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi müvafiq müraciətlər etməli və təxribatçıların cəzalandırılmasına ən azından cəhd etməlidir…(oxu.az)


635x100

Şərhlər

Şahin 2022-10-24 08:02:41

Mən təsadüfən o verilişə baxdım , Cox yaramaz və tərbiyəsiz bir hərəkət idi.Bizim Xarici İşlər nazirliyi sərt bəyanat verməlıiydi.Kanalın yayımı isə dayandırılmalıdır,Ən azı bunu etməliyik.Bu fürsətdir.Rusiyanın indiki dönəmində

2+2=4 2022-10-21 19:49:41

V.Nikonov - Molotovun yeganə qız nəvəsi; Qatı, dəlicəsinə ermənipərəst.....Moskva Dövlət Universitetində təşkil olunan konfranslarda bir neçə dəfə iştirak etmişəm, canlı şahidiyəm...babasının həyatını yaşayacaq, qenetika özünü göstərməlidir !!!

Buzovnalı 2022-10-21 19:27:01

It hūrər karvan kecər. Niyə hec olmasa 1 illik rusiya kanallarının yayımı baģlanmır?

Şəhriyar 2022-10-21 15:13:46

Salam. Çox təəssüf ki, "Böyük oyun" verilişinin son buraxılışının Youtube platfomasında versiyası yoxdur. Sözsüz ki, bu verilişdə xalqımıza və dövlətimizə qarşı deyilən iftiralara tutarlı cavab vermək olardı!!! Həmçinin bir dəqiqləşdirmə aparmaq istərdim ki, verilişin yeganə “nataşası” hay toplumunu təmsil edən siyasətbazın meymuna oxşar sifətindəki yazıq görkəmli eybəcərliyindən ilhamlanaraq bir qədər də irəli gedərək xalqımızı qaniçən adlandırıb??? Belə ki, meymuna bənzər hay siyasətbazı Qarabağda müvəqqəti olaraq yerləşmiş rus hərbi dəstəsinin oradan çıxarılması halı baş verəcəyi təqdirdə - bu zaman “nataşa” replika ilə qeyd edir ki,- belə olan halda yerli haylar Azərbaycan tərəfindən qılıncdan keçiriləcəklər (ruscası – вырезать)! Rusiyadakı səfirliyimiz bu iftira və qarayaxmalar ilə əlaqədar dərhal etiraz bəyanatı ilə çıxış etməlidir!!! Deyəsən Tacikistan Prezidenti İmaməli Rəhmonun Astanada Putinin üzünə dediyi sözlərdən rus “başbilənləri” nəticə çıxarmaq istəmirlər ki, istəmirlər...

Tiqran Zarqaryan 2022-10-21 14:02:28

Ermənilər tarixdə de fakto ilk dəfə 18ci əsrin əvvəlində katolik (ehtimal ki, yunan) kilsəsində hansı etiqadla qeyri-etik vərdişlərinə görə kilsə edamını qaçıb hay kimi və İranda grekor inanclı xaçkar sektası və Rusiyada erməni kimi qəbul ediliblər! Sonrakı nağıl-tarixlər hamısı yozma-uydurmalardır!

Son yazılar