BAYDEN AĞ EVİN YOLUNU UNUTDU... – Hirsini mühafizəçilərdən çıxdı + VİDEO

Çaşqınlığı, unutqanlığı və qəribə hərəkətləri ilə tez-tez gündəm gələn ABŞ Prezidenti Co Bayden bu dəfə də Ağ Evin yolunu unudub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Bayden və birinci xanım Cil Bayden Ağ Evin 70 yaşlı bağbanı Deyl Haninin 50 illik yubileyini qeyd etmək üçün, Ağ Evin bağçasında onuna birlikdə ağac əkiblər. Ağacəkmə mərasimindən sonra Bayden prezident ofisinə qayıtmaq üçün Ağ Evə getmək istəsə də, yolu səhv salıb.

Onun xanımı dərhal bağbanı çağırıb. Bağban Baydenin arxasınca tələsik gedərkən, Prezidentin şəxsi mühafizəçiləri Baydenə “Bu tərəfə” deyərək yol göstəriblər.

Co Baydenin “Əgər başqa yolla getmək istəsəm necə?” sualına, mühafizəçilər “Əlbəttə, siz istədiyiniz yerə getməkdə azadsınız” cavabını veriblər.

Co Bayden isə etiraz edərək “Bəli, mən nə qədər azad olduğumu görürəm” deyib.

Maraqlıdır ki, Baydenin getdiyi istiqamətdə hər hansı bir yol yoxdur…

Qeyd edək ki, Co Baydenin son zamanlar canlı yayımdakı qəribə hərəkətləri, sosial şəbəkə istifadəçiləri arasında onun xəstə olmasıyla bağlı iddiaların yaranmasına səbəb olub.

Ancaq ABŞ prezidenti son müsahibələrinin birində bütün bu deyilənlərə aydınlıq gətirib. O, səhhətində hər hansı bir problemin olmadığını bildirib:“Mənim səhhətimlə bağlı narahatlıqlar əsassızdır. Bunu görmək üçün məni yaxşı-yaxşı izləmələrini tövsiyə edirəm. Mən taleyə inanan bir insanam. Sabah xəstəliyə düçar ola və ölə bilərəm. Ancaq indi özümü yaxşı hiss edirəm, yaşımla əlaqədar hərəkətlərimdə heç bir azalma yoxdur. Hələ 2024-cü ildə keçiriləcək prezident seçkilərində də namizəd olmağı düşünürəm”.


“AzPolitika.info”


635x100

Şərhlər

Veteran 2022-10-27 12:41:48

Qoca tamam ağlınıl itirib.

Son yazılar