Menu

PAŞİNYAN RUSİYANIN TƏKLİFİ İLƏ RAZILAŞDI - "Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır"

28.10.2022, 11:09
PAŞİNYAN RUSİYANIN TƏKLİFİ İLƏ RAZILAŞDI - "Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır"

“İrəvan Rusiya Federasiyasının təklif etdiyi prinsiplər əsasında Bakı ilə dövlətlərarası münasibətlər qurmağa razıdır”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter” hesabında bildirib.

O həmçinin qeyd edib ki, bunu Soçidə təsdiqləməyə də hazırdır.

“Ermənistan sentyabrın əvvəlində Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üzrə əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərinin üzərində dayanacaq”, - deyə Paşinyan qeyd edib.

Şərhlər

Cəmşid Dərələyəzli 2022-10-28 12:06:53

Gerizəkalı sen ne olsun, razısan, Bəs bizim maraqlara necə uyğundurmu o prinsipler. Biz onunla razılaşacağıqmı. İlham Əliyev əlehimizə olan o prinsilərlə razılaşmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol