PAŞİNYAN BİRGƏ BƏYANATIN QƏBULUNA MANE OLMAQ İSTƏYİB - Soçi danışıqlarının bəzi təfərrüatları məlum olub

Rusiyanın Soçi şəhərində keçirilən yüksək səviyyəli danışıqların bəzi təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, “Caliber.az”ın əldə etdiyi məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hərbi toqquşmaları yekun bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Üstəlik, baş nazir Nikol Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma buna nail ola bilməyiblər.

Ermənistan tərəfi sənədə öz bəndlərini daxil edə bilməyəcəyini anladıqdan sonra birgə bəyanatın qəbuluna mane olmağa çalışsa da, erməni hiyləsi baş tutmayıb. Üstəlik, bu, ev sahibi ölkəyə - Rusiyaya və şəxsən Putinə açıq-aşkar hörmətsizlik olardı.

Beləliklə, yekun bəyanatda “status” bircə dəfə də olsa qeyd edilmir. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.

635x100

Şərhlər

dadaşyev 2022-11-01 15:46:00

Qərbin olmayan “Vaşinqton planı” Azərbaycanı şirnikləndirərək Soçi görüşündən imtina edəcəyinə və Rusiya ilə münasibətləri pozacağına hesablanmışdı;guya bu plana görə ermənistan Qarabağdan birdəfəlik əlini üzməliymiş.Bunu 44 günlük müharibənin tam başlarındaca BMT TŞ-da Azərbaycana qoşun yeridilməsi məsələsini qaldıran ABŞ və Fransa deyirmi yəni?Üstəlik ermənistan da guya buna görə Qərbdən üz döndərir və Rusiya planına “Hə” deyir,çünki Putin Valdayda dünyaya aşkarca bildirir ki,Vaşinqton planıyla siz Qarabağı itirmiş olacaqsınız.Halbuki Vaşinqton planıyla ermənistan müvəqqəti olaraq Qarabağdan əl çəkmiş kimi görünəcək,itirən isə ermənistan yox Rusiya olacaq.Cənubi Qafqazı itirəcək.Amma elə ki rus murdarməramlıları bizdən,rus bazaları da ermənistandan çıxarıldı,ABŞ və Fransanın cənubi Qafqazda həngaməsi o zaman başlayacaq;Rusiya uzaqda olacağı üçün Qarabağa amerikan-fransız birlikləri yeridilərək onu bizdən alınıb ermənistana vermək üçün at oynadacaqlar.Məsələyə Türkiyə,Pakistan da qarışınca bütün Qafqaz qaynayacaq qazan kimi.Amerika və Fransa sərhədlərindən çox uzaqlarda olacaq bu işlər deyə oradakıların vecinə olmayacaq təbii ki qırğın,qan-qada.Amma Rusiya cənubi Qafqazla həmsərhəddir deyə hər bir dövlət kimi o da istəməz ki,sərhəddi yanında qeyri-stabillik olsun.Məhz Rusiya faktorundan Qərb qorxduğu üçün bu yerlərə burnunu soxammır,yoxsa vallahi çoxdan bizi amerikanlar-fransızlar İraqın,Suriyanın,Əfqanıstanın gününə salardılar.Beləliklə,Azərbaycan Soçi görüşünə getməklə Qərbin hiyləgər planı pozuldu.Çünki ermənistan artıq deyəmməyəcək ki,madam ki Azərbaycan tərəfi iştirak etmir,Vaşinqton planını istəyir,məcburuq o planı qəbul etməyə.Burada tora salınan ermənilər oldu;Rusiya Valday çıxışıyla aldatdı onları və bu bəyanatla ermənistanı Qərbdən alıb öz caynağına keçirməyi bacardı.Tamahkarı hiyləgər aldatdı yəni.Biz isə heç nə itirmədik,çünki anladıq ki o Valday çıxışı dünya erməni kütləsinə istiqamətlənmiş çıxışdır;çağırdılar getdik,sözümüzü də dedik ki,Qarabağ məsələsi çoxdan bitib,nəyin müzakirəsini aparaq?

Cəmşid Dərələyəzli 2022-11-01 11:46:22

Nə yazıq ki, Rusiya Qərbə inad məsələnin "həllinde" kenarda da qalmaq istemir ve hem de Azərbaycana qarşı özünün son 200 illik riyakarlıqlarından da vaz keçmek istemir. Belə olmasa idi Ukrayna qonusunda Dünyanı qarşısına alıb da bunca problemlərlə uğraşdığı bir vaxt da riyakar tavırlarda bulunub, görüşden önce yeni oyunların ssenarisini cızıb, Vardanyanların eli ilə Xankəndində şou göstərməsinə neden olmazdı. . Amma Putin anlamaq istemir ki, (əslində anlayır da, amma hikke ve hegomonluq müştebehliyi imkan vermir) artıq ne zaman o zamandır, ne de Azərbaycan o Azərbaycandır ki, her isteyne nail olsun. Onu da yaxşı anlayır ki, Azərbaycanın yanında artıq Türküye varsa, çox təziq de göstərə bilməz. O Türküye ki, bu gün Qerbin bütün çabalarına reğmen Rusiyanın qarşısında yox, yanında yer aldı ve hayla da qalmaqda devam edir.. Ona görə də endişelenmeye gerek sanmıram. Çünki, dünyada və bölgəmizdəki deyişən geopolitiq dengeler və mövcud vəziyyəet hele ki, Azərbaycanın, Türkün xeyirinə işləyir. İnşallah Sülh sazişi ilin sonuna kimi imzalanar. Çünki, Tağı Əhnədov demişken artıq ermənilərin ne burcutmalı orası qalıb, ne de yeri.

Elcin 2022-11-01 02:49:17

Dəhşət

Son yazılar