KREMLİN MÜQAVİLƏSİNDƏKİ TƏHLÜKƏLİ "15-Cİ BƏND"... - "Rusiyanın tam taqətdən düşməsini gözləməliyik"

“Erməni cəmiyyətində belə rəy yaratmağa çalışırlar ki, guya Ermənistan üçün Rusiyanın təklifləri (sülh sazişi təkliflərindən söhbət gedir - red.) daha sərfəlidir, Qərbin təklifləri isə sərfəli deyil. Amma Ermənistan hakimiyyəti Rusiyanın proqramını rədd edir və Qərbi qəbul edir. Bağışlayın, bu iddianın reallıqla heç bir əlaqəsi yoxdur”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan həftəsonu “Mülki müqavilə” partiyasının 6-cı qurultayında deyib.

Paşinyana görə, iki anlayış var: “Rusiya və Qərb, amma Ermənistan Rusiyanın təklifinə öz prinsipial razılığını 2021-ci ilin yanvarında verib. Bu sazişlərin əsas müddəası odur ki, Rusiya Ermənistan və "Dağlıq Qarabağın" qarantıdır. Bu plan Ermənistana 2021-ci ilin avqustunda təqdim edilib və sentyabrda biz razılığımızı vermişik. Və əgər Rusiya vasitəçi kimi 15 bəndlik təklifləri əsasında sənəd təklif edərsə, biz imzalamağa hazırıq".

Qeyd edək ki, ilk dəfədir ki, 15 bəndlik təklif və Rusiyanın qarantorluğu barədə fikirlər rəsmi səviyyədə səslənir. Yada salaq: cəmi bir neçə həftə öncə Rusiyanın nüfuzlu “Kommersant” nəşri yazmışdı ki, Bakı-İrəvan danışıqlarında Moskvanın xüsusi nümayəndəsi (keçmiş həmsədr) İqor Xovayev iki ölkəyə səfər edərək, tərəflərə Rusiyanın sülh variantını təklif edib. Sənədin 15-ci bəndinə əsasən Qarabağ erməniləri üçün status nəzərdə tutulur, lakin sonraya saxlanılır. Bildirilirdi ki, rəsmi Bakı bu variantı rədd edib, İrəvan isə qəbul edib.

İndi Paşinyanın sözündən aydın olur ki, Moskva Bakının imtina elədiyi variantı təzədən masaya yatırır?

“Kommersant” onu da qeyd eləmişdi ki, Azərbaycan tərəfinin imtinasından sonra Rusiya status məsələsini (15-ci bənd) sülh müqaviləsinin mətninə yox, ayrıca protokol kimi qəbul eləməyi təklif edib.

Eyni zamanda Paşinyan hökuməti də sözdə sülhpərvər davransa da əməldə revanşa hazırlaşır. Sürətlə müasir silahlar alır. İran, Hindistan, Fransa Ermənistana açıq siyasi və hərbi dəstək verir.

Rusiya isə nəyin bahasına olursa-olsun Qarabağda qalmaq niyyətindədir. Bunu Azərbaycanın rəsmi razılığı ilə etməyə çalışır.

Siyasi ekspertlər hesab edir ki, Azərbaycan Rusiyaya bu imkanı verməməlidir. Soçi görüşündə ölkənin mövqeyi bir daha təkrarlanmalıdır. Sülhə və müharibəyə hazır olduğumuzu göstərməli, ölkəmizin maraqlarına zidd olan heç bir sənədə heç vaxt imza atılmamalıdır. Hansısa qondarma layihələrə, Xankəndidə keçirilən mitinqə məhəl qoymadan, öncəki siyasət davam etməlidir. “Status gorbagor oldu” bəyanatı qüvvədən düşməməlidir. 

Rusiya Ukraynada dərin bataqlığa salınıb. Hələ orada çox çabalayacaq. Biz də səbrlə tam taqətdən düşməsini gözləməli və həlledici anda zəruri addımları atmalıyıq. Rusiya qarşıdakı illərdə öz gücünü daha da itirəcək. Türkiyə və Azərbaycanla ziddiyyət onun marağında və imkanında deyil. Azərbaycanın indiyə qədər nümayiş etdirdiyi iradənin bundan sonra da nümayiş etdirilməsi bizə imkan verəcək ki, Rusiyanın reallıqla barışmasına nail olaq. Bu zaman Xankəndi mütləq rəsmi Bakının iradəsinə tabe olacaq. Ekspertləri fikrincə, gec-tez Xankəndi Azərbaycana tabe olacaq. Bu, sülhlə də olmasa, güc yolu ilə reallaşdırılacaq.

ABŞ və Rusiyaya Cənubi Qafqazda sülh, yoxsa konflikt lazımdır - rəylər

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov isə “Yeni Müsavat”a bu barədə bildirib ki, Nikol Paşinyanın bir siyasətçi kimi danışıqlarında olan bir-birinə zidd fikirlər barədə birmənalı təhlil aparmaq çox çətindir. Təcrübə göstərir ki, Paşinyanın nəyi doğru, nəyi yalan dediyi bəlli olmur: “İndi də əlimizdə tam dəqiq bir məlumat yoxdur ki, buna istinadən fikirlər söyləyək. İlk dəfə Paşinyanın dilindən eşitdik ki, Rusiyanın təklif elədiyi hansısa bir 15 bəndlik sənəd layihəsi var və oradakı sonuncu bənddə Qarabağdakı ermənilərin statusu məsələsi əksini tapır. Əgər Paşinyanın bu açıqlaması həqiqəti əks etdirirsə, təbii ki, Azərbaycanın mövqeyi məlumdur - Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan ermənilərə də Azərbaycan dövləti öz vətəndaşları olaraq ölkəmizin digər vətəndaşlarına verilən hüquqları verməyə hazırdır, başqa xüsusi statusdan söhbət gedə bilməz. Bu mövqedən Azərbaycan tərəfi geri dönməyəcək. Ona görə də istər Rusiyanın, istər başqa bir tərəfin təklif etdiyi, təklif edəcəyi layihədə ermənilərə status verilməsi bəndi yer alarsa, o layihənin sülh sazişi sənədi olaraq imzalanması ehtimalı sıfıra bərabərdir. Azərbaycanın imtina etdiyi, qəbul etmədiyi müddəaların yer aldığı hansısa layihənin yenidən masaya qaytarılmasına cəhdlər varsa, bunun da perspektivi yoxdur. Çünki Bakı bunu qəbul etməyəcək. Rusiya Qarabağda uzun müddət qalmaq üçün köhnə metodundan istifadə edir. Lakin unudur ki, artıq köhnə dövrlər deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar