“İRANLA MÜNASİBƏTLƏRİMİZİN NORMALLAŞMASI MÜMKÜN DEYİL” – “Tehrandakı rejim dəyişməyənə qədər...”

"İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə normal mehriban qonşuluq münasibətlərinin davamı çətin olacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İran-Azərbaycan münasibətlərində baş verən gərginliyi şərh edərkən bildirib.

"Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb", - ekspert vurğulayıb.

E.Şahinoğlu bildirir ki, rəsmi Bakı da təxribatları cavabsız qoymayıb: "Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televizya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır. İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil".

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

MRP adı ilə yazana sual 2022-11-04 16:59:49

MRP adı ilə yazana sual unvanlanır : Azərbaycanın müstəqil olduqunu subut edə bilərsinizmi ? azpolitika.info, buraxin bu sualı senzuranızdan.

MRP 2022-11-03 10:54:26

İrandakı rejim dəyişikliyi münasibətləri dəyişməz.İran dövləti Azərbaycanın müstəqilliyinə müxalifdir.

Son yazılar