Azərbaycanda iPhone 14 almaq üçün neçə gün işləmək lazımdır? – FOTO

“Picodi” ekspertləri iPhone 14 Pro (128Gb) smartfonunun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əməkhaqqını müqayisə edən “İPhone indeksi 2022” adlı məqalə dərc ediblər. Bu müqayisəyə görə, orta statistik azərbaycanlı iPhone almaq üçün 83 gün işləməlidir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün “feysbuk” səhifəsində paylaşım edib.

Ekspert qeyd edir ki, Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib: “Ən yaxşı vəziyyət İsveçrədədir. Burada iPhone almaq üçün 4-5 gün işləmək kifayət edir. Bu indeksə görə, orta statistik amerikalı bir iPhone üçün 5-6 gününü sərf etməlidir. Tacikistanda isə bir iPhone almaq üçün təxminən yarım il işləmək lazımdır. Gürcüstanda bu göstərici 64 günə bərabərdir. Keçmiş sovet ölkələrində ən yaxşı vəziyyət Estoniyadadır. Bu ölkədə iPhone almaq üçün 21 gün işləmək tələb olunur."

Ekspertlər iPhone indeksini hazırlayarkən, bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə ediblər.

Qeyd edək ki, hazırda iPhone 14 Pro (128gb) smartfonunun Azərbaycanda satış qiyməti 3300 manatdır.

“AzPolitika.info”



635x100

Şərhlər

Aborigen 2022-11-08 19:43:09

3300-ü 83-ə bölsək təqribən 40 manat olar. Maraqlıdır, bizdə əhalinin neçə faizi gündə 40 manat qazanır?

Elgun 2022-11-04 18:28:18

Kimdir Azərbaycanda hər ay 1100-1200 Manat əmək haqqı alsın? Ətramıda 50 adam tanıyıram heç kim 1000 Manatdan yuxarı maaş almır. Azərbaycan əhalisin 60 Faizi 800 Manatdan aşağı maaş alır. Mən 450 Manat Maaş alıram. Buda edir 234 gün y'ni 7 aydan çox. Nn acınacaqlı vəziyyət Azərbaycandır

İsmayıl 2022-11-04 18:16:10

83 olmaz,830 gün olar.

Son yazılar