Çöhrəqanlı illər sonra Azərbaycan televiziyalarına müsahibə verdi - VİDEO

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı illər sonra Azərbaycan televiziyalarına müsahibə verib.

Hazırda ABŞ-da yaşayan siyasətçi AZTV və İTV-də İrandakı son prosesləri şərh edib. AZTV-nin “Əsas məsələ” verilişinə canlı efirə qoşulan siyasətçi ABŞ Prezidenti Co Baydenin İrandəkı proseslərlə bağlı dediyi “iranlılar özləri özlərini azad edəcəklər və biz də prosesə dəstəyimizi göstərəcəyik” fikrinə münasibət bildirib.

M. Çöhrəqanlı qeyd edib ki, bəlkə də, İranda bizim gözlədiyimizdən tez inqilab ola bilər: “Biz diqqətli olmalıyıq. Bu rejimi o qədər fəsad bürüyüb ki. Yetər kəlməsini işlətməliyik. 100 illlik təhqir, həqarət, istismar yetər. Ən ibtidai haqlarımızdan məhrum olmağımız yetər. Anan öz doğduğu uşağına laylay çaldığı dildə ad qoya bilmir. 70 min erməniyə Tehranda abidə qoydular. 300 min güney azərbaycanlı İran-İraq müharibəsində şəhid oldu. Bu azərbaycanlının nə haqqı var, ey molla rejimi? 35 milyon azərbaycanlı, 43 milyon İran türkünün ana dilinin əlifbasını öyrənməyə haqqı yoxdur, mədəniyyət mərkəzi qurmağa haqqı yoxdur. Buna “yetər” deməliyik və bu rejimin qarşısına nə lazımdı verəcəyik”.

Qeyd edək ki, M. Çöhrəqanlı 2001-ci ildə İranı tərk edəndən sonra bir neçə ay Azərbaycanda qalmışdı. Sonradan ABŞ-a köçən siyasi lider Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub. O, 2013-cü ilin avqustunda ölkəyə gəlsə də, viza problemi səbəbi ilə Bakı aeroportundan geri qaytarılıb.  /“Qafqazinfo”

635x100

Şərhlər

dadaşyev 2022-11-06 14:17:31

Əmmaməli fars dini ayrı,dili ayrı,qanı ayrı ermənini görəndə "qardaşım" deyib bağrına basır,biz isə dini bir,dili bir,qanı bir doğma qardaşımız Bakıya gələndə aeroportdanca geri qaytarırırıq ki,vizan yoxdu.Vallah erməni vizasız Tehrana gəlsə Tehran aeroportundaca ona viza düzəldərlər.Nə böyük problem imiş ki?İş vizada deyil ee,qardaşlar gərək birbirlərinə vnimatelnı olsunlar,Tehranın xoşuna gəlsə də,gəlməsə də.

dadaşyev 2022-11-05 17:14:20

Mən həftənin beş günü hər gecə ARB-24 kanalında mütləq Şəhla xanım Quliyevanın “Nə baş verir” proqramını izləyirəm,son dərəcə gözəl proqramdı,Şəhla xanımın özü isə nadir bir tapıntıdır Azərbaycan televiziyasında.Özü də gözəl, diksiyası da.Bax o proqramda Çöhrəqanlı dəfələrlə canlı yayına bağlanıb.Yəni cənab Çöhrəqanlının Azərbaycan televiziyasına bağlantısı ilk deyil .AzTV və İTV-də ilk ola bilər,2013-də Bakı aeroportundan geri göndərilməsi ilə əlaqədar olaraq məsəla.Yeri gəlmişkən,onu o vaxt aeroportdan kimlər geri göndərmişdi viza problemi ilə əlaqədar olartaq?Yəni hazırda o adamlar Çöhrəqanlını dinləyirlərmi?Utanırlarmı məsəla.

ƏNHU 2022-11-05 16:04:19

Xeyr. Cənubdan mühacirət etməyə məcbur olan Çöhrəqanlını həmin ildə nə Azərbaycan, nə də Türkiyə qəbul etməyib. O üçüncü ölkə kimi ABŞ-ı çarəsizlikdən seçib və bu haqda dəfələrlə danışıb. Sayın Çöhrəqanlının bu günlərdə vətənə-Şimali Azərbaycana dönməsinə şərait yaradılması ilə bağlı yalvarışını hamı eşidib və millət müsbət nəticəni gözləyir.Çörəqanlının özü elə hər iki Azərbaycan üçün viza deməkdir.

Son yazılar