Super kompüterdən “qiyamət günü” proqnozu – Bu tarixə qədər Yer kürəsi məhv olacaq

1973-cü ildə həmin dövrün ən yaxşı professorları tərəfindən yaradılan və qiyamət gününü müəyyənləşdirməyə çalışan super kompüter dünyanın sonuyla bağlı proqnoz verib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, dünyadakı doğum nisbətləri, çirklənmə səviyyəsi, təbii sərvətlərin istehlakı kimi məlumatları təhlil edən kompüter, buna bənzər faktorlara əsaslanaraq Yer kürəsinin 2050-ci ilə qədər məhv olacağını açıqlayıb.

Kompüterə görə, əgər 2050-ci ilə qədər hazırkı vəziyyət aradan qaldırılmasa, çirklənmə səbəbindən əhalinin sayı 1900-cü illərin səviyyəsinə qədər azalacaq. Həyat keyfiyyəti isə sıfıra enəcək.

Dünyaca məşhur astronom Royal Martin Rees də super kompüterin proqnozlarını dəstəkləyib. O, xəbərdarlıq edib ki, texnologiyadan həddən artıq asılılıqdan tutmuş, iqlim dəyişikliyinə qədər bütün hadisələr bəşəriyyətin sonunu gətirə bilər.

Xatırladaq ki, daha əvvəl dünyanın 2020-ci ildə “kritik dövrə” girəcəyini iddia edən kompüter, bu proqnozunda yanılmayıb və iqlim böhranının tarixini düzgün hesablayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar