VASİF TALIBOVSUZ YAP YUBİLEYİ?! – MR rəhbəri ətrafında ciddi proseslərin getdiyi təsdiqlənir

Bu gün Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubleyi ilə bağlı təntənəli mərasim keçirilib. Tədbirdə ölkə Prezidenti, YAP sədri İlham Əliyev, nazirlər, deputatlar, xarici diplomatlar və digər rəsmi qonaqlar, habelə müxalifət partiyalarının sədrləri, media rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Prezident yubiley tədbirində geniş nitq söyləyib, 30 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb.

Tədbir bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. Onlardan biri YAP-ın qurucularından olan sabiq səhiyyə naziri, 14 illik həbsdən sonra özünə partiya yaratmış Əli İnsanovun yubiley tədbirində iştirakıdırsa, digəri AMEA-nın keçmiş prezidenti, YAP Ağsaqqallar Şurasının sədri Ramiz Mehdiyevin görünməməsidir. Onun tədbirə dəvət edilmədiyi, yaxud dəvət alıb, amma özünün qatılmadığı məlum deyil.

R.Mehdiyevə hakim komandada kəskin mənfi münasibət fonunda onun YAP yubileyində görünməməsi haradasa başadüşüləndir, amma Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, YAP İdarə Heyətinin üzvü Vasif Talıbovun yubiley tədbirində gözə dəyməməsi, sözün əsl mənasında sensasiyadır. Tədbirdən foto və videogörüntülərdə V.Talıbov görünmür. Həmçinin, tədbirə qonaq qismində dəvət olunanlar da MR rəhbərinin yubileydə iştirakını təsdiq emirlər. Baxmayaraq ki, V.Talıbovun dünən Naxçıvandan Bakıya gəldiyi haqda məlumatlar verilirdi.

Əgər həqiqətən də V.Talıbov YAP-ın 30 illik yubiley tədbirinə dəvət olunmayıbsa, bu, MR rəhbərinin son zamanlar ciddi problemlərinin yarandığı haqda məlumatların birbaşa təsdiqi sayıla bilər. Bundan əvvəl MR-in sabiq MTN naziri Vəli Ələsgərovun Ali Məhkəmənin gözlənilməz qərarı ilə dərhal həbsdən buraxılması V.Talıbovun hakimiyyət daxilindəki mövqeyini sual altına salmışdı. Əksəriyyətin fikri budur ki, Talıbovun şəxsi düşməninin onun iradəsinə zidd olaraq həbsdən buraxılması təsadüf ola bilməzdi. Bunun ardınca YAP-ın yubiley tədbirində də görünməməsi MR rəhbərinin ətrafında hansısa ciddi proseslərin getdiyi haqda şübhələri təsdiqləmiş oldu.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Baba 2022-11-22 09:43:14

Bunun yəqin ki bir neçə milyardı var. Milləıtimizə bu da misli görünməmiş atanlardan biridir. Allahın bizim millətə yazığı gəlsin bu quldurlardan canımızı qurtarsın. Yoxsa bizi bir millət kimi elə meşoğa yığıblar ki heç nə edəsii deyilik. Bir millət kimi formalaşıb özümüzə gələ bilmirik,ona görə də malımızı pulumuzu yadlar yeyir,biz isə ehtiyac içində boğuliub pisikirik

qaraguruh 2022-11-22 00:05:29

три веши не когда не надежны власть-удача-состояния--за все, что совершено не доброе--придется расплачиватся той же монетой--не знаю кто уж следит за этим--но следит... и очен внимательно

Moshu 2022-11-21 23:48:00

Hərdənbir ölkədə gedən idarəçilik məsələlərinə fikir verəndə uşaq bağçasında körpələrin bir-birindən küsməsi, acıq etməsi, tərbiyəçiyə şikayətlənməsi gözüm önünə gəlir. Dövlətin bir idarəçilik mexanizmi, metodu olmalıdır. Vasif Talıbov düzgün işləmirsə, Ramiz Mehdiyev idarəçiliyə ziyan vurursa, onların nazı ilə oynamaq nə demək. Söhbət bu iki subyektdən getmir, fərqi yoxdur kim olursa olsun. Belə yazılar əhali arasında dövlətin strukturlarına inamsızlıq yaradır, belə hallarda dövlətə inam azalır, dövlətin əsasları sarsılır. Burada Heydər Əliyevin “Cinayətkar cəzasız qalanda, günahsız cəzalandırılanda dövlətin əsasları sarsılır” ifadəsi lap yerinə düşür.

Vuqar Məmməd.oglu 2022-11-21 22:35:39

Vəli Ələsgərovu Naxçıvan DTX ina qaytarmaq olar! Qoy vaskanin ..dərsini..versin!

Son yazılar