Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasının (NMR) vəzifəli şəxslərinə qarşı keçirdiyi anti-korrupsiya əməliyyatlarından sonra MR-in rəhbərliyi sərt tənqid hədəfinə çevrilib. Ekspertlər, deputatlar, sıravi vətəndaşlar Muxtar Respublika rəhbərliyinin idarəçilikdən uzaqlaşdırılmasını, hətta cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.
Bəs, qanunvericilik nə deyir, NMR Ali Məclisinin sədri Vasif Talıbovun vəzifədən çıxarılması hansı qaydada mümkündür?
Hüquqşünas Hafiz Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, Vasif Talıbov Azərbaycan Respublikası Konstitusiyasına və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə Naxçıvan Muxtar Respublikasının (NMR) ali vəzifəli şəxsidir. O, xatırladır ki, NMR-in ali vəzifəli şəxsi Naxçıvan Ali Məclisi tərəfindən seçilən Naxçıvan Ali Məclisinin sədridir. “NMR-in ali vəzifəli şəxsi NMR Konstitusiyası ilə müəyyən olunan hallarda və qaydada qanunvericilik və icra hakimiyyəti sahələrində səlahiyyətləri həyata keçirir”, - o əlavə edib.

Hüquqşünas qeyd edir ki, indiki halda Vasif Talıbov - NMR-in ali vəzifəli şəxsi qanuni yolla aşağıdakı hallarda vəzifəsindən azad edilə bilər:
- NMR Konstitusiyasının 30-cu maddəsinə uyğun olaraq NMR Ali Məclisinin sədri kimi vəzifəsindən istefa verdikdə və ya səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə (bu halda NMR ali vəzifəli şəxsinin vəzifədən kənarlaşdırılması qaydası NMR Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir);
- Naxçıvan MMR Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıldıqda;
- NMR Ali Məclisinə növbəti seçkilərdə seçilmədikdə;
- NMR Konstitusiyasının 19-cu maddəsinə uyğun olaraq Ali Məclisin deputatlığından məhrum edildikdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi səlahiyyətlərini itirdikdə;
- Cinayət törətdikdə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
DTX-nın Naxçıvanda birbaşa Ali Məclis sədrini hədəfə çıxaran əməliyyatlarından, eyni zamanda MR-dəki nazirliklərin, komitə və xidmətlərin ləğvi qərarlarından sonra Vasif Talıbovun vəzifəsindən kənarlaşdırılacağına şübhə edənlərin sayı o qədər də çox deyil. Əksəriyyət bu fikirdədir ki, Naxçıvanda Talıbov erası bitmək üzrədir. Onun vəzifəsindən hansı yolla kənarlaşdırılacağını isə zaman göstərəcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
indiki talanciliql heç vaxt olmayib,...
Vasif gedəcək Aqasif gələcək və heç nə dəyişməyəcək. Sistem belədir. Xalqa qarşı Talançıların Genosid siyasəti davam edəcək. Millət talanır Qiymətlər qalxır,iş yox. O deməkdir ki millət xaiq qırılsın məhv olsun.
UZAGLAŞDİRİLİB EDİLMƏYƏCƏK ....
Naxçıvan "xanı"......xan -bəy olmaz .Bunun zatı-pakı nökər olub.Xan-bəy titulu heyif deyilmi ay hazarat buna veribsiz. Bunlar eşşək minən olublar.İndən sonra eşşəkləri bunlara mindirəcəklər.
heç nece....uzaqlaşdirilmayacaq.
Vaxtı ilə Ramiz Mehdiyev Administrasiya rəhbəri olanda, Milli Elımlər Akademiyasının prezidenti də olanda istefa məsələsi onun qarın ağrısına çevrilmişdir. Nəhayət ki, qınaq obyektinə çevrildikdən sonra ÇTZ traktoru ilə onu vəzifədən qopartdılar. Jurnalistlərin telefon zənglərinə də etinasız yanaşaraq onun Vasif Talıbovla ölkədə geniş müzakirəsi aparılan məsələnin də ona aidiyyəti olmamasını bildirmişdi. Səbəbi mənim üçün maraqlı deyil, yeganə adamdır ki, Abbas Abbasov idi ki, könüllü istefa verdi. Bu bir tərbiyə idi, istefa mədəniyyəti idi. Vasif Talıbova gəldikdə onu qeyd etmək istərdim ki, gərək bu subyekt özündə bir cürət tapıb istefa ərizəsini cənab Prezidentin masasının üstünə qoysun. Ölkə başçısı çox liberal, alicənab insandır. Güman edirəm ki, Vasif Talıbov bu hərəkəti ilə özünə hörmət qazandırar, ...Təsəvvür edin, Dünya Çempionatında Belçika iştirakını yarımçıq saxladığına görə onun baş məşqçisi istefa verdi, əsl tərbiyə, mədəniyyət budur. Vasif Talıbov nə qədər gec deyil daşı ətəyindən töksə yaxşı olar, bu hərəkət ölkənin imicinə müsbət təsir edər və gələcəkdə istefa mədəniyyətinin əsasını qoyar.
GÜNAHKAR ÖZÜMÜZÜK.
cənab indi duyurmu şərlətdiklərinin-üzünə durdurulanların-on illərlə ona inananları ləkəldiklərinin-şayələr yaydıraraq gözdən saldıqlarının və neçə neçə məhv etdiyi talelərin--alçatmaqdan zövq aldığı insanların iztirablarını
Vaxtı ilə Ramiz Mehdiyev Administrasiya rəhbəri olanda, Milli Elımlər Akademiyasının prezidenti də olanda istefa məsələsi onun qarın ağrısına çevrilmişdir. Nəhayət ki, qınaq obyektinə çevrildikdən sonra ÇTZ traktoru ilə onu vəzifədən qopartdılar. Jurnalistlərin telefon zənglərinə də etinasız yanaşaraq onun Vasif Talıbovla ölkədə geniş müzakirəsi aparılan məsələnin də ona aidiyyəti olmamasını bildirmişdi. Səbəbi mənim üçün maraqlı deyil, yeganə adamdır ki, Abbas Abbasov idi ki, könüllü istefa verdi. Bu bir tərbiyə idi, istefa mədəniyyəti idi. Vasif Talıbova gəldikdə onu qeyd etmək istərdim ki, gərək bu subyekt özündə bir cürət tapıb istefa ərizəsini cənab Prezidentin masasının üstünə qoysun. Ölkə başçısı çox liberal, alicənab insandır. Güman edirəm ki, Vasif Talıbov bu hərəkəti ilə özünə hörmət qazandırar, əks halda onun ünvanına o qədər hədyanlar olacaqdır ki, mən şəxsən bunu qəbul etməzdim. Təsəvvür edin, Dünya Çempionatında Belçika iştirakını yarımçıq saxladığına görə onun baş məşqçisi istefa verdi, əsl tərbiyə, mədəniyyət budur. Vasif Talıbov nə qədər gec deyil daşı ətəyindən töksə yaxşı olar, bu hərəkət ölkənin imicinə müsbət təsir edər və gələcəkdə istefa mədəniyyətinin əsasını qoyar. Gec-tez ölkə başçısı bütün məsələlərə aydınlıq gətirəcək. Hörmətli Azpolitika, uzun uzadı yazıları yazmaqda mənim məqsədim daha çox oxucu kütləsini debata çağırmaqdır. Siz də bu yazıları elə vaxt verirsiniz ki, hansısa müzakirəyə ehtiyac qalmır (bu yazılar əsas səhifədən son xəbərlər sıhifəsinə keçirilir). Onsuz da mənim kimliyim bilinmir, Sizdən qonorar istəyim yoxdur. Mənim yazılarım yaxşı amallara xidmət edir.
İştən uzaqlaşandan sonra SULTAN HƏYATİ davam edəcək.