RUSİYA SÜLHMƏRAMLILARININ İÇ ÜZÜ BELƏ İFŞA OLDU... - Silahlı ermənilər onların arxasında necə gizlənir? + VİDEO

"Sadəcə bir neçə saat bəs elədi ki, Rusiya sülhməramlıları özləri öz fəaliyyətlərini şübhə altına alsınlar. Baş qərargahla əlaqələrinin olmadığını, separatçıları separatçı hesab etmədiklərini və postlarda düzgün yoxlanış apara bilmədiklərini etiraf etsinlər. Azərbaycan mütəxəssislərinin Azərbaycan ərazisində tədqiqat aparmaq istəyi niyəsə uzun prosesə çevrildi. Danışıqlar dəqiqələrlə davam etdi. Halbuki, həmin ərazilərdə nə baş verdiyini özləri də yaxşı bilirlər..."

"AzPolitika.info" xəbər verir ki, bu fikirlər "İctimai TV"-nin  Xankəndinə getmək üçün yola çıxan Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyətinin qarşısını kəsən Rusiya sülhməramlıları ilə bağlı hazırladığı videoreportajdan götürülüb.

Həmin videoreportajı təqim edirik: 

635x100

Şərhlər

B.Qarabağlı 2022-12-06 13:18:08

Usa SƏSimiz və Cənab T.Ədalət, mən daim və 10.11.2020 tarixdən İŞĞALÇIlarımız və İranla ilgili nəinki, təhlilin, belə sıravi mülahizənin qəti əleyhinəyəm?! Belə yayımlar boşuna buxarlanıb, münasibətləri gərginləşdirir və Azərbaycanın hüquqi zəifliyini aşkarlayır? Sualı özümüzə verək-iki ildir Azərbaycan səlahiyyətləri nədən Laçın keçidi və yuxarı Qarabağda bərqərar edilməyib?

t.ədalət 2022-12-05 19:19:24

"Rusiya sülhməramlıları" ifadəsini işlətmək doğru deyil.Bu ordu Putinin işğalçılıq məqsədinə xidmət edir.Təəssüf ki bizim hakimiyyət hələ də Putinçi mövqelərini saxlayırlar,rus qəsbkarlarını öz əməllərinə uyğun ifadə etmirlər.M.Ə.Rəsulzadəni təftiş etməkdə ən xırda detalları belə təhlil etməklə məşğul olan YAP-çı ideoloqlar,nədənsə ərazilərimizdə açıq-saçıq bizi təhdid edən rus işğalçılarını görə bilmirlər.

Son yazılar