OĞUL TALIBOVLARA “DÖVLƏT TƏRBİYƏSİ” DƏRSLƏRİ BAŞLAYIB! – Baş nazirdən qabağa təpilənlərə yerləri göstərilir (FOTO)

Naxçıvanda davam edən anti-korrupsiya əməliyyatları fonunda maraqlı hadisələr də baş verir. Muxtar Respublikada Vasif Talıbovun üzun illər ərzində tətbiq etdiyi feodal qaydaları bir-brinin ardınca ləğv olunur. Əhali illərin zülmündən, sıxıntısından qurtulur, rahat nəfəs almağa başlayır. Onilliklər ərzində dövlətin imkanlarından şəxsi məqsədləri üçün istifadə etməyə öyrəşmiş Talıbovlar ailəsi isə əksinə, hər gün yeni “sürprizlərlə” üzləşir.

“Ovqat.com” saytının baş redaktoru Heydər Oğuzun “Feysbuk” səhifəsində yazdığı məlumata görə, bu günlərdə Naxçıvana səfər edən Rza Talıbova təyyarədən düşüb, adəti üzrə VİP çıxışa doğru yön alsa da, hava limanının təhlükəszilik xidmətinin əməkdaşları onu adi sərnişinlərin istifadə etdiyi keçidə yönəldiblər.

Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır, adi məmurdur, qanunla heç bir imtiyazı yoxdur. Bəs o, niyə adi sərnişinlərdən fərqlənməlidir, VİP keçiddən istifadə etməlidir?


Əlbəttə, ritorik sualdır, Rza “Naxçıvan xanı” adlandırıln Vasif Talıbovun oğludur. Deyilənə görə, hətta “xan” onu özünə vəliəhd təyin edibmiş. Bu qanunsuzluğa, dövlət imtiyazlarını qəsb etməyə də ona görə alışıb.

Heydər Oğuz yazır ki, Rza Talıbovu qarşılamağa gələn deputat, prorektor qardaşı Seymur Talıbov da onun kimi şok yaşayıb. O, aeroportun rəsmi şəxslər üçün çıxış qapısının qarşısına gəlsə də, qapının bağlı olduğunu görüb. Nə baş verdiyini anlayan Talıbov bəlkə də ilk dəfə qardaşını sadə naxçıvanlıların çıxdığı keçiddə qarşılamağa məcbur olub.

Talıbovların pişvazına çıxmağa adət etmiş Naxçıvan hava limanının direktoru Mənşur Gülməmmədli isə bu dəfə adətinə xilaf çıxıb. Ona sözügedən rutin hərəkətini icra etməyi məsləhət görməyiblər.

Seymur Talıbov Naxçıvan Ali Məclsinin deputatıdır, yəqin necə “seçildiyi” də heç kimə sirr deyil. Atası ona Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini də ərmağan edib. Amma bu, necə deyərlər, onun rəsmi statusudur.

Ümumiyyətlə, Vasif Talıbov bütövlükdə Naxçıvanda dövlət hakimiyyətini uşaqlarının ayaqlarının altına sərib. Təqdim olunan foto Naxçıvan MR-də oktyabrın sonlarında bir açılış mərasimindən çəkilib. Göründüyü kimi, Seymur Talıbov sıralamada Muxtar Respublikanın ikinci vəzifəli şəxsi sayılan Baş nazir Səbuhi Məmmədovdan da qabaqda durub, özü də digər məmurlar kimi “farağat” vəziyyətdə deyil, ayaqları bir-birindən aralı, laqeyid, yekəxana görkəmdə.

Bu görüntü, şübhəsiz ki, Naxçıvanın bütün rəsmi həyatının fotosudur. Ali Məclis sədrinin dövlət tərbiyəsindən uzaq oğulları qanundan, dövlət ərkanından üstündürlər, özlərini Naxçıvanın ağası kimi aparırlar...

Talıbov qardaşlarının hava limanında “sındırılması” onları dövlət ərkanına, dövlət tərbiyyəsinə dəvət etməkdir. Yəqin ki, bu təlim-tərbiyyənin bir çox nümunələrini biz qarşıdakı günlərdə də görəcəyik. Ondan nəticə çıxarıb-çıxarmamaq Talıbovların gələcək taleləri baxımından çox mühümdür. Çünki indi “DÖVLƏT BABA” iş başındadır, öz yerini bilməkdə böyük fayda var...

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

kohne 2022-12-07 19:56:59

Belke Çin işgencesi veresiz....Çin işhencesi bilirsiz nece olur ? ! DEHŞETLİ Barmaqlara paltar şpilkasi taxirlar ......

Roma 2022-12-07 16:20:01

"""Ümumiyyətlə, Vasif Talıbov bütövlükdə Naxçıvanda dövlət hakimiyyətini uşaqlarının ayaqlarının altına sərib. Təqdim olunan foto Naxçıvan MR-də oktyabrın sonlarında bir açılış mərasimindən çəkilib. Göründüyü kimi, Seymur Talıbov sıralamada Muxtar Respublikanın ikinci vəzifəli şəxsi sayılan Baş nazir Səbuhi Məmmədovdan da qabaqda durub, özü də digər məmurlar kimi “farağat” vəziyyətdə deyil, ayaqları bir-birindən aralı, laqeyid, yekəxana görkəmdə."""

qiyas 2022-12-07 16:14:06

sozumuz yoxdu

Murad 2022-12-07 08:56:52

30 il bu dövlət bu harınlıqları görmürdü? Indi "dövlət baba"nın yadına düşüb tərbiyə? 2 uşaq o boyda Naxçıvanın vayına oturub, 30 il buna göz yumulub, indi yada düşüb ki, deməzsən Naxçıvanda adi məmur VİP dən keçir. deyirəm "utanmırsıniz ölməkdən"

Moshu 2022-12-06 23:36:16

Sözün açığı, adam belə situasiya ilə rastlaşanda ürəyi bulanır. Bu insanlar dünyada gedən prosesləri izləmirlərmi? Feodalizm dövrünü bu xalq çoxdan keçib. Camaat artıq kosmosa səfər edir. İnsanların dünyagörüşü də dəyişib. Belə həyasızlığa yol verənlərin və onlara dəstək olanların cəzası ağır olmalıdır. Onlar ictimai qınaq obyektinə çevrilməlidirlər, ölkədən çıxmalarına qadağa qoyulmalıdır. Hələ yoxlamaq lazılmdır, görək Dövlət Miqrasiya Xidmətində nələr baş verir? Hətta birisinin intellektual səviyyəsi buna yol verərsə belə, inanmıram ki, yollarını aza. Bu bəylər, xanlar o qədər özlərini buraxıblar ki, hətta oturduqları masaya, ətraflarındakı insanlara məhəl qoymurlar, onları adam yerinə qoymurlar. Ola bilər ki, biz bilmirik, bəlkə onların Vətən qarşısında müstəsna xidmətləri var, bəlkə erməni faşistlərini ölkə ərazisindən qovulmasında hansısa xidmətləri olub və ya erməniya xolostoy güllə atıblar? Bir sözlə, cəmiyyətdə onlara yer olmamalıdır.İnsana həyatda nə qədər pul lazımdır? Bir ağıllı ağsaqqalla söhbət edərkən, O, dedi pul insana o qədər lazımdır ki, onun müəyyən ehtiyaclarını ödəsin. Əgər bu pula həris olan kişidirsə, onun ölümündən sonra bu pullar xanımının oynaşına qalacaq, qadındırsa ərinin gələcək xanımına, övladları isə miras pul üstündə bir birilərini qıracaqlar. Hərdən fikirləşirəm, görəsən bu (adam deməyə dilim gəlmir) bədheybətlər özlərini nə yerə qoyublar? Belələrinə cəmiyyət arasında yer olmamalıdır, onlara yerləri göstərilməlidir. Bu gün bizim işğaldan azad olunan Qarabağımız var, onun yaraları dərindir, onu müalicə etmək üçün kifayət qədər maliyyəyə ehtiyacı var. Bunlara yazıq gəlinməməlidir. Əgər onların vəsaitləri əllərindəın alınmasa bu vəsasit səhərisi gün bu günkü iqtidara qarşı yönəldiləcək. Bu nəzəriyyə deyil, bunun rüşeymləri artıq cücərməkdədir. Ölkə başçısı bu məsələni Qarabağ məsələsindən də üstün diqqətdə saxlamalıdır. Erməni bilirsən ki, açıqdan açığa düşməndir, daxildəki düşmənlər onlardan qatqat təhlükəlidirlər. “Sehirli xalat”da Rəşid üzünü xana çevirib deyir: “görmürtsən necə tülkü kimi marıtdayıblar”. Son olaraq yazını Çex jurnalisti, publisisti Yulius Fuçikin bir fikri ilə yekunlaşdırmaq istərdim: “İnsanlar ayıq sayıq olun”, Bu sözlərdə dərin hikmət var.

ƏNHU 2022-12-06 22:11:30

Rasim müəllim çox sağ olun. Ürəklərdən tikan çıxardan yazdır. Millət məmur övladlarının heç bir əndazəyə sığmayan hərəkətlərindən zara gəlib.

dadaşyev 2022-12-06 21:26:40

Yaxşı,bəs bunun beynəlxalq əlaqələrin aktual məsələlərindən bəhs edən və ali məktəb tələbələri üçün son dərəcə mükəmməl,gərəkli olduğu bir vaxtlar ağızlarının kalibri müxtəlif olan “elm adamları” tərəfindən sevinc dolu həyəcanla bildirilən kitablarının taleyi necə olacaq?Əkrəm Əylislinin "Daş yuxuları" kimi həyətlərə tökülüb yandırılacaqmı?Zənnimcə o kitabların heç bir xeyri yoxdur,əgər o kitabları özü yazıbsa.Əksinə,ziyanı çoxdur,əgər o kitabları özü yazmayıbsa.

rasim quliyev 2022-12-06 20:51:20

Naxcivan sen azadsan butun naccivanlari tebrik edirem semimi qelbden

X 2022-12-06 17:38:09

Mağara təfəkkürlü insanlar.

Akif 2022-12-06 17:30:53

Adam şərh yazmağa utanır.O pulları onlara bir gün içərisində verilməyib.XXL rum rəqəmini tanımayan birini qınamaq nə qədər düzgündür.

Son yazılar