DÇ-NİN 6 MİLYARDLIQ 1/4 FİNALI - Ən dəyərli heyət kimdədir?

Ötən gün Qətərdə keçirilən Dünya Çempionatının 1/8 mərhələsinə yekun vurulub.

“AzPolitika.info” xəbər verir ki, son olaraq Portuqaliya millisi növbəti mərhələyə vəsiqə qazanaraq, Mərakeşə rəqib olub.

Beləliklə, 1/4 finalda Xorvatiya – Braziliya, Niderland – Argentina, Mərakeş – Portuqaliya və İngiltərə - Fransa yığmaları qarşılaşacaqlar.

Dekabrın 9-10-da keçiriləcək 1/4  final mərhələsində iştirak edən milli komandaların heyətlərinin ümumi dəyərini təqdim edirik:

1. İngiltərə - Turnirin ən dəyərli heyətinə sahib olan milli komandanın oyunçularının toplam qiyməti 1,26 milyard avrodur. Ada təmsilçisinin ən dəyərli 3 oyunçusu- Filip Foden (120 milyon avro), Harri Kane (90 milyon avro) və Bukayo Sakadır (90 milyon avro).

2. Braziliya - Turnirin əsas favoritlərindən sayılan Braziliyanın futbolçularının ümumi dəyəri 1,14 milyard avrodur. “Sambaçılar”ın ən dəyərli oyunçuları - Vinisyuz Junior (120 milyon avro), Rodrigo (80 milyon avro) və Neymardır(75 milyon avro).

3. Fransa - 1/4 final mərhələsinin ən dəyərli üçüncü heyəti Fransaya məxsusdur - 1,03 milyard avro. “Xoruzlar”ın ən dəyərli 3 oyunçusu - Kilyan Mbappe (160 milyon avro), Aurelyan Txoamenei (80 milyon avro) və Kingsli Komandır (60 milyon avro).

4. Portuqaliya - 937 milyon avroluq heyət ilə Portuqaliya yığması da 1/4 final mərhələsinin gücünü sınayacaq ylmalar arasındaır. Portuqalların ən dəyərli 3 oyunçusu Rafel Leo (85 milyon avro), Bernardo Silva (80 milyon avro) və Bruno Fernandesdir (75 milyon avro).

5. Argentina 1/4 final mərhələsinin Cənubi Amerikadan olan ikinci təmsilçisinin heyətinin ümumi dəyəri 645 milyon avrodur. Ən dəyərli oyunçuları Lautara Martinez (75 milyon avro), Cristian Romero (55 milyon avro) və Lionel Messidir (50 milyon avro).

6. Niderland - Avropanın daha bir iddialı təmsilçisinin oyunçularının ümumi dəyəri 587 milyon avrodur. Ən dəyərli 3 oyunçusu Mattis de Light (70 milyin avro), Virgil Van Dayk (50 milyon avro) və Frenki de Jongdur (50 milyon avro).

7. Xorvatiya - Balkan təmsilçisinin heyəti 377 milyon avro dəyərindədir. Ən qiymətli 3 oyunçusu- Josko Gvardiol (60 milyon avro) Mateo Kovaçic (40 milyon avro) və Marselo Brozoviçdir (35 milyon avro).


8. Mərakeş - Ötən gün turnirin əsas favoritlərindən sayılan İspaniyanı məğlub edərək, böyük bir uğura imza atan Mərakeş yığması dünya çempionatında 241 milyon avroluq heyətlə çııxş edir. Mərakeşlillərin ən dəyərli oyunçuları Əşrəf Hakimi (65 milyon avro), Nusser Mamzuri (25 milyon avro) və Nayef Agueddir (25 milyon avro)”.

Qeyd edək ki, 1/4 finalda qarşılaşacaq 8 komandanın ümumi dəyəri 6 milyard 217 miyon avrodur.

Xatırlatma: “Azərbaycan milli komandasının heyətindəki futbolçuların ümumi dəyəri 13 milyon 180 min avrodur. Yığmamızın ən dəyərli oyunçusu isə Emin Mahmudovdur (1 milyon 200 min avro).

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar