“Dəhliz ərazisində Rusiya sülhməramlılardan başqa, azərbaycanlıların da nəzarət həyata keçirdiyi heç bir blok-post ola bilməz. Biz dedik ki, bu, qəbuledilməzdir və Rusiya sülhməramlılarının komandanı da bizi əmin etdi ki, belə bir şey yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Qarabağdakı qiondarma qurumun “parlament rəsmiləri” erməni mətbuatına açıqlamalarında bildiriblər.
Onlar qeyd ediblər ki, dekabrın 6-da rus hərbi kontingentinin komandanı Andrey Volkovla görüşüblər və həmin görüşdə onun bir gün öncə Azərbaycan jurnalistlərinə Laçın yolunda Azərbaycanla birgə gömrük postu qoyulacağına dair fikirlərinə aydınlıq gətirməsini istəyiblər. Onların sözlərinə görə, Volkov Azərbaycanla heç bir birgə post-filan qoyulmayacağını bildirib.
“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq. Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”.
Xatırladaq ki, bunu da həmin Andrey Volkov ermənilərlə görüşdən cəmi bir gün öncə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüş zamanı demişdi.

Yeri gəlmişkən, həmin vaxt general Volkov Azərbaycan tərəfinə xoş gəlmək üçün Qarabağdakı yaşayış məntəqələrinin adlarını Azərbaycan toponimləri ilə yazdıqlarını, lakin Rusiya Müdafiə Nazirliyinin sonradan həmin adları “erməni variantında” təqdim etdiyini bildirərək, məsuliyyəti öz boynundan atmışdı və bununla da hansı “zabit şərəfinə uyğun” mənəvi keyfiyyətlərə malik olduğunu ortaya qoymuşdu.
İndi belə çıxır ki, həmin bu “sülhməramlıbaşı” general Laçın dəhlizinə alternativ yeni yolda Azərbaycanla birgə post qoyulmasına dair bizə bir şey, ermənilərə isə başqa bir şey deyir.
Əlbəttə, siyasətdən az-çox anlayışı olanlar yaxşı bilirlər ki, Laçın yolunda Azərbaycan tərəfinin post qurması Volkov səviyyəsində həll olunan məsələ deyil və buna müqavimət göstərmək də nə Volkovun, nə də onun “qardaşlaşdığı” Vardanyanın başı üçün olan məsələ deyil.
Ancaq hər halda, Volkov gah bizə, gah da ermənilərə “qulağa xoş” açıqlamalar verməklə, öz aləmində ya bizi, ya da onları “yola verir”. Ya da hər ikimizi.
Bu, Rusiyanın əsrlər boyu regionunumuzda yürütdüyü ikiüzlü siyasətin sözügedən rus generalının timsalında “mini təzahürü”dür. Ancaq inanırıq ki, bu “hoqqalr”ın ömrünə az qalıb və əvvəlcə Qarabağdakı qondarma separatçı qurumun tör-töküntüləri, ardınca da rus “sülhməramlısı” tezliklə layiq olduqları yerə göndəriləcəklər...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Hələdə biz reallığı dərk etmək istəmirik, indiyə kimi( ən azından son 30 ildə) baş verənlərdən nəticə çıxarmırıq, ağıllanmaq istəmirik! Təəssüflər!
Rusun mərhəmətinə,ancaq mərhəmətsizlər inana bilər.Dünyaya hər cür fitnə-fəsadı yayan ruslar olan yerdə ,ancaq şər ayaq tutar yeriyər,deyiblər.Putin gələcəkdə Azərbaycan əleyhinə istifadə edəcəyi bu kontingentə görə yolun nəzarətsiz saxlanılacağına çalışacaq.Bizim yeganə çarəmiz Avropa tərəfindən Rusiyanın terrorçu dövlət elan edilməsini əsas götürərək, rus hərbiçilərinin Qarabağdan çıxarılmasına nail olmaqdır.Lakin hakimiyyətin əksər üzvlərinin rusca danışdığı,vəzifələrə Ruysiyada təhsil almış və təlimatlandırılmış kadrların seçildiyi Azərbaycanda bu mümkün deyil.
Rusun nə generalının, nə adi əsgərinin, nə dövlət rəsmilərinin heç birinə inanmayın. Bir halda ki, putin imzaladığı üçtərəfli Bəyannaməyə nəinki, erməni heç rusun öze belə əməl etmir. Rus qədər dünyada dövlət səviyyəsində həyasızlıq edən 2-ci bir dövlət yoxdur.
Volkov orda nə gəzirki?!