Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsəgərov bu gün Fəxri Xiyabanda mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edib.
Fəxri Xiyabanın çıxışında "tns.az"-a qısa açıqlama verən Vəli Ələsgərov həbsdən azad edilməsi məsələsinə də münasibət bildirib: “Ailəmin hər bir fərdi adından möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm. Onlar mənə və ailəmə ikinci həyat bəxş edib. Mən ömrümün sonuna qədər Heydər Əliyev yoluna sadiq qalacaq, möhtərəm Prezidentimizin apardığı siyasəti hər zaman dəstəkləyəcəyəm”.
Sabiq nazir həbs edilməsinin səbəbləri ilə bağlı sualı isə belə cavablandırıb: “Bu barədə geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, haqq nazilər üzülməz. Zamanla kimin kim olduğu ortaya çıxacaq. Kimin haqlı, kimin haqsız olduğu bilinəcək. Ulu Öndərimizin belə bir müdrik kəlamı var: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Həqiqətən də ədaləti ədalətsizliklə bərpa etmək olmaz. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi ədalətli rəhbəri var. Belə bir Prezidenti olan dövlətdə günahsızın sona qədər cəzalandırılması sadəcə mümkün deyil. Mən hər zaman Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmuşam. Bir daha deyirəm, zamanla hər şey aydın olacaq”.
Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə həbs edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Vəli Ələsgərov azadlığa buraxılıb.



Şərhlər
Bu sizsiz.
Nə vaxta kimi ədalətsizlik hökm sürəcək?!
Veli melim esil vatanseverdi, yolu açık olsun
Vəli Ələsgərovun 1qram sərəf-ləyaqəti olsa dinməz-danismaz çəkilər bir qırağa sakit həyatını yaşayar,görsənir ki, onu elə-belə buraxmayıblar,gələcək işlərdə ..xana..qarşı baş ..katalizator..rolunu çox güman ki,o oynayacaq! ƏLİYEVİN məzarını boş yerə ziyarət etməyin! Bu ..donqili..general Eldar Mahmudovun Naxçıvanda ..işlər müdiri..olub uzun illər!
Tülkü tülkülüyünü sübut edincə dərisi boğazından çıxır.Zaman çox sirrlər açacaq.
Bütün qanunsuzluq və özbaşınalıqların mənbəyi müstəqil məhkəmələrin olmaması və şikayətə baxılmamasıdır. Kimdən şikayət edilirsə, şikayət məktubunu onun üstünə göndərirlər.
Vasif Talıbovun bir anti-türk olduğunu,ziyanlı .... təşkilatının üzvü olduğunu,talançı və oğru olduğunu başa düşdük.Bəs,onun göstərişi ilə adamları şərliyib həbs edən hüquq-mühafizə orqanlarının rəhbərləri necə,onlar haqqında ölçü götürülməyəcək?
Ey vaska cekdirdiyini cekeceksen