Menu

MESSİYƏ HƏDİYYƏ EDİLƏN GEYİMİN MƏNASI NƏDİR? - Fotolar

19.12.2022, 15:39
MESSİYƏ HƏDİYYƏ EDİLƏN GEYİMİN MƏNASI NƏDİR? - Fotolar

Dünya çempionatının finalında qalib gələn Argentina millisinin kapitanı Lionel Messinin mükafatlandırma zamanı əynindəki geyimi xüsusi diqqət çəkib.

Həmin geyimi həlledici qarşılaşmadan sonra Qətər əmiri Təmin bin Həməd əs-Sani argentinalı ulduza hədiyyə edib.

Qətərdə “Bişt” adlanan yerli adət-ənənəyə görə bu geyim mühüm tədbirlər zamanı istifadə olunur. Daha çox nazirlər və vəzifəli şəxslərin istifadə etdiyi bu geyimə mütləq layiq olmalısan.



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol