Menu

“CƏNAB PREZİDENT “İSTEFA VER” DEYİB...” – Siyavuş Novruzov Vasif Talıbovun gedişindən təəccübləndi (VİDEO)

21.12.2022, 14:19
“CƏNAB PREZİDENT “İSTEFA VER” DEYİB...” – Siyavuş Novruzov Vasif Talıbovun gedişindən təəccübləndi (VİDEO)

Naxçıvan Muxtar Respublikasını Milli Məclisdə təmsil edən deputatlardan biri – Siyavuş Novruzov Ali Məclis sədri Vasif Talıbovun istefa verməsi xəbərini "Musavat.TV"-nin canlı yayımında eşidib.

“AzPolitika.info” xəbər verir ki, verilişin aparıcısı Sevinc Telmanqızının açıqladığı xəbərdən təəccübləndiyini gizlətməyən millət vəkilinin reaksiyası belə olub: “Hər şey ancaq bir şəxsin iradəsindən asılıdır. Əslində istefa bu formada olmalıdır. Hansısa jurnalistin, partiya nümayəndəsinin dediyi kimi yox... İstefa lazımdırsa, istefa!... Deyirdilər, ay camaatı qaldıracaqlar ayağa, ay ordu qalxacaq... Gördünüz, məsələ sakit yolla öz həllini tapdı. Azərbaycanda belə proses yoxdur ki, kimsə kimə güc göstərsin, əzələ nümayiş etdirsin”.

“Bundan sonra Naxçıvanda nələr ola bilər”, sualına S.Novruzov cavabında bildirib ki, aparılacaq struktur islahatlarına baxmaq lazımdır. “Ola bilər, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunsun, yaxud Ali Məclisə yeni sədr seçilsin”,- o əlavə edib.

“Deyirsiz ki, Vasif Talıbovun istefası bir şəxsin iradəsinə bağlıdır. Onun öz iradəsinimi nəzərdə tutursunuz” sualına deputat belə cavab verib:

- Yox,cənab Prezidentin iradəsini nəzərdə tuturam.

- Yəni, cənab Prezident Vasif Talıbova “istefa ver” deyib?

- Ancaq elə ola bilər...

Rasim Əliyev

“AzPolitika.info”


Şərhlər

Baba 2022-12-22 13:18:15

Vasif gedəcək başqa Vasig gələcək. Əzab-əziyyət çəkən də sadə kasıb xalqdır....

İlqar 2022-12-21 15:57:05

Ay Siyavuş bəy görəsən sənin və səndən başqa Naxçıvandan seçilən Milli Məclisdə təmsil olunan deputatların Vasifin bu əməllərindən xəbəri yoxmuş ya Siz də indi bilmisiz?

t.ədalət 2022-12-21 14:46:41

Səyəvuş Novruzovun "allax-bullax" çıxışlarında həqiqət var.Vasif vəzifəsindən uzaqlaşıb.Ancaq onu faktiki Prezident vəzifəsindən götürməyib.Ola bilsin ki,Bakıya gətirib nazir qoysunlar.Çünki onun qohum-əqrəbaları öz vəzifələrindədir.Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət departamentin rəisi, general-polkovnik Arzu Rəhimovu götürək.Onun da işə düzəldəni Vasif Talıbovdur..

Mubariz 2022-12-21 14:44:58

Bu da bizim hüquq « professorumuz » ,hələ anlamır ki seçilmiş şəxslərə prezident deyə bilməz istefa ver ,qanundan bixəbərdir . Özüdə təyin olunduğundan rəhbərliyin sözü ilə istefa verirlər ,çünki Talıbov kimi hamısı eyni gündədir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol