Alimlər alzheymerin inkişafını ləngitməyin yolunu tapıblar

Texas Universitetinin nevroloqları alzheymer xəstəliyinin inkişafını ləngitməyin yolunu tapıblar.

“Report” xəbər verir ki, alimlərin tədqiqatının nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Belə ki, amerikalı alimlərin tədqiqatına əsasən, dərin beyin stimullaşdırılması alzheymer xəstəliyinin inkişafını ləngitmək üçün təsirli yol ola bilər.

Dərin beyin stimullaşdırılması elektrik impulslarını çatdırmaq üçün beynin müəyyən bölgələrinə elektrodların implantasiyası ilə işləyir. Adətən həkimlər epilepsiya, parkinson xəstəliyi kimi xəstəlikləri belə müalicə edirlər. Alimlərin fikrincə, bu üsul həm də alzheymer xəstəliyinin inkişafını ləngitməyə təsir göstərə bilər.

Amerikalı alimlərin eksperimentində xəstəliyin yüngül forması olan 46 xəstə iştirak edib. Onların hamısı təcrübə zamanı xəstəlikdən müalicə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar