“NAXÇIVANDA HELİKOPTERİN VURULMASI TƏSADÜFİ DEYİLDİ!...” – “Vasif Talıbovun məsuliyyəti ciddi araşdırılmalıdır”
“Mehdiyev-Talıbov xəttini nəzərə alsaq, görərik ki, Naxçıvan Rusiyaya çox yaxındır”
Əksər mütəxəssislərin fikrincə, Ukraynadakı müharibənin birinci ilinin tamamında Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayacaq. Müşahidələr isə göstərir ki, artıq Rusiya məğlubiyyətə məhkumdur. Eyni zamanda, çoxları hesab edir ki, məğlubiyyəti hiss etməyə başlayan Rusiyanın Azərbaycandakı “adamlarının” da “vurulması” prosesi xeyli müddətdir ki, gedir...
“AzPolitika.info” Ukrayna savaşı, onun perspektivi, prosesin ölkəmizə təsirləri və Azərbaycandakı “beşinci kolon”un vurulması mövzusunda Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə danışıb.
- Sülhəddin bəy, sizcə, hazırda Rusiya-Ukrayna müharibəsinin hansı mərhələsi yaşanır və bu savaş Rusiya üçün kritik geri sayım həddinə çatıbmı?
- Hələ 2014-cü ildəki Ukrayna böhranından sonra dünyada yeni nizam quruculuğu və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil oldu. Rusiyanın imperiyanı bərpa etmək üçün Ukraynaya yenidən təcavüz etməsi də artıq proseslərin həlledici mərhələyə daxil olduğunu göstərir. Savaş artıq strateji xarakterlidir, geopolitik hədəfləri olan müharibədir. Rusiya üçün bu, imperiyanın bərpası, ABŞ başda olmaqla Qərb üçün isə yeni dünya nizamı ilə bağlı yaranan problemin ortadan qaldırılması məsələsidir. Yəni, bir tərəfdən Qərb yeni dünya düzəni qurmaq istəyir, digər tərəfdən Rusiya imperiyanı bərpa etmək niyyətindədir. Beləcə, geopolitik maraqlar toqquşur. Bu baxımdan artıq savaş gerçəkdən həlledici mərhələyə daxil olub.
Putin bu siyasi-strateji savaşı əvvəldən uduzub. Əslində, Putin ordusuna Ukrayna sərhədini keçmək əmri verməklə strateji tələyə düşüb və strateji baxımdan uduzub. Bunun ardınca isə hərbi-strateji təşəbbüsü əldən verib. Məsələn, Kiyev istiqamətindən rus qoşunları vurulub çıxarıldı, eləcə də Çerniqov və Sumı vilayətlərindən geri çəkildi. Həmçinin, Xarkov məğlubiyyəti yaşadı və nəhayət, Xersondan ordusunu çıxarmalı oldu. İndi isə qış fəsli başlayır və qış kampaniyası gözlənilir.
Qış kampaniyası dövründə keçiriləcək əks-hücumun həlledici ola biləcəyi ehtimalı var. Bunun üçün Ukrayna ordusunun əks-hücumu uğurla başa çatmalıdır. Fikrimcə, bu əməliyyatın məqsədi Melitopol-Berdyansk istiqamətində cəbhəni yarmaq, Azov dənizi sahilinə çıxmaq və Rusiya ordusunun Ukraynada olan işğalçı qüvvələrinin Xerson, Zoporojye və Krımdakı hərbi birləşmələrini operativ mühasirəyə almaqdır. Əlbəttə, burada Kerç körpüsünün də sıradan çıxarılması, nəqliyyatın hərəkətinin tam dayandırılması nəzərdə tutulur. Bunlar uğurla başa çatarsa, Rusiyanın, Ukrayna ərazisinin bir hissəsini işğal altında saxlamış olsa da, hərbi-strateji baxımdan məğlub olduğunu daha cəsarətlə demək mümkün olacaq.
Qərb və Ukraynanın hərbi dairələrində düşünürlər ki, Putin yaza 300 minlik qüvvə hazırlamaq və yenidən Ukraynaya hücum dalğası başlatmaq istəyir. Ona görə də həm Ukrayna Silahlı Qüvvələri, həm də ABŞ başda olmaqla kollektiv Qərb çalışır ki, Rusiyanın bu hücumuna qədər Kiyevə elə hərbi yardım və dəstək verilsin ki, Ukrayna qışda dediyim əks-hücumu uğurla başa çatdıra bilsin.
““Patriot”ların verilməsi ilə raketlər elə Rusiya ərazisində vurulacaq”
- Prezident Volodimir Zelenskinin ABŞ-a rəsmi səfəri bu prosesə nə dərəcədə təsir edir, bundan sonra Ukraynaya siyasi və hərbi dəstək ciddi şəkildə artacaqmı?
- Prezident Zelenskinin səfərini elə bu kontekstdə dəyərləndirmək faydalı olardı. Bu baxımdan mən yaxın dövrdə Ukraynaya hərbi, maliyyə, humanitar və iqtisadi yardımın həm miqdarca, həm də keyfiyyətcə artacağını düşünürəm. Bunun da ilk əlamətləri artıq görünür.
Zelenskinin səfəri ilə eyni vaxtda Bayden 2 milyard dollara yaxın yeni dəstək paketini imzaladı. Hətta paketə müdafiə xarakterli olsa da, “Patriot” sistemlərinin daxil edilməsi nəzərdə tutulur. Məncə, növbədə daha ciddi hücum silahlarının verilməsi də var. Yeni silahlar da veriləcək. Bunlar hələ konkretləşməyib, amma mən onlardan biri haqqında deyə bilərəm. Pentaqon və digər NATO ölkələrinin silah anbarlarında çoxlu sayda keçmişdən qalma idarəolunmayan bombalar var. İndi onlar idarəolunan vəziyyətə gətirilir və başlıq kimi raketlərə yerləşdirilirlər. Bu da yeni silahın ortaya çıxmasına səbəb olacaq. Ukraynaya həmin idarəolunan bombaları daşıyan raketlər də veriləcək.
Mənə elə gəlir ki, zamanla Ukraynaya daha uzunmənzilli raketlər veriləcək. Bunun da başlıca səbəb odur ki, artıq ABŞ və onun Avropadakı müttəfiqləri Saratovda və Ryazanda hərbi aerodromlara vurulan zərbələrdən sonra anlayıblar ki, Rusiyanın cavab verməsi üçün əlində elə bir əlavə vasitəsi qalmayıb. Bu da məsələni asanlaşdırır. Artıq Ukraynaya “Patriot” sistemləri verilir. Hərbi mütəxəssislərin bildirdiyinə görə, bu sistemlər raketləri əsasən hərəkət trayektoriyasının qalxma hissəsində zərərsizləşdirir. Bu da o deməkdir ki, Rusiyadan qalxan raketlər elə Rusiya ərazisində vurulacaq. Bu isə müharibənin strateji baxımdan yeni mərhələyə keçməsi deməkdir. Yəni, müharibə bu günə qədər Rusiya üçün strateji xarakter daşıyırdısa, strateji silahlardan ancaq Rusiya birtərəfli qaydada istifadə edirdisə, bundan sonra Ukrayna da “Patriot”lardan strateji silah kimi istifadə edəcək. Baxmayaraq ki, bu, müdafiə silahıdır, eyni zamanda strateji hücum silahı rolunu da oynayacaq. Bu da o deməkdir ki, Ukrayna, ABŞ və NATO üçün müharibə artıq strateji səviyyəyə keçir.
“Nüvə silahından istifadə imkanı və ehtimalı azalır”
- “Patriot” sistemlərinin də Ukraynada quraşdırılması ilə bu ölkənin havadan təhlükəsizliyi xeyli dərəcədə təmin ediləcək. Bu halda Rusiyanın əlində yalnız kimyəvi və taktiki nüvə silahından istifadədən başqa “kozır” qalmır...
- Bu məsələ müharibə başlayan gündən gündəmdədir. Lakin hazırda bu silahın istifadəsi ehtimalı, imkanı, həm də bununla bağlı Qərbin qorxusu, narahatçılığı azalır. Mənim anladığım budur ki, “Patriot”ların verilməsi göstərir ki, artıq Ukrayna, ABŞ və onun digər müttəfiqləri bundan çəkinmirlər. Üstəlik, Rusiya tərəfinə, şəxsən Putinə taktiki nüvə silahından və ya digər kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə həm onun, həm də Rusiyanın başına nə gələcəyi barədə ətraflı məlumat verilib. Mən bu ehtimalın aşağı olduğu, hətta qarşı tərəfin buna hazır olduğu qənaətindəyəm.
- Demək istəyirsiniz ki, Ukrayna hətta kütləvi qırğın silahlarını və taktiki nüvə zərbəsini qəbul etməyə hazırdır?
- Prinsipcə, bəli. Həm də qarşı tərəf dedikdə mən ancaq Ukraynanı nəzərdə tutmuram. O mənada hazırdır ki, birincisi, Ukrayna və müttəfiqlərinin aktiv fəaliyyət göstərən güclü kəşfiyyatı var. Onlar vaxtında bu barədə məlumat alacaq və qabaqlayıcı tədbirlər görə biləcəklər. Bu tədbirlər həm kəşfiyyat və təhlükəsizlik, həm də hərbi xarakterli tədbirlər ola bilər. Putinə də anladıblar ki, bu addımının güclü hərbi effekti olmayacaq. Əksinə, Rusiya üçün dağıdıcı təsiri olacaq. Burada şəxsən Putinin özünə zərbə endirməkdən tutmuş ən azı Qara dəniz donanmasının və Ukraynadakı rus işğalçı ordusunun yox edilməsi nəzərdə tutulur. Bir daha qeyd edim ki, kütləvi qırğın silahları, ələlxüsus nüvə silahı təhlükə dərəcəsinə, verəcəyi zərərin miqyasına görə elə ciddi silahdır ki, onun istifadə ehtimalı cüzi olsa belə, xüsusi diqqətlə nəzərə alınmalıdır və alınır. Odur ki, bu silahlardan istifadə ehtimalı getdikcə azalır.
İkincisi, belə silahlardan istifadə ehtimalı o zaman yüksələcək ki, yuxarıda dediyim əks-hücum uğurla başa çatsın. O zaman Kreml və Putin tərəfindən bu cür təhdid dalğası yüksələ bilər. Ondan sonra isə artıq Rusiyanın kapitulyasiyası gəlir. Buna müxtəlif cür don geyindirmək olar, amma reallıqda bu, Rusiyanın məğlub olaraq geri çəkilməsi prosesi olacaq. Çünki Vaşinqtonda artıq razılaşma var. Strateji perspektivə Kiyev və Vaşinqtonun baxışı eynidir. Bu, ən yüksək səviyyədə - Bayden tərəfindən açıqlandı. Odur ki, yaxın perspektivdə biz Ukraynaya ciddi dəstəyin veriləcəyini gözləməliyik, çünki qış fəsli ərzində Rusiya yeni hücum dalğasına başlamadan öncə Ukraynanın əks-hücum kampaniyasının başlaması və uğurla başa çatdırılması planlaşdırılır.
Azərbaycan üçün də kritik dövr başlayır. Xatırlayırsınızsa, deyirdim ki, Azərbaycan 48-72 saat ərzində hazırda nəzarətində olmayan ərazilərində öz suverenliyini bərpa etməyə hazır olmalıdır.
- Yeri gəlmişkən, Ukraynadakı durum hazırda Cənubi Qafqazdakı vəziyyətə, konkret olaraq Qarabağ ətrafında gedən proseslərə hansı formada təsir edir?
- Birbaşa təsir edir. Çünki bizim qarşımızda artıq Ermənistan deyil, vəkalət müharibəsi aparan, 300 ildir bu problemi yaratmaqla məşğul olan Rusiya dayanır. 1721-ci ildə Rusiyanın imperiya elan olunmasından cəmi bir il sonra - 1722-1723-cü illərdə Xəzərboyu yürüşün başlaması ilə bu problemin əsası qoyulub. Yəni, nəzəri olaraq problemin kökü 300 il, de-fakto isə 200 ildir ki, qoyulub. Yəni, Qacarların rus imperiyasına məğlub olmasından, Gülüstan və Türkmənçay sazişlərinin imzalanmasından sonra. Birinci mərhələdə ermənilər buraya köçürülüb, ikinci mərhələdə onlara vilayət yaradılıb, üçüncü mərhələdə erməni dövləti qurublar, dördüncü mərhələdə də bu dövlət Azərbaycan torpaqları hesabına genişləndirilib və bu günə gəlib çatıb. O cümlədən də Qarabağ münaqişəsinin əsası qoyulub. Yəni, biz indi böyük tarixi dərinliyi olan bu problemi yaradanla, əsl düşmənlə üz-üzəyik.
Ukraynada savaşın bir tərəfi neoimperialist Rusiya olduğundan, bu məsələ həm də bizi maraqlandırır. Bu mənada, Ukraynada gedən geopolitik müharibə, xüsusilə onun gözlənilən nəticəsi buraya birbaşa təsir edir. Formal məntiqlə yanaşdıqda, dolayı yolla təsir edir deyə bilərik, lakin əslində real olaraq birbaşa təsir etdiyini vurğulamaq istəyirəm. Prosesləri yaxından izləyənlər bunu görməyə bilməzlər.
“Rusiyanın qalib gəlmə şansı yoxdur...”
- Rusiya Ukraynada qalib gəlsə, bizi nə gözləyir, əksinə, məğlub olsa hansı imkanlar açılacaq?
- Rusiyanın qalib gəlmə şansı yoxdur və bunu nəzəri baxımdan da yaxın buraxmaq istəmirəm. Bir daha deyim ki, bu, strateji savaşdır, resursların tükənməsinə hesablanıb və bu tip savaşlarda strateji resursu daha çox olan tərəf qalib gəlir. İndi strateji resursun hansı tərəfdə daha çox olduğu açıq və aydın görünür. Ən azından mənim üçün. Odur ki, nəzəri baxımdan belə Rusiyanın qalib çıxmasına heç bir şans vermirəm. Bu, yalnız bir variantda - başda ABŞ olmaqla, kollektiv Qərbin xəyanəti halında mümkündür.
- Sizin də dediyiniz kimi, Rusiyanın zəifləməsi müşahidə edilir. Bəs, bu bizə hansı üstünlüklər verə bilər?
- Bəli, bizim 44 günlük savaşda qalib gəlməyimizin bir səbəbi də budur. Əgər Rusiya ümumiyyətlə zəifləməsəydi, Türkiyənin Azərbaycana belə dəstək verməsinə, burada hərbi varlığını təmin etməsinə, bizimlə strateji müttəfiqlik sazişi imzalamasına, ardınca Türk Dövlətləri Birliyinin yaradılmasına, oraya keçmiş sovet respublikalarının qoşulmasına imkan verərdimi?
Bu gün də baş verənləri nəzərə alsaq, Rusiyanın Azərbaycana münasibətdə “dözümlü” yanaşmasının arxasında onun zəifləməsi və Ukraynada strateji bataqlığa düşməsi dayanır. Üstəlik, Rusiya getdikcə daha da zəifləyəcək və Azərbaycan bundan istifadə etməlidir. Biz Rusiyanın Azərbaycanda zəifləməsini və buradan çıxmağa meyllənməsini, eləcə də Azərbaycanın müttəfiq və tərəfdaşları ilə birlikdə onu buradan çıxarmağa hazırlaşmasını gözləyirik. Ola bilsin ki, kimlərsə bunu açıq şəkildə dilə gətirmir. Amma əslində, ruslar da bunu başa düşür. Məsələn, rus politoloqlar, hərbçilər, ekspertlərin açıqlamalarına diqqət edin. Onlar nə deyirlər? Açıq bildirirlər ki, Rusiyanın zəifləməsindən istifadə edən Azərbaycan bizim üçün problemlər yaradır, Ukraynada qalib gələcəyik və başımız açıldıqdan sonra Azərbaycanla məşğul olacağıq və sair.
“O yataqlarda birbaşa Putinin də maraqları var...”
- Bu təhdidlərin səbəbi nədir?
- Məncə, bunun kökündə Rusiyanın zəifləməsi və Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövqelərini itirməyə başlaması, münaqişənin həlli prosesinə ABŞ və AB-nin qoşulması, Türkiyənin regionda güclənməsi, Azərbaycanın müstəqilliyinin real məzmun kəsb etməyə başlaması, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin reallığa çevrilməsi, türkiyəli generalın bizim Müdafiə nazirinə müşavir təyin edilməsi, bütövlükdə Azərbaycanda, eləcə də Naxçıvanda həm Rusiyanın, həm də onun strateji tərəfdaşı olan İranın “beşinci kolon”una qarşı mübarizənin aparılması, həmçinin, Qarabağda Xankəndi-Laçın yolunun mülki və hərbi nəzarətə götürülməsi dayanır. Düzdür, hazırda həmin yola bizim birbaşa nəzarətimiz yoxdur. Amma sirr deyil ki, Azərbaycan və Türkiyə həmin yola mülki, hərbi və təhlükəsizlik baxımından nəzarəti gücləndirib.
Biz hətta yataqlarla bağlı iqtisadi maraqların toqquşması zamanı Azərbaycanın geri çəkilməməsini, öz haqlarını tələb etməsini müşahidə etdik. Deyilənə görə, o yataqlarda birbaşa Putinin də maraqları var. Bizim qızıl, mis və moliblen yataqları hazırda Rusiya və ermənilər tərəfindən istismar olunur. Bu yataqlarla bağlı Azərbaycan tərəfi İngiltərə şirkəti ilə müqavilə bağlayıb. Burada iqtisadi maraqlar toqquşur və Azərbaycan bu məsələdə geri durmur. Üstəlik, münaqişənin həlli məsələsində Azərbaycanın və Ermənistanın getdikcə Avropa Birliyi və ABŞ-a üstünlük verməsi məsələsi də var. Hətta Rusiyanın bu məsələdə geri çəkilməsi nüansını da qeyd etmək olar. Nazir Sergey Lavrov bildirdi ki, əgər Ermənistan buna razıdırsa, biz də etiraz etmirik. Bu nə deməkdir? Prinsipcə, Rusiyanın öz tələblərindən geri çəkilməsi deməkdir. Əslində bu, onlar üçün çox ağır və təhqiramiz hesab olunur. Rusiyada indiki halda bunun qarşısını ala bilmədikləri üçün təhdidlər yağdırmaqla məşğuldurlar.
- Sizin bayaq dediklərinizdən belə nəticə çıxır ki, Rusiya Naxçıvanda da “beşinci kolon” qura bilib...
- Birincisi, Naxçıvan üç istiqamətdə Rusiyanın strateji nəzarətində olan Ermənistanla həmsərhəddir. İkincisi, Ermənistanın sərhədlərinin ruslar tərəfindən qorunduğunu nəzərə alsaq, bu o deməkdir ki, Naxçıvan elə Rusiya ilə də həmsərhəddir. Üçüncüsü, Naxçıvan bir tərəfdən də Rusiyanın strateji tərəfdaşı olan İranla həmsərhəddir. Ona görə də düşünməyin ki, Rusiya Naxçıvana uzaqdır. Burada “beşinci kolon”un tarixini və Ramiz Mehdiyev-Vasif Talıbov xəttini də nəzərə alsaq, görərik ki, əslində, Naxçıvan Rusiyaya çox yaxındır. Azərbaycan hakimiyyəti Rusiyanın “beşinci kolonu”nun mərkəzi hakimiyyətə təsirini azaltmaq məqsədilə bir sıra addımlar atmışdı, lakin bu əməliyyata qədər Naxçıvan diqqətdən kənarda qalmışdı.
- Belə çıxır ki, 2020-ci ilin 9 noyabrında Naxçıvan istiqamətində Rusiya helikopterinin vurulması da təsadüfi deyildi?...
- Ümumiyyətlə, nə elmi, nə də dini baxımdan təsadüf yoxdur. Təsadüf insanların məlumatsızlıq ucbatından gəldiyi yanlış nəticədir. Əgər bunun öncədən xüsusi planlaşdırılmış bir təxribat əməli olduğu haqqında bizim məlumatımız olsaydı, o zaman burada heç bir təsadüfdən söhbət getmədiyi də aydın olacaqdı.
Bu, qətiyyən təsadüfi vurulma deyildi. Rusiya burada o təxribat əməliyyatını süni “casus belli” – müharibə elanı üçün formal səbəb, yəni bəhanə yaratmaq məqsədilə planlamış, təşkil etmiş və həyata keçirmişdi. Bu düşmən niyyətli əməliyyatda Naxçıvanın siyasi-hərbi rəhbərliyinin iştirakının araşdırılması mütləq lazımdır. Ən azı, oxşar təxribatların önlənməsi üçün. Məncə, cəmiyyətimiz də bu məsələnin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmasını gözləyir. Bu, həm də xüsusi ictimai maraq kəsb edən məsələdir. Burada biz təbii ki, qardaş Türkiyədən yardım almalıyıq. Eyni zamanda Azərbaycanla tərəfdaş olan dövlətlərdən, məsələn, İsraildən, Böyük Britaniyadan da kəşfiyyat dəstəyi istəyə və ala bilərik. Qısası, bu məsələ araşdırılmalıdır. Mən hadisənin baş verdiyi zaman da o fikirdə idim ki, belə süni müharibə səbəbi yaratmaqda Rusiyanın məqsədi Azərbaycanı müharibə ilə təhdid, şantaj etmə imkanı əldə etmək və bu yolla onu Xankəndinin qapısında ola-ola rus silahlı qüvvələrinin “sülhməramlı qüvvələr” adı altında oraya daxil olmasına razılıq verməyə məcbur etmək idi.
- Sizin yanaşmanızdan belə qənaət yaranır ki, bu məsələdə Vasif Talıbovun məsuliyyəti var...
- Belə düşünmək üçün ciddi əsaslar var və bu, ən azı istintaq versiyalarından biri olmalıdır.
Rasim Əliyev
“AzPolitika.info”
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Toydan sonra nağara! Bu gün bu yazının nə mənası var?Guya yeni xəbərdir?
Sülhəddin elə düşünür ki,Amerika açıb.Amma anlamır ki, bu rəxribat baş verən gün çoxlarına bəlli idi.Amma nədənsə bizimkilər qəş yuxusuna gedib 5-ci kolonun işini ağartmaq istəmədilər.. Ona görə özünüzə iş tapın,milləin başını qatmayın.
Müsahibədə Rusiyanın Azərbaycanın bir hissəsində mübvəqqəti olaraq var olması ilə bağlı səsləndirilən arqumentlərə qatılmıram. Rusiyaya qarşı hər bir azərbaycanlının, o cümlədən də bizlərin tavrı ortada. Ruslara qarşı bu tavr isə, Rusiyanın iki yüz ildən artıqdır da Azərbaycana qarşı sərgiləmiş olduğu düşmənçiliklərdən qaynaqlanmışdır. Qaldı ki, Qarabağla bağlı Vətən müharibəsi dövründə və ondan sonra baş verənlər göstərir ki, Rusiyanı hələ də hafifə alanlar var. Bu isə düşmənin gücünü umursamamaq deməkdir. Hansı ki, o Rusiya 10 aydır Ukraynada bütün Avropa və Amerika ilə tək döyüşür. Çox şükür ki, Ölkə Başçısı Rusiya ilə bağlı siyasətində çox düzgün mövqe sergiləyir və addım -addım da öz istəyinə nail olur. Biz istəsək də, istəməsək də Rusiya Qarabağa girəcəkdi və özü də heç kimdən icazə almadan. Çünki, gedişatlar göstərirdi ki, Vətən Müharibəsində Şuşa Rusiyanın qırmızı cizgisi olub . O bildi ki, Şuşa alındısa demək Xankəndi də götürüləcək və götürülməsi üçün də 3 gün vaxt bes edirdi. Həmin dövrdə Rusiya qoşununu zatən Kafana toplamışdı. Şuşa bahanə oldu ve üç tərəfli razılaşma ilə ordu sülhməramlı adı ilə girdi Qarabağa. Digər yandan sanıram kapituliyasiya aktında üçüncü ölkə lazım idi ki, bu saziş beynəlxalq status alsın və bunda da Ölkə Başçısı seçimini düzgün etdi. Bəlkə Rusiyanın əvəzinə ATƏT-in o biri iki üzvündən Fransanı ya da Amerikanı dəvət etsə idik. Ölkə başçısı təbii ki buna getməzdi, çünki Azərbaycan üçün bu məsələdə optimal variant Rusiya idi və inanırıq ki, zamanı gələndə bu məsələ də Azərbaycanın xeyrinə həll olunacaqdır. Yoxsa , bu məsələdə qalan arqumentler bir teferrüztdır. Sadəcə bir az da zaman, bir az da səbr.
ramizde, talibovda uzde olanlardir, ozbashina bu ishe girishe bilmezler; neise, uzun mesledir, zamaninda her shey aydin olacaq!
Bu şərh hakimiyyətə xidmət edən şərhdir.
İki il keçəndən sonra özünü çoxbilmiş hesab edn niyə indiyə kimi yatmışdı?İndi ayılıb?Axı bunun təxribat olduğu elə vertolyot vurulan gün bəlli idi.Hələ bu günı qədər Qaibov gil olan vertolyotun vurulmasl açılmır.Niyə bir adam Hindistana səfir göndərildi,indiyə qədərorada qalıb?Bəs bu sirrləri kim və nə zaman açacaq?
Bəzi qeyri millətdən içərilərimizə soxuşdurulmuşların cinayətləri aşılmır.Onlar həbs olunmurlar,Əksinə mühafizə olunurlar.Misal ətrafınızda istənilən qədərdir.Talıbov da onlardan biri!.Bu gün ğlkə varidatının (neft,qaz,mədən məhsulları ) ölkə xalqına,vətəndaşlarına mənfəətini görən olubmu? Hamısı yad ellilər tərəfindən paylanıb,mənimsənilir.AZərbaycan milləti isə kənardan seyr edir və səfalət içində yaşamağa məcbur edilib.
Naxçıvanda gedən proseslər bütün demək olar ki bütün Azərbaycanda gedir. Talan-qarət yüksək səviyyədə,haqqıını tələb edəni məhv edirlər,türməyə atırlar,öldürürlər,ailəsini uşaqlarını məhv edirlər. Ölkə sürətlə boşaldılır. Millət bütün dünynın ölkələrinə qaçır ki bir burada olmasın. Cavan savadlı oğul qızlarımız hamısı qaçır xarici ölkələrə. Bir qrup insan ölkəninin millətin milyardlarını trilyonlarını atıblar. Millət isə gecələr zibil yeşiklərindən çörək qırıntıları yığırlar. gecə saat 12-dən sonra zibil yeşiklərinin yanında elə savadlı qabiliyyətin insanlara rast gəlinir ki adam dəhşətə gəlir
Yəni, özümüz *örtmüşük*? Yarım milyon nüfuz oradır, yarım da əski paytaxt. Nədən, ildən bir oranın payı 50-80 milyon dotasiyalar, Gəncənin qisməti isə terrorçu və gülləbaran olub?
Onun zibbilərinin üstünü Türkiyə açıb. 30 ildə görən olmayıb o xəyanət edir,millətə divan tutur,milləti rtalan edir, bir sözlə millətə qarşı düşmənçilik edir. Vallahi bu ermənidən pis təhlükəli düşməndir. Erməni bilirsən ki düşməndir ya sən onu vurub öldürürsən ya da o səni. Ancaq bunlar bizimi milləti xaldı öldürür həm fiziki,həm mənəvi,həm də maddi cəhətdən.
Cənab Təhlükəsizlik Eksperti, nədən ən məsul birbaşa vəzifəni Türkiyə üzərinə atırsınız? Axı, rəsmi işğalçı Ermənistan hələ də mühakimə olunmamış və ya Azərbaycandan çıxarılmamış soyqırım terrorçuları ilə birlikdə Azərbaycandan üç dəfə azdırlar? Digər tərəfdən Kreml və erməni döyüşçüləri bir neçə aya 50-100 azərbaycanlı, ukraynalı məhv etdiyi halda, heç bir səbəbsiz hər bir həmləsinə belə azı 50 nəfər türkü məhv etdiyini Suriyada dəfələrlə sübut edib!
Dərin təhlildə *böyük siyasi*lərinin belə milli dövlət mənafelərini sövdələşmələrə qurban verdiklərinin şahidi olursan? Tutaq ki, təhqiqat gedir-İşğalçı ortaq Ermənistan, ya RF şahidi hansı həm də türkə gerçəyi etiraf edər? Şərurun kəndinin işğalı o zaman niyə Beynəlxalq aləmə qabardılmamış, Naxçıvan zəmanətçisi Türkiyəyə Xəbər verilməmişdi?
NAXÇIVANDAKI ORDUYA DA BAŞ ÇƏKMƏK LAZIMDIR. ORDUDA QEYRİ ADİ YAZILMAMIŞ QANUNLAR TƏTBİQ EDİBLƏR. ZABİTLƏR QORXULARINDAN DANIŞMIRLAR. ÇÜNKİ DANIŞANIN DİLİNİ KƏSİRLƏR.ANCAQ İNDİ DANIŞDIRMAQ LAZIMDIR SIRAVİ ZABİTLƏRİ Kİ DESİNLƏR NƏLƏR BAŞ VERİR ORADA.NECƏ İNSANLARIN TALEHİ İLƏ OYNAYIRLAR.100lərlə MİLYARDLARI YEYİBLƏR. ORDUDA DA EYNİ CİNAYƏTLƏR HÖKM SÜRÜB.
Tamamilə doğru yanaşmadır.Daha doğrusu faktır.
Sülhəddin bəy, həmişəki kimi super maraqlı və faydalı fikirlərinizə görə təşəkkür edirik! Helikopteri 100% ruslar vurublar 9 noyabr 2020 ildə!