"Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır..."
"Təbii ki, Vasif Talıbovun işdən azad olunması onun səhhəti ilə bağlı deyil. Mən bilirəm ki, Vasif Talıbovun səhhətində həqiqətən də uzun müddətdir ciddi problemləri var. Şəkər xəstəliyi, təzyiqi var və s. Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Azərbaycan dövlətinə qarşı xəyanət kimi dəyərləndirilən addımları ilə, Azərbaycan rəhbərliyinə tabe olmamağı və Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır...."
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "demokrat.az" saytına müsahibəsində bildirib.

S. Cəlaloğlu Naxçıvan istiqamətində rus helikopterinin vurulması təxribatında Vasif Talıbovun da rolu olduğunu vurğulayıb: "Bu gün rus silahlı qüvvələrinin Xankəndinə girməsi Naxçıvanda vurulan vertolyot hadisəsi ilə bağlıdır. Ona görə də, bugünə qədər də Naxçıvanda kimin göstərişiylə, kimin o vertolyotu vurduğu bəlli deyil. Onu ruslar vurub Naxçıvanın üstünə atıb, yəni ki, bu günə qədər o məsələ aydınlaşmır. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyinin də bu məsələdə çox ciddi əli var.
Eləcə də, son vaxtlar İranın Naxçıvana qarşı olan iddiaları ilə bağlı Naxçıvan Muxtar Respublikasında nə rəhbərlikdə olan şəxslər, nə də adi vətəndaşlar öz mövqelərini ortalığa qoyublar, etirazlarını bildirməyiblər. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyi Azərbaycan rəhbərliyindən fərqli olaraq İranla tamamilə başqa bir əlaqələr yaradıb. Baxmayaraq ki, dəfələrlə İranda İlham Əliyevin şəxsən özünün əleyhinə, dövlətimiz əleyhinə çox kəskin bəyanatlar verilib. Amma, belə bəyanatlara cavab olaraq Naxçıvan Muxtar Respublikasında heç kəs ağzını açıb nə Prezidenti müdafiə edib, nə dövlətimizi, nə də millətimizi müdafiə edib.
Bu da onu göstərir ki, həqiqətən də Naxçıvanla İran arasında Azərbaycanla İran arasındakı münasibətdən fərqli münasibətlər formalaşdırılıb. Bu isə Naxçıvan ərazisindən keçməli olan İpək yolunun çox ciddi şəkildə problemlərlə üzləşəcəyindən xəbər verir. Türkiyə təhlükəsizlik orqanlarında Naxçıvanın PKK və İŞİD üçün müəyyən bir tranzit yolu olmasıyla bağlı məlumatlar olub. Hətta Vasif Talıbovun və adamlarının da PKK ilə və digər bu cür qüvvələrlə əlaqəsinin olması haqqında çoxlu məlumatlar var. Ona görə də, Vasif Talıbovun işdən çıxarılması tamamilə siyasi motivlidir. Onun Vətənə, dövlətə zidd mövqe tutması ilə bağlıdır".
"İran Naxçıvandan həmişə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı bir silah kimi istifadə edib. Bir çox hallarda buna müvəffəq də olubdur. Görünür, son vaxtlarda İran yenə də Naxçıvandan İlham Əliyevə qarşı istifadə etməyə cəhdləri edib. Yaxşı ki, bu cəhdlər baş tutmadı və vaxtında Vasif Talıbov Naxçıvandan uzaqlaşdırıldı. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasını tamamilə boşaldıb. Orada əhaliyə divan tutub. İnsan ağlına gəlməyən qaydalar tətbiq edib. Naxçıvanın tarixi abidələrini darmadağın edib. Öz ağlı ilə həmin abidələrin yerində tamamilə müasir qaydada guya abidələr düzəldib və s. Həm mədəniyyətimizə böyük ziyan vurub, həm iqtisadiyyatımıza, həm də Naxçıvan camaatının demoqrafik vəziyyətinə çox mənfi təsirləri olan işlər aparıb, Həmçinin Azərbaycan hakimiyyətinə və dövlərinə tabe olmamaq istiqamətində çox ciddi "işlər" görüb. Ona görə də, mən Vasif Talıbovun işdən çıxarılmasının Vətənə xəyanətlə bağlı olduğunu düşünürəm." - deyə, Cəlaloğlu bildirib.
"AzPolitika.info"

Şərhlər
Talıbovun kimin jadrı olduğu.onu jimin himayə etdiyi hamıya bəlli olduğu halda niyə özünüzü yorursunuz.Ona heç nə edilməyəcək.Sadəcə get daha bəsdir deyiblət,bir az da geti alacaqlar.Vəssalam!
5 il vezifede olum 10 il ceza cekI'm. Millard sahibi olmagin yolu.
onun türkləri görməyə gözü yoxidi--kürdləri isə çıraqla axtarıb tapıb 1-ci olmasada mütləq 2-ci postlara qoyurdu və donosçuluğa öyrədirdi--bir bilsəniz onların zülmünün maştabını--namərdliklərini--Azərbaycan dili onların namərdliyinə tərif verməkdə acizdir
Sərdar bəy,vətənə xəyanət edənləri hansı cəza gözlədiyini bəlkə bilirsiniz.Gğrək bəs Talıbova bu cəza vetiləcəkmi? Əgər belədirsə niyə məhkəməyə müraciət yoxdur.Bilmrsiniz ki, bəzi kimlərəsə yaxın cinayətkarlar Azərbaycanda cəzasız saxlanılır?Bu nəticəsiz mülahizələrinizin effekti olmayacağını bilərəkdən özünüzü niyə gözdən salırsınəz?Bilmirsiniz Talıbov kimdir?
Talıbovun işdən çıxarılması hələ məsələnin tam həlli demək deyil, necə deyərlər əsas günah ilanda deyil, ona zəhər verən kərtənkələdədir. Odur ki, Talıbovu indiyə qədər himayə edən kərtənkələləri zərərsizləşdirmək gərəkdir. Onların da kimlər olması bütün Azərbaycan cəmiyyətinə məlumdur. “Qanun naminə” bədii filmində heç kimin ağlına gəlməzdi ki, bandanın başında duran Qaloşdur. Cənab Prezident Qaloşların axırına çıxmalıdır.
Talibovun bu ideyaya ne tefekkuru, nedeki cesareti zatmazdi, cadece olaraq boz kardinalin moskva ile birge layihesidir. Bash tutsaydi moskvanin herbi casuslari da ishtirak edecekdi.
Pul söhbəti boş söhbətdir onsuzda bütün Azərbaycan məmurları əmirlər bu bu ölkəni.mən sıravi vətəndaş bilirəm ki icra başçılarının mal mülkləri otelləri villaları avropada bizneslər var nazirləri də həmçinin. pristo kim əndazəni asırsan cazalanir .vasifdən 30 yoxx 50vmilyard yesin .söhbət basqax bizim bilmədiyimiz məsələdi
Bunlardan olmayanın Biri gecə ailənin-uşağın yanında bunların hansısa bir mənfi əməllərindən danışanda DTX xəbər turub gəlib gecə ikən onu aparır. Ya kamera qoyur ya da necəsə bilirlər. İndi 30 ildir ölkəni çapıb talayırlar,insanlarla qeyri insani rəftar edirlər, heç kimin xəbəri yoxdurmu? Milyardlar Trilyonlar atırlar bizə. Düz yazırlar deyirlər ki biz də yatırıq. Yataq görək axırımız necə olacaq
Keçmiş çay fabrikinin yerində tikilən onlarla hündürmərtəbəli yaşayış binası var.Qapıları bağlı saxlanılır.Deyilənə görə,binaları Bəylər Əyyubov tikdirib.Fikir verirsiniz,müh.əlilləri və şəhid ailələrinə şəhərdə verməyə mənzil tapılmır.Amma hansısa........
Düzdür. Yəqin Türkiyə bunu n çıxmasını tələb edib. Yoxsa Talıbov 500 milyard yox 500 trilyon da bizə atsa heç kim xətrinə dəyən deyildir. Bizdən olmayanlar bizi içəridən söküb-dağıdırlar
Yadımdadır bir 15-20 il bundan qabağın söhbətidir. Bir yaxın adam iş axtarırdı. Çay fabrikinin yanından keçəndə deyib girim bəlkə burada bir iş taparam. Ona orada deyiblər biz Azəriləri Türklərini burada işə götürmürük. Bura ancaq bizimkilər Kürdlər üçündür. İndi Talobi də Naxçıvanı yəqin özününkülər üçün boşaldırmış, çox böyük ehtimal ki, Türkiyə kəşfiyyatı qarşısını alıb