“Sevindirici haldır ki, Azərbaycan “Putin kabusunu” öz üzərindən tamamilə ata bilib. O, Rusiya diktaturasının alçaq özünə sovurmaq (sərvətləri və sair) gücünü dəf edə bildi və Ermənistandan fərqli olaraq, öz sivilizasiya seçimini etdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı jurnalist, sənədli filmlər rejissoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Aleksandr Nevzorov deyib.
Nevzorov son çıxışında bildirib ki, Azərbaycan xüsusilə Putin Rusiyası ilə necə münasibətlər qurulmalı olduğuna dair çox uğurlu nümunədir: “Azərbaycan uzun müddət Putinlə “üskük oyunu” oynayıb. Putin “üskük oyunçusu” kimi Qarabağı gah bir, gah digər tərəfə təklif edir və bunu zirəklik və sədaqətə görə mükafat kimi təqdim edirdi, lakin vermirdi. Azərbaycan bu oyunu sındırdı və “üskük oyunçusu”nun keçəlinə tüpürə bildi, həmçinin, artıq Ukrynanı pulla, generatorlarla və digər bir çox şeylərlə açıq dəstəkləməyə başladı...”
Nevzorov deyib ki, onun Azərbaycan mövzusuna bu cür xüsusi diqqət yetirməsi təsadüfi deyil: “Azərbaycanın bu seçimi olduqca vacib məqamdır. Bu, o deməkdir ki, bütün sivil dünya Rusiyanın cazibə qüvvəsini yenə bilib... Ukraynalılar məndən azərbaycanlılara generatorlara və başqa yardıma görə böyük təşəkkür çatdırmağımı xahiş ediblər”.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Təssüf ki, bizdə Ölkə Baçısının bu uğurlu siyasətini anlayan siyasi kəsimlər azdır. Hələ də onlar İlham Əliyevi Rusiyanın Qarabağda müvəqqəti də olsa var olmasına şərait yaradan Dövlət Başçısı kimi görürlər. Amma anılamırlar ki, o düşmeninin gücünü hafife almadan, onu masada yene bilib. Bu gün Rusiya sadəcə Azərbaycanın bir hissəsi olan Qarabağda öz varlığını uzatmaq üçün son çırpıntılarını edir. Amma əbəsdir. Çünki, dünyada və bölgəmizdə dəyişən geopolitik dəngeler və zaman Azərbaycanın lehine içləyir və bunu da Ölkə Başçısı çox gözəl dəyərləndir və siyasətini də ona görə qurur. Sadəcə bir az da zaman.