“2023 FƏLAKƏT İLİ OLA BİLƏR” – Ekspertlər mümkün ssenariləri açıqlayıb

İsveçdə yerləşən və qlobal fəlakət ssenariləri üzrə ixtisaslaşmış “Qlobal Çağırışlar Fondu” bəşəriyyətin 2023-cü ildə qarşılaşa biləcəyi fəlakət ssenarilərini açıqlayıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər 2023-cü ildə bəşəriyyətin bir sıra təhlükələrlə qarşılaşma riskinin yüksək olduğunu bildiriblər.

Nüvə müharibəsi riski 1945-ci ildən bəri ilk dəfə yüksəlib

Qlobal Çağırışlar Fondu” ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombasıyla hücumundan sonra dünyada nüvə müharibəsi riskinin ən yüksək səviyyədə olacağı bildirilib.

Həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda, nüvə silahından istifadə riskinin Kuba böhranından bəri ən yüksək səviyyədə olduğu ifadə edilib.

Qlobal istiləşmə ekoloji fəlakəti artıracaq

Hesabatda qlobal istiləşmə və iqlim böhranı ilə ekoloji fəlakətlərin arta biləcəyi proqnozlaşdırılır.

“Qlobal iqlim dəyişikliyi qida zəncirinə ciddi təsir göstərə bilər. Ərzaq istehsalı yavaşlaya, aclıq arta və nəticədə siyasi qeyri-müəyyənlik və qarşıdurma yarana bilər” - deyə, bildirilir.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2022-12-29 11:24:58

Həmişə təzə ilin başlanğıcında özündən müştəbeh "astroloqlar" belə əsassız çıxışlarla xalqın rahatlığını pozmağa çalışırlar.

Son yazılar