RZA TALIBOV RÖYAYA MÜLK BAĞIŞLAYIB? – FOTO, VİDEO

Əməkdar artist Röya Ayxan Naxçıvanda konsert verir, bundan əvvəl isə Bakıda ona 8 milyon manat dəyəri olan ağ saray bağışlanıb.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Bakı-Buzovna yolunda, Zaqulba prospektində yerləşən ağ saray 20 sot torpaqda inşa olunub. İçində 3 yataq otağı olan ağ sarayın həyətində 180 ton su tutumu olan hovuzu və qulluqçular üçün ayrıca ev də var. Şağan City elit yaşayış kompleksinin yaxınlığında yerləşən ağ saraya Röya Ayxana Vasif Talıbovun oğlu Rza Talıbovun inşa etdirib bağışladığı da bildirilir.

Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. O zaman Röya Ayxanın Naxçıvandakı konserti haqda “Yeni Sabah” xəbər yaymışdı. Sayt yazırdı ki, konsert Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə biznesinə daxil olan “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilib.

Sayt xüsüsi olaraq qeyd edirdi ki, Röya Ayxan vaxtilə Vasif Talıbovun oğlu Rza Talıbovun sevgilisi olub.

Rza Talıbovun müğənniyə bağışladığı iddia olunan ağ sarayla bağlı müzakirələr efirlərdə (https://www.youtube.com/watch?v=7Aa-491JPXM ) də müzakirə olunub. Belə ki, “Həmin Zaur” verlişində aparılan müzakirədə bir villa fotosu sərgilənib.  Verlişdə qonaq olan şairə Nazilə Səfərli Röya Ayxanın Buzovnada tikilən bağ evindən danışıb. 

245455_jsn1qyo4yg.jpg (315 KB)

Hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri olan Rza Talıbov Vasif Talıbovun iki oğlundan biridir. 40 yaşlı Rza Talıbovun vikipediyakı məlumatlarında Naxçıvanda rus məktəbini bitirdiyi xüsusi vurğulanır, onun 3 övlad atası olduğu qed olunur. 

Onun qardaşı Seymur Talıbov ataları Naxçıvan Ali Məclisini sədri olduğu müddətdə Naxçıvan Dövlət Universitetinin prorektoru idi. Hazırda Seymur Talıbovla Vasif Talıbov Naxçıvandakı qəsrlərindən sovetdən qalma, dəyəri Röya Ayxana bağışlanan ağ saraydakı qarovulçu evindən də ucuz evlərinə köçürülüblər.

Rza Talıbov isə Bakıda qalıb, “atamın işlərinə qarışmıram” şəklində açıqlamalar verməklə gün keçirir.

635x100

Şərhlər

Türk 2022-12-29 10:01:58

Ona görə Röya Kürd dilində mahnı oxuyur.

RR 2022-12-29 07:17:17

klassika ))) derd

X 2022-12-28 22:58:44

Qazı özün yandirmasin neynesin? Əlillik dərəcəsi ala bilmir.

t.ədalət 2022-12-28 20:31:24

Röya qapısı açıq qalmış uçuq komaya bənzəyir.Kim istəyi.....Beləsi,əlbəttə,təkcə Röya deyil.

dadaşyev 2022-12-28 18:53:16

Röya xanım Azərbaycanın bir nömrəli estrada ulduzudur.Ona nə bağışlanılıbsa ana südü kimi halaldır,çünki öz sənətiylə nail olub buna.Bağışlayan onu hansı yolla qazanıbsa o,Röya xanımın işi deyil.Onu bağışlayanın işidir.

Son yazılar