"ƏLİYEVİN BU AÇIQLAMASI KREMLİN XOŞUNA GƏLMƏYƏCƏK" - "Həm Moskvaya, həm İrəvana mesaj göndərib ki..."

“Prezident İlham Əliyev televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa çatacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirsinlər”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

c2340a45-c9b0-39e6-b422-1149768f5906_850.jpg (68 KB)

Politoloqun sözlərinə görə, İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək: “Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir. 

İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunması təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür. 

Kreml İlham Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verib. Məsələ sadədir. Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatına görə, Rusiyanın hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir

Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir!”

635x100

Şərhlər

B.Qarabağlı 2023-01-11 23:03:41

Siyasi-Hüquqi mübarizədə *zərif*in üstünlüyü yalnız və yalnız aspekt və aksentinin gözlənilməzliyi ilə mümkündür! *Güclü* tərəfə isə nəinki, onun heç əsaslı aspekti deyil, aksenti belə kifayət edir ki, aldığı foradan qələbəsini təmin etsin və ya qanuni iddianı dolayı rədd etsin?

Qədir Yesirov 2023-01-11 15:33:40

Zəfərdən keçən iki ilin, xüsusən 13-14 sentyabr təkrar işğal cəhəti, terrorçuları neytallaşdırma əvəzinə mühafizə etmə və müddətinin uzadılma kataklizmləri nəinki, vətəndaşlarımızın təhlükəsizliyinə zəmanət vermir, eləcə də Azərbaycan dövlətinin səlahiyyətlərinə qadağa qoyulması dözülməzdir!??? Hər ikisi təcili Azərbaycan ərazisi tərk etməlidir! 35 ilin OLAYlaması gələn yüz ilimmizə kifayət zərər vurub!

Son yazılar