Müəllim, bəy, yoxsa cənab? - Bir-birimizə necə müraciət edək? (VİDEO)

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, bu, mənəvi həyatımızı, yaşam tərzimizi, cəmiyyətdəki münasibəti, insanlar arasında səmimiyyəti müəyyənləşdirən məsələdir.

Millət vəkili təklif edir ki, insanların bir-birinə müraciətində “Bəy” sözündən mütləq istifadə olunmalıdır:

“Kiməsə soyadı ilə müraciət olunanda “Cənab” sözündən istifadə olunmalıdır. Məsələn, cənab Məmmədli. Amma adıyla müraciət edirsənsə, burada “Cənab” sözü işlədilə bilməz. Burada mütləq “Bəy” müraciət formasından istifadə olunmalıdır. “Bəy” çoxdan sosial mənsubiyyət, əsilzadəlik anlamını itirib. İndi sadəcə, müraciət formasıdır. Ona görə də bu sözdən istifadə etməkdan qorxmaq lazım deyil”.

Sabir Rüstəmxanlı qeyd edir ki, “Müəllim” müraciət formasından birmənalı şəkildə imtina etmək lazımdır:

“Müəllim konkret peşə sahəsidir. Bununla yalınız həmin peşə ilə məşğul olan adamlara müraciət etmək olar”.

Daha ətraflı aşağıdakı videoda:

635x100

Şərhlər

Veteran 2023-01-16 16:17:47

Sabir bəy çox sağ olun.

Tarix Baməzə 2023-01-16 15:45:09

Сənab 423! 18 ci əsrdə Sirtaki katolik kilsəsinin qəzasını qaçmış biadət kasta qruplaşmasının nümayəndəsi rəsmi Azərbaycanı soyub,Hidistana gizlənibmiş. Ehtimal ki, Hind Cənabıından sonra 422 və daha sonra Azəri-423 gəlir?

Elturan 2023-01-16 15:36:18

Düzəlmişdi hər yerimiz qalmışdı saqqal-darağımız buna deyirlər?

Mahur 2023-01-16 15:04:55

Deyilənlərlə tam razıyam. Dəstəkləyirəm.

Son yazılar