“AQRESSİVLƏŞMİŞDİ VƏ PREZİDENTƏ QARŞI İŞ APARIRDI...” – “Talıbovun yüksək vəzifələrə yerləşdirdiyi xeyli adam onu dövlət başçısı kimi görürdü...”

“Mən müəyyən faktlara əsaslanaraq bu qənaətdəyəm ki, Vasif Talıbov Naxçıvanı Azərbaycanın yurisdiksiyasından çıxarmışdı. Onun ən böyük günahı bu idi”.

“AzPolitika.info” xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Globalinfo.az” saytına müsahibəsində jurnalistin “Naxçıvanda nə baş verdi? Vasif Talıbov hansı siyasi günahı işlətdi ki, ona, klanına və ailəsinə qarşı dövlət bu cür sərt üzünü göstərməyə məcbur oldu” sualını cavablandırarkən deyib.

Deputat hesab edir ki, dövlət Talıbovun əməllərinin bu miqyasda olduğunu təsəvvür eməyib: “İkincisi, Prezidentə münasibətdə səmimi deyildi. Hesab edirdi ki, daha artığına layiqdir və Naxçıvanda onu qızıl qəfəsə salıblar. Üçüncüsü, artıq kifayət qədər iddiaları artmışdı və Prezidentin arxasından həm xarici ölkələrlə, həm də daxildə müəyyən iş aparırdı”.

“Xarici qüvvə kimi İranın” nəzərdə tutulub-tutulmadığı barədə suala cavabında Q.Həsənquliyev bildirib ki, söhbət təkcə İrandan getmir: “Azərbaycanda təsir imkanları və marağı olan böyük güclərlə müxtəlif şəxslər vasitəsilə müəyyən işlər aparılırdı və Prezident əmin olandan sonra ki, artıq Naxçıvan hansısa mərhələdə Azərbaycan dövlətçiliyi üçün yenidən böyük təhlükə mənbəyinə çevrilə bilər, qəti qərar verdi. 1990-cı ilin yanvarında səkkiz gün ərzində Naxçıvan Muxtar Respublikası öz dövlət müstəqilliyini elan edib. Bunun üstündən cəmi 33 il vaxt keçib. Bu gün də heç kim qarantiya verə bilməz ki, sabah Naxçıvandakı siyasi hakimiyyət ilə Bakıdakı siyasi hakimiyyət arasında fərq olsun. Səkinə Əliyevanın dövründə onlar İrana, Türkiyəyə nümayəndə heyəti göndəriblər. Dörd nəfər İrana gedib, amma Türkiyəyə gedənləri ruslar sərhəddən buraxmamışdılar. 1990-cı ildə Bakıdakı siyasi hakimiyyətlə Naxçıvandakı arasında fikir ayrılıqları vardı”.

BAXCP sədri vurğulayıb ki, Prezident Əliyev Vasif Talıbovun ona xəyanət etməsinə əmin olandan sonra belə bir göstəriş verdi. Q.Həsənquliyev daha sonra xəyanətin mahiyyətindən də danışıb: “O, Prezidentdən çox narazı idi. Prezidentdən sonra özünü hakimiyyətdə görürdü. Və Mehriban xanımın Birinci vitse-prezident təyin olunması artıq onu dəli etmişdi. Sanki onun bütün arzularının, ümidlərinin üstündən bir xətt çəkilmişdi. Ona görə də çox aqressivləşmişdi və emosiyalarını cilovlaya bilmirdi. Əvvəl işlərini gizlin görürdüsə, son illər bunu açıq-aşkar etməyə başlamışdı”.

– Birinci vitse-prezident vəzifəsinə təyinatın üstündən 6 il keçir. Bu müddətdə ona dözdülər… 

– Prezident çox səbirlidir. Hesab edirəm ki, dövlət başçısı bəzi hallarda səbirlə gözləməlidir. Prezident gözlədi, əlverişli bir vaxtda artıq qərar verdi. 

– Onun bu gün vəzifədə qalan siyasi partnyorlarının olduğuna dair mediada fikirlər səsləndirilir... 

– Əlbəttə, Vasif Talıbovu güc strukturunda, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək. 

– Təmizlənən insanlar sonradan dövlətə qarşı revanşizm başlada bilməzmi? 

– Dövlət zəif olsa, öz siyasətində ardıcıl olmasa, əlbəttə, baş qaldıra bilərlər. Amma dövlət, hakimiyyət orqanları vəzifələrini layiqincə yerinə yetirsələr, düşünürəm ki, onlar heç nə edə bilməzlər. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevi, həm də Daxili İşlər naziri Vilayət Eyvazovu şəxsən tanıyıram. Hər ikisi öz sahəsini bilən peşəkarlardır. Prezidentə kifayət qədər sadiqdirlər və qarşıya qoyulan vəzifələri icra etmək gücündədirlər. Düşünürəm ki, bu mərhələdə onların fəaliyyətindən də çox şey asılı olacaq.

– Vasif Talıbovun xəyanətinin üstünün açılmasında adını çəkdiyiniz iki dövlət adamının – DTX rəisi Əli Nağıyevin və Daxili İşlər naziri Vilayət Eyvazovun hər halda rolu olmamış deyil. Onamı işarə etdiniz?... 

– Sözsüz. Əlbəttə, bu məsələlərdə dövlətin güc strukturlarının birmənalı iştirakı var və onların da borcudur ki, Prezidenti baş verənlər haqqında doğru-düzgün məlumatlandırsınlar. Biz zaman-zaman bir çox informasiyaların Prezidentdən gizlədildiyini görmüşük. Bəziləri fikirləşib ki, hansısa əlaqələr haqqında Prezidentə deyərik, bunu düzgün qarşılamaz, əksinə, özümü cəzalandırar və s. Yəni bir çox hallarda bir çox həqiqətləri ona deməkdən çəkiniblər.

Amma mətbuatda da zaman-zaman ictimai-siyasi xadimlər Naxçıvanın problemlərini diqqətə çatdırıblar. Hesab edirəm ki, son vaxtlar dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində daha ciddi addımlar atılır. Ona görə ki, özündən əvvəlkilərdən fərqli olaraq Əli Nağıyev peşəkardır və birbaşa dövlətin təhlükəsizliyinə görə də əsas məsuliyyət daşıyan orqanın rəhbəridir. İctimai təhlükəsizliyə görə məsuliyyət daşıyan da Daxili İşlər Nazirliyidir. 

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Moshuya 2023-01-22 20:28:45

Lətifəniz gözəl.amma Sizin yazınız Hafiz Hacıyevin saylarda çıxışlarını təktatlayır.O deyir ki, Prezident yaxşı.ətrafındakılar pis. Yaxşı,ətrafəndakılar bəs kimin fərmanı ilə oraya topıanəb?İri postlara təyinatıar kimin imzası ilə olur? Bunu Hafiz bəy düşünə bilmir.Belə znzlizçilərdən çoxdan qurtarmaqŞdövlət idarəçiliyini Anunla və Konstitusiya əsasında təşkil etməyi bacarmaq və etmək vacibdir.Yoxsa bu milliyyəti bəlli olmayan,ad və soyadıarınıı Azərbaycanlaşdıranlar ölkəni bətbad ediiblər.

S.Ənvərqızı 2023-01-22 16:40:08

Məmur özbaşnalığı hər yerdə hökm sürür ? Uzun müddətdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət edərək qəbul olunmağımı xahiş etməyimə baxmayaraq, müraciətimə belə əhəmiyyət verməmişdir ? Bu haqda PA, NK müraciət ünvanlasamda heç bir müsbət nəticəsi olmamışdır. Cənab Prezidentimizin sərəncamı ilə təyin olunmuş nazir, öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə, vətəndaşın dövlətə olan inamını məhv edir. Belə məmurlar haqqında vaxtında tədbir görülsə, əlbəttə neqatif halların qarşısı vaxtında alınar, görülmüş tədbirlərdəndə başqalarıda özləri üçün ibrət dərsi götürərdilər... Vətəndaşların Müraciətləri Haqqında Qanunun işlək vəziyyətdə olmaması səbəbli, məmur özbaşnalığı hökm sürməkdə davam edir !

t.ədalət 2023-01-22 12:23:28

Tək Vasif Talıbov deyil, .YAP kadrlarının əksəriyyəti bu tipdədir.

Hadı 2023-01-22 10:02:57

Debildir. Sadəcə inanmırdı ki, bu qədər qanunsuzluqlar etsə də, dövlətin vəsaitlərini dədə malı kimi yesə də, xalqa qarşı ən rəzil, alçaqlıqlar etsələr də buna gözün üstə qaşın var deyilməyib. Vasif bunu gözləmirdi..

Moshu 2023-01-22 08:10:01

Bu lətifəni yəqin ki, çoxları eşidib. Bir ləzgi dostuna kənd yerinə qonaq gəlir. Evinə getdiyi dost qonağı yüksək səviyyədə qarşılayər və əlindən gələni edir. Axşam saatlartında qonaq gələn görür ki, pəncərənin qarşısından bir nəfər tüfəngi çiynində o yan bu yana var-gəl edir. Qonaq ev sahibindən soruşur ki, bu adam kimdir pəncərənin qabağından var-gəl edir? Dosstu cavabında deyir: bu mənim qonçumdur, söz verib ki, mənim qonağımı öldürəcək. Sən narahat olma, o, mənim bir qonağımı öldürsə mən onun iki qonağını öldürəcəm. Bilmirəm, bəlkə də uyğun olmayan lətifə oldu. Ancaq bildiyim opdur ki, bizim hakimiyyət, hüquq-mühafizə orqanlarımız bu 27 ildə görmədilərmi Vasif Talıbov hansı yuvanın quşudur: Bu quş deyilmiş, əsl bayquş imiş. Gəldik növbəti məsələyə. Qüdrət Həsənquliyev müsahibəsində qeyd edir ki, “Əlbəttə, Vasif Talıbovu güc strukturunda, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək.” Bu gün dövlət orqanlarında Vasif Talıbovun yerləşdirdiyi kifayət qədər mini Vasif Talıbovlar var ki, onlar da Prezidentin ayağının altını qazırlar və belə davam edəcəklər. Onları axtarıb tapmağa lüzum yoxdur. Bu “kadrlar” hamıya məlumdur. Onlar Prezidentin Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə, güc strukturlarında “fəaliyyət” göstərirlər, özü də rəhbər vəzifələrə yiyələniblər. Ona görə də idarəetmə yazıq gündədir. Əsasən də hüzr məclislərində, ölü qalır kənarda, hamı Vasif Talıbovu müzakirə edir. Hamı Prezidentdən çox şeylər umur. Məlumatsız olmalarına görə də hərə bir cür versiya irəli sürür. Kimi deyir 1 milyard yeyinti olub, baqşa birisi 5-10 milyard deyir. “... Bizim evimizi yaltaqlıq və məddahlıq yıxır. Həmin məclislərdən birində Vasif Talıbovun hüquq fakültəsində bir imtahanının necə verilməsindən danışılırdı, mənim üçün də maraqlı oldu. Hüquq fakültəsində Məsumə Məlikova adlı kafedra müdiri var, əməkdar hüquqşünasdır, elmlər doktorudur, nadir nəzəriyyəçilərdəndir. Vasif Talıbova qiymət yazmırmış, hansı biliyinə görə yazsın? Kifayət qədər nüfuzlu insan idi bunu danışan, tanıya bilmədim. Dedi ki, Məsumə xanıma elə təsir göstərdilər ki, axırda xanım məcbur olub ona qiymət yazdı. Bu da bizim gözü kor olmuş idarəetməmiz. İdarəetmədə çevik islahatlar aparılmalıdır. Əks təqdirdə ......!???????

Həsənquliyevə 2023-01-22 01:57:31

Niyə başda oturdulan Naxçıvanlıların səsi çıxmırdı? başları alverə,mənimsəməyə,korrupsiyaya qarışmışdı,buna həvəsiniz olmayıb?Axı görünən kəndə bələdçi lazım deyil.İş açılandan sonra bülbül kimi ötürsünüz.

Son yazılar