XARİCİ KƏŞFİYYAT PUTİNİ DİNLƏYƏ BİLİRMİ? – “Kağız qovluqlardan istifadə edir, smartfondan imtina edib...”

“Prezident Vladimir Putin üçün informasiya materiallarının hazırlanmasında hələ də çap edilmiş məlumatlardan ibarət kağız qovluqlardan istifadə olunur. Ancaq Prezidentin özü bəzən internetdə məlumatlara baxır və ya televizordan istifadə edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Prezidentin köməkçisi Dmitri Peskov jurnalistlərin suallarına cavab olaraq deyib. “Rusiya Prezidenti Vladimir Putinin kompüter avadanlığı tələb olunan təhlükəsizlik səviyyəsinə cavab verir”, - o qeyd edib.

Peskov xatırladır ki, əgər insanın mobil telefonu varsa, o, tam şəffaflığa, öz həyatını ictimaiyyətə nümayiş etdirməyə hazır olmalıdır. Buna görə də Vladimir Putin smartfondan istifadə etmir. Rusiya mediasının yazdığına görə, Putin ofisindən kənarda telefon danışıqları üçün adi smartfondan daha iri olan xüsusi mobil cihazdan istifadə edir. Cihaz – siqnalın müəyyən edilməsi, telefon dinləməsi kimi bir neçə səviyyəli mühafizə sistemi ilə təchiz edilib.

Məsələni araşdırarkən “Moskovski Komsomolets” məlumatlı mənbəyə istinadən yazmışdı ki, Putinin avtomobilində bütöv bir telefon stansiyası var. Əgər Prezident ofisdə deyilsə və sabit xətli telefondan uzaqdırsa, telefon əlaqəsi bu üsulla təmin edilir.

Mənbənin dediyinə görə, Putinin telefon danışıqlarına nəzarət Rusiya Federal Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Xidmətinin səlahiyyətindədir. Bu, ölkədəki ən məxfi qurumdur: “Putinin başqa dövlətlərin rəhbərləri ilə rəsmi söhbətinin dinlənilməsi ehtimalı sıfıra bərabərdir. Ümumiyyətlə, Rusiya Federal Mühafizə Xidmətinin xüsusi rabitə bölməsi hərbi peyklərdən istifadə edir. Siqnal xüsusi üsullarla şifrələnir. Kimsə siqnalı tutsa belə, şifrəni açmaq bir ildən çox vaxt tələb edəcək. Bu, niyə Putinin telefon danışıqlarının bir dəfə də belə, xarici kəşfiyyat xidmətləri tərəfindən dinlənilmədiyi və ya ictimaiyyətə açıqlanmadığı sualının cavabıdır”.

“AzPolitika.info”

635x100

Şərhlər

qaraguruh 2023-01-25 17:13:27

xüsusi rabitə--və danışıqların gizli olması rusiyada hele ssri dövründən xüsusi aparatlar vasitəsi ilə heyata keçirilib ki bu aparat və avadanlıqla elə indinin özünde belə coox olkelerde yoxdur

Son yazılar