RUBEN VARDANYAN MOSKVAYA QAÇIB - Onun Qarabağdan necə çıxdığı açıqlandı (Yenilənib)

Ermənistan mətbuatında yayılan məlumata görə, Xankəndidəki qanunsuz rejimin iflasa uğramış “dövlət naziri” Ruben Vardanyan Moskvaya qaçıb. Caliber.Az bildirir ki, yaylan bu məlumatlara etibar etmək olar.

Üstəlik, vurğulanır ki, Vardanyan nəinki Azərbaycan ərazilərini tərk edib, o, sözün həqiqi mənasında aradan çıxıb. “Əldə etdiyimiz məlumata görə, o, Qarabağdan Rusiya sülhməramlı kontingentinə məxsus yük maşınının kuzovunda, Rusiya hərbçilərinə məxsus olan və təkrar emal üçün geri göndərilən, tər iyi verən alt paltarlarının və çirkli uniformaların arasında qaçıb.

Görünür, Vardanyanın yalnız ona (və bəlkə də RSK-ya) məlum olan bir növ xüsusi fetişi var. Daha sonra o vaxtilə xüsusi tapşırıqla gəldiyi ünvana – Moskvaya göndərilib”.

“Beləliklə, “Vardanyan layihəsi”ni rəsmi olaraq süquta uğradılmış hesab etmək olar. Bu, ilk növbədə Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində baş verdi.

Əgər Ruben Vardanyan başqa bir layihə ilə Qarabağa qayıtmaq qərarına gəlsə (bu, çox zəif ehtimaldır), o zaman bu, Bakı tərəfindən “casus belli” kimi qiymətləndiriləcək və ordumuzun müvafiq, ildırımsürətli hərəkətləri ilə qarşılanacaq”, - müəllif qeyd edir.

***

Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.

“Report” xəbər verir ki, məlumatı “Caliber” yayıb.

Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb.

635x100

Şərhlər

ƏNHU 2023-02-09 22:55:20

Ruben kimi bir xuliqanın adının rəsmi dairələr tərəfindən dilə gətirilməsi dövlətçilik ərkanına sığan məsələ deytil. O ki qaldı onun sərhəddi necə keçməsinə tamamilə haqlısınız. Onu sülhməramlılar oğrun yolla keçiriblər. Bizimkilərin isə sülhməramlılara -niyə gözün üstə qaşın var deməyə cürəti çatmır və Ukrayna müharibəsi başa çatmayana qədər çatmayacaq.

Yamən Azəri 2023-02-08 12:27:08

Dəyərli Vətəndaşlar-Senan, t.ədalət, ƏNHU, üzr istəyirəm, biz nə vaxtacan öz daxili hüquqi hərəkətsizlik günahımızı sərhəddimizdən kənara sırıyacağıq? Məgər, keçilməz sərhədd Sərhəd Xidmətimiz R.Vardanyanı saxlayıbmı, Azərbaycan Prokurorluğumuz əcnəbi terrorçuya İstintaq işi qaldırıbmı, yaxud Polisimiz onu İnterPolun axtarışına veribmi ki, O, da hürküb qaçsın? Köçəryan, Sərkisyandan sonra Azərbaycanın 3cü SƏRBƏST *milli qəhrəman* vətəndaşı olmurmu?

dadaşyev 2023-02-08 01:13:47

Aaaaa!Bu da qaçqın oldu ki!Heç demə bu köndələn kütlənin bura gəlməkdə məqsədi qaçmaq imiş ki,qaçıb Moskvada qaçqın statusu alsın.Qaçmasa kimdi buna status verən?O statusla da yaşa da o boyda Rusiyada.Yağlı vəzifələr,villalar,40 levı kartla aybaay bankomatlardan minlərlə dollar müftə pul.Kül bunun cöngə başına!Elə bilib hər yerdə qaçqınlar bizdəki kimi bəxtəvər yaşayır?

ƏNHU 2023-02-07 21:09:28

Rusiyanın xirdəyindən yapışmaqlazımdır. Bildirilməlidir ki,sizin sülhməramlılar silhməramlı yox əməlli-başlı terror dviziyasıdır.. Biz ancaq onları terrorçuları müdafiə və mühafizə edən kimi görmüşük. Yığışdırın şələ-külənizi cəhənnəm olun ölkədən. Öz də tez olun!

t.ədalət 2023-02-07 20:07:36

İndi,görün,Putin nə qədər fırıldaq bir işğalçıdır ki, demişdi ki,guya,Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb.Hanı bəs?Vardanyan yenə də çıxdığı deşiyə girdi.Görək,Putin deşikdən indi hansı vardanyanı çıxaracaq?

Senan 2023-02-07 18:36:54

nəcis nəcisə qarışıb.... nəciz daşıyan maşında aradan çıxıb

Son yazılar