“BƏZİ ÖLKƏLƏRƏ QULAQBURMASI VERƏ BİLƏRİK...” – İran səfiri başından yekə danışıb

İran hakimiyyəti müdriklik göstərir və bəzi kiçik dövlətlərin müxtəlif məzmunlu təxribatlarına uymur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri fevralın 9-da İrəvanda ikitərəfli münasibətlərə həsr olunmuş «elmi» konfransda ərz eləyib. Xəbəri erməni KİV-i yayıb.

Molla-diplomatdan xahiş ediblər ki, bu yaxınlarda Azərbaycan mətbuatında yayılmış belə bir xəbəri şərh etsin ki, Ermənistan və İran guya, Azərbaycana qarşı birgə hücum əməliyyatı hazırlayır.

İran səfiri «dərhal bir salavat çevirərək» ciddi görkəm alıb da irad eləyib ki, Tehran və İrəvan bütün istiqamətlər üzrə sıx əməkdaşlıq edir və əgər elə sferalar varsa ki, qarşılıqlı fəaliyyət sahəsindəki informasiyalar açıqlana bilməz, deməli belə də olmalıdır.

«İran həmin kiçik ölkələrə kiçik bir qulaqburması verə bilər ki, onlar İran üçün problem yaratmağa çalışırlar. Amma İran hakimiyyəti emosiyaların təsiri altında hərəkət etməyə üstünlük vermir. Onlar kifayət qədər müdrikdirlər və öz hərəkətlərində təmkinlidirlər» - səfir-molla bildirib.

Zohurinin sözlərinə görə, iran tərəf heç vaxt bölgədə situasiyanı gərginləşdirməyə can atmayıb (Sadəcə məzhəb pərdəsi altında gizlicə xaç çevirərək, «saman altından su yeridib»). Bu kontekstdə o, bölgə KİV-ni əlavə gərginlik yarada biləcək səs-küylü başlıqlara və məqalələrə can atmamağa çağırıb. Başqa sözlə, bu əmmaməsiz molla demək istəyib ki, hər millət hansı dinə qulluq etməyi özü seçir ki, İran da eləcə, şiə olsa da, pərdə arxasında «vartan respublikası»dır və vaxtlı-vaxtında müqəddəs xaçı öpür. Molla diplomatiyası Qərb diplomatiyasından məhz bu xüsusiyyəti ilə fərqlənir və onlardan qabaqdadır.

Zohuri daha sonra deyib: «Hərbi vəziyyətə gəlincə, sizi əmin edirəm ki, İran bölgədəki bütün həmsərhəd reallığı diqqətlə izləyir».

Vəssalam, molla üçün bundan artığı mümkün də deyil, belə ki, “vartan dövləti” «inək südünə görə mələyər» deyimini bir an da unutmur. Başqa sözlə, əgər ehsan yeməkdən künəsi irilmiş molla NATO deyilən alyansdan ehtiyat etməsəydi, indi çoxdan «kiçik dövlətlərə» hucum etmişdi. Sadəcə, qorxu çox köpəkoğlu şeydir.

Başından yekə danışmaq isə pulla deyil, kefi istəyən zəvzəyə bilər…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

qaraguruh 2023-02-14 03:23:04

осел некогда не умрет как лошад

Müslüm İmanlı 2023-02-11 16:33:20

Yer üzünün şüurlu heç bir vətəndaşı və canlı aləmi son bir əsrdə hər 25-40 ildən bir öz doğma yuvası-məskənindən deportasiya zoruna və (öz vətənində belə) etnik soyqırım terroruna məruz azərbaycanlılara və ərazisinin azı 20 %i viranə edilmiş Azərbaycana həsəd belə aparmaz? Bu müsahibələr Sadəcə, 1986cı ildən Ağ ev ətrafında, Avropa, Paris və Kremldən Tehrana qədər hay-daşnaq köləsinə çevrilmiş vəzifə qullarının yalaqlığıdır!

Camal 2023-02-11 12:18:12

iran ermənistan qarşısında quyruq bulayaraq fransaya yaltaqlanır...

Roma 2023-02-11 11:43:49

Belə bir məsəl var: "deyir filənkəsin qulağının bir qulağının dibi qalıb, inanın ki, bunun qulağının heç dibi də qalmayıb, qalıbsa da, göndərin Şəkiyə, Hacı dayının yanına, o əlac edər...""

dadaşyev 2023-02-10 23:00:42

Bu qatıq gənc vaxtlarında işğal altında olan torpaqlarımızdakı evlərimizin damını,qapı-pəncərəsini,darvazasını,avtafasını oğurlayıb aparıb İrana ki özünə ev tiksin,bax onda damdan sürüşüb yıxılıb,başı dəyib daşa-quma.Beyin silkələnməsi keçirib.Aparıblar Səkinə həkimin yanına,Səkinə həkimin də qəfəsdə quşu olub,deyib nə quşuma.Deyiblər ayıbdu,yekə arvadsan,özün də həkimsən,baxsana gör harası ağrıyır.O da deyib haran ağrıyır,bu deyib tüküm.Deyib nə yemisən?Deyib donmuş avtafa buzuynan çörək.Səkinə həkim də hirslənib ki, bu eşşəyi mənim yanıma niyə gətirmisiz a balam,mən bəyəm mal həkimiyəm,bunun nə yeməyi adam yeməyidi,nə xəstəliyi,aparın özü kimilərin yanında hərlənsin fırlansın,gününü keçirsin.Elə olub göndəriblər bunu ermənistana səfir.

Oxucu 2023-02-10 17:40:54

Düzıliş: Məqalədə "əmmaməsiz molla" yox, "papağı boş qalmış molla" yazılsa idi daha doğru olardı.

Türk 2023-02-10 15:08:20

Erməni-fars-rus Türkün düşmənidir. Başqa nə gözləmək olar onlardan

t.ədalət 2023-02-10 11:49:17

Nə dəhşət,nə murdar sifəti var.Fikri də zir-zibildən fərqlənmir.

Türk Turan 2023-02-10 08:39:41

Mollaların qulaqlarının dibi qaşınır. Baxmarıq zəlzələyə, yasımıza dəmir yumruqla başınızı əzərik! Ağıllı olun!

Eli 2023-02-10 00:47:34

İran memurlarını eslinde Ermenistanın taleyi yox,Qarabağda narkotıcaretden elde etdikleri millionların elden getmesi maraqlandırır ve bşze de ona göre kinlidirler.Qaldı dine onlar müselman deyil ermenidir,müselman olsalar müqeddes mescidlerde donuz saxlayanlarla bele qardaş olmazlar.

Eli 2023-02-10 00:36:24

Bu İran İslam respublikası bütün İslam dünyadına bir lekedir,yallnız Ermenistanla qardaşlıpı faktı onların hansı eqide sahşbi oldıqlarını sübut edir.

Son yazılar