Menu

TÜRKİYƏDƏKİ BİRİNCİ ZƏLZƏLƏ 85 SANİYƏ DAVAM EDİB – Yeni görüntülər ortaya çıxdı + VİDEO

14.02.2023, 15:00
TÜRKİYƏDƏKİ BİRİNCİ ZƏLZƏLƏ 85 SANİYƏ DAVAM EDİB – Yeni görüntülər ortaya çıxdı + VİDEO

Kahramanmaraşda baş verən və 10 bölgədə hiss edilən dəhşətli zəlzələnin dağıdıcı təsirinin ən şiddətli olduğu vilayətlərdən biri olan Hatayda rəsmi dövlət qurumlarındakı kameralar vasitəsilə qeydə alınan yeni görüntülər ortaya çıxıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, generatorla işləyən təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə gecə baş verən 7, 7 bal gücündəki ilk zəlzələnin düz 85 saniyə davam etdiyi görülüb.

Zəlzələnin 75-ci saniyəsindən sonra yeraltı təkanların yavaş-yavaş zəifləməyə başladığı məlum olub.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol