VARDANYAN XANKƏNDİNƏ NİYƏ QAYTARILDI? – “Bu, Kremlin Azərbaycana qarşı təxribatlarının davamıdır”

“Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir”.

Bunu politoloq Elxan Şahinoğlu erməni separatçı və kriminal milyarder Ruben Vardanyanın Xankəndinə qaytarılmasını "AzPolitika.info"-ya  şərh edərkən deyib.

Xatırladaq ki, Vardanyanın Xankəndinə qaytarılması xəbərini “Caliber”in “Telegram” kanalı yayıb. Kanal Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırdığını iddia edib.

Ekspert vurğulayır ki, Rusiya rəsmiləri Azərbaycanla “strateji tərəfdaşlıqdan” ağız dolusu danışsalar da, erməni separatizminə dəstək verməklə dövlətimizin ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər.

Elxan Şahinoğlununun sözlərinə görə, bu suallar açıq qalır:

“Ruben Vardanyanı hansı məqsədlə Moskvaya çağırmışdılar?

Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib?

Moskvanın Ruben Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir?

Erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edir və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. Rusiyalı rəsmilər və diplomatlar heç zaman suallara aydınlıq gətirmirlər”.

Təhlilçi xatırladır ki, Ruben Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasıyla eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və rəsmi görüşlər keçirib.

“Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə Xovayevin “sülh” barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz bununla heç bir zaman razılaşa bilmərik” – deyə, E.Şahinoğlu bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Davudov 2023-02-15 16:50:29

AZərbaycan ərazisinə sahib olmalıdır ki, orada seperatşı,filan qalmasın. Halva-halva deməklə ağız şirin olmur.Kənardan baxım şüar qışqırmaqla məsələ həll olmur! Əməli işə keşilməlidir.l

Vətəndaş 2023-02-15 16:45:35

Vardanyan məsələsi 5-ci kolon üzündən bu hala gəlib.'

t.ədalət 2023-02-15 08:34:00

Vardanyan Xankəndindən getmişdi ki?Sadəcə,Putin ona regionda fitnə-fəsad törətmək üçün yeni təlim keçmək üçün Moskvaya dəvət etmişdi.Görünür,erməni küçüyü regionda hansısa qarışıqlıq planı quracaq.

aydamir 2023-02-14 21:52:29

Cənab Politoloq, Azərbaycanın Zəfər, Ermənistanın Hərbi işğaldan İmtina, Kremlin 9-10 Noyabr Razılaşması daha hansı Mühüm Problemləri həll edib ki, Sülhməramlılar belə Azərbaycanın yuxarı Qarabağ səlahiyyətləri bərpa edə bilməyib? Əlbəttə, orada separatçı qalıqlarının qalması nəinki, dövlət müstəqilliyini pozur, eləcə də hər üç ölkə üçün təhlükəlidir?

dəmir 2023-02-14 17:44:32

Moskva Qarabağı əldə saxlamaq üçün hər şeyi edir və edəcək. Vardanyanlar isə Rusiyanın siyasətində alətlərdir. Onlar həmişə olub, yenə də olacaq. Vardanyan getsə də, başqasını göndərəcəklər.

Son yazılar