PUTİN PARANOYAK OLUB... – Təyyarəsinin vurulacağından qorxduğu üçün zirehli qatarla səyahət edir

Rusiya Prezidenti Vladimir Putin təyyarəsinin izlənməsindən və vurulacağından qorxduğu üçün indi xüsusi hazırlanmış zirehli qatarlarla səyahət edir.

“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Putin təhlükəsizliyi ilə bağlı alınan bütün tədbirlərə baxmayaraq, hələ də narahatdır.

“Daily Mail” yazır ki, Putin 2021-ci ilin ikinci yarısından, Rusiya qüvvələri Ukraynanı işğal etməyə hazırlaşandan bəri bu qatardan istifadə etməyə başlayıb. Putinin qatarı boz və qırmızı rənglərlə kamuflyaj edilib. Bu qatar Rusiyanın adi sərnişin qatarına bənzəyir və vizual olaraq demək olar ki, onlardan fərqlənmir. Qatarın yan tərəfində Putinin yaxın tərəfdaşı Yuri Kovalçukun sahibi olduğu iddia edilən “Grand Service Express” şirkətinin loqosu var.

Xəbərdə qeyd olunur ki, qatarın təyinat yerlərinə sürətli şəkildə çatması üçün ərazidəki digər qatarların hərəkəti məhdudlaşdırılır. Bundan əlavə, Putinin iqamətgahlarının yaxınlığına isə gizli dəmiryolu şəbəkəsi çəkilib. Belə bir stansiya və gizli dəmiryolu xətti ölkənin şimal-qərbində Novqorod vilayətindəki Valday milli parkı ərazisində, oradakı prezident iqamətgahı yaxınlığında çəkilib. Daha bir dəmiryolu stansiyası 2015-ci ildə Moskva yaxınlığındakı Novo-Oqaryovoda, Putinin iqamətgahının 400 metrliyində tikilib.

Bu barədə rusiyalı müxalif jurnalist İlya Rojdestvenski bildirib ki, təcavüzkar bir ölkənin prezidentinin təhlükəsizliyi ilə bağlı narahat olması başadüşüləndir: “Putinin adətən hava yolu ilə getdiyi bir neçə iqamətgahı döyüş fəaliyyəti səbəbindən uçuşların əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı ərazidə yerləşir. Yəni, əgər Prezident Gelencik yaxınlığındakı sarayına baş çəkmək istəyirsə, onun təyyarəsini vurmaq cəhdinin olmayacağına zəmanət yoxdur. Ona görə də onun ekspress qatarlarla səyahət etməsi anlaşılandır”.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-02-15 10:59:26

Arada gəzən söz-söhbətə görə,guya,Putin daha çox Abşeronda - Xəzərin Nardaran sahillərində girələnir.Guya, lazım gələndə,onu "podvodnıya" çatdırmaq üçün xüsusi sürətli bir qayıq da həımin sahildə var..

kasıb 2023-02-14 22:39:34

Şeytan Putik şalvarı doldurub ki qorxusundan. Diktatorlar canlarını belə çox istəyirlər. 100 minlərlə cavan ölür heç vecinə də deyil. Kaftar vaxtında isə öz canını belə qoruyyur

Son yazılar