"VASİF TALIBOV TİPLİ ƏXLAQ SAHİBLƏRİ İSƏ..." - "Bəlkə də, oğlanlarının adına Dubayda küçə də var"



"Vasif Talıbov tipli əxlaq sahibləri isə dövlətin milyardlarını mənimsəyib oğlanlarına xeyriyyəçilik edir. Bəlkə də, onun oğlanlarının adına Dubayda küçə də var..."
"AzPolitika.info” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev öz "facebook" səhifəsində paylaşdığı yazıda qeyd edib.
Deputatın həmin yazısını təqdim edirik: "Pakistanlı bir milyonçu, qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı 30 milyon dollar yardım edib. Yazılanlara görə, kim və nəçi olduğunu da bildirməyib. Qərbdə və Amerikada xeyriyyəçilik əsl comərdlikdir, bəşəriyyətə örnəkdir. Bu yaxınlarda Bill Geytsin həyat yoldaşı Melinda Geytsin maraqlı müsahibəsini oxudum.
Jurnalist: Uorren Baffett sizə zəng edib deyəndə ki, xeyriyyəçilik missiyanızı davam etdirmək üçün 50-60 milyard dollar bağışlayıram, siz ona hansı cavabı verdiniz?
M.Geyts: "Bu zəngdən sonra mən Billə gəzintiyə çıxdım və hər ikimiz ağladıq. Biz Uorrenin ağlasığmaz səxavəti ilə üzbəüz qaldıq. Uorren artıq bilirdi ki, biz xeyriyyəçilik üzrə daha böyük işlər görə bilərik. Bu həm də səmimi dostluğun bariz nümunəsi idi."
Xeyriyyəçiliyin fəlsəfəsi budur. Amerikada yaşayan milyonçu bu cəmiyyətdə dəyərlərə sahib çıxıb.
Alfred Nobel nümunəsi də var. Bu böyük xeyiriyyəçi milyonlarını Fond yaratmağa yönləndirdi və artıq 122 ildir ki, Nobel mükafatları dünyanın ən möhtəşəm mükafatı kimi nüfuzunu qoruyub saxlayır.
Vasif Talıbov tipli əxlaq sahibləri isə dövlətin milyardlarını mənimsəyib oğlanlarına xeyriyyəçilik edir. Bəlkə də, onun oğlanlarının adına Dubayda küçə də var. İsveçrənin bahalı saat brendləri Talıbovun oğlanlarının hesabına böhrandan çıxıblar.
Görəsən, nə vaxtsa şahidi olacağıqmı ki, azərbaycanlı milyarderlərdən biri məktəb, yaxud bağça tikib uşaqların ixtiyarına versin, istedadlı gənclərin təhsilinə pul xərcləsin, yaxud pakistanlı milyonçunun davranışını nümayiş etdirsin...
P.S. Milyonçularımızdan məktəb təsis edənlər var, ancaq övladlarının varlanması üçün bunu ediblər. Dövlət babamızın pulu hesabına yaratdıqları məktəblərində vətəndaşlarımıza çox bahalı "təhsil" verirlər..."
Şərhlər
Gələni öy, gedəni söy prinsipi vəzifə almaq və pul qazanmaq üçün vasitə olmaqdan çıxmayana qədər bu məmləkətə çarə tapılmaz.(
Talıblara xeyriyyəçilik yaraşmaz Buraxın öz kiçik və kirli hislərinin, küçə və məişət intriqalarının yanında qalsınlar. Onların əlindən çörək alıb yemək zəlzələnin dağıntıları altında qalmaqdan daha betərdir. Tfular olsun.
YAP hakimiyyətinin məmurlarının əksəriyyəti təmsil olunduqları siyasi hakimiyyətdən çox sabahkı taleləri üçün oğurladıqları və taladıqları pula güvənirlər.Ona görə də Vaso Talobi kimi əməlləri ilə ətraflarını murdarlayırlar.Fikirləşirlər ki,ölkədən qaçırdıb xaricdə "yerbəyer etdikləri" milyardlar onların gələcək həyatlarının zəmanətidir.Ancaq,unudurlar ki,vətəndən uzaqda oğurladıqları pulları itirib "Beq" filminin xaricdə yaşayan qəhrəmanları kimi küçədə şalvarsız qalacaqlar.
Bəlkə iranda da var onların adına kūçə Naxçıvan torpağını boş yerə satmayıb ki....
Vaso Talobi xeyriyyəçiliyi Farsistana Kürdüstana edər. Türkü bəlkə də düşmən gözündə görür o parazitlər hansı ki düşüblər qanımıza canımıza soorurlar axırıncı damlaya kimi.
Bizdə milyarder yoxdu,ay rəhmətliyin oğlu,bizdə büdcə talamağına göz yumularaq milyarder qayrılanlar var,qoy Qərbdə elə bilsinlər bizdə də kapitalizmdi.Əslində isə bizdə nə kapitalizmdi,nə sosializmdi,nə feodalizmdi,bizdə qəbilə-tayfaizmdi,hələ tayfalar birləşməlidi ki,biz də adam olub ümumbəşəri keyfiyyətlərə nail olaq.Çindən də pul göndərdilər Türkiyəyə yardım olaraq.Bizim başabəla büdcə gəmiriciləri niyə susdular?Zəlzələ başlayandan Türkiyəyə dövlətimiz və xalqımız yardım etdi.Amma gəmiricilər tayfasından tık deyə səs çıxmadı.Halbuki qatbaqat villaların,sıralama Jeep-lərin sahibləridirlər.Verməzlər,çünki manatları çıxanda canları çıxar.Onlar tıs-tıxama yeyib içməkdən və tualetə gedib yediklərinin həzmə yaramayan hissələrini boşaltmaqdan başqa bir p-xa yaramayan bəşər artıqlarıdır.
Bu ölkədə hegomon millət əslində biz Azərbaycan Türkləriyik. Ancaq biz öz millətimizə sahib çıxa bilmirik. . ...Ona görə də milyardlarla trilyonlarla gəliri olan bir ölkədə biz pis gündəyik acından ölürük. Varımızı pulumuzu da bizdən olmayanlar yeyirlər. Biz isə millət ola bilmirik ....