“MİLYARDER ERMƏNİ “JULİKİ” PUTİNƏ QARABAĞI TƏKLİF EDİR...” – Putin fevralın 21-nə nə planlaşdırır?

Məlum olduğu kimi, fevralın 21-də Vladimir Putinin Rusiya Federal Məclisinə müraciəti, fevralın 22-də isə Dumanın və Federasiya Şurasının növbədənkənar toplantıları gözlənilir. Rusiya başçısının nəsə planlaşdırdığı və bunu həmin günlərdə elan edəcəyi barədə müxtəlif mülahizələr irəli sürülməkdədir.

Tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski bu mövzuyla bağlı açıqlamasında maraqlı məqamlara toxunub. Rusiyalı müxalif hüquqşünas Mark Feyqinin kanalına danışan Piontkovski deyib ki, Putin həmin gün Rusiyanın MDB məkanında yaratdığı separatçı qurumları rəsmən Rusiya ərazisinə qatmaq barədə qərar imzalaya bilər. 

fikrincə, bu nə qədər absurd görünsə də, Kreml rəhbərliyindən hər şey gözləmək olar: “Birincisi, həmin gün Putin Ukraynaya müharibə elan edə bilər. Yeri gəlmişkən, belə bir qanun layihəsi çoxdandır Dumada dolaşır və “vətənpərvərlər” bunu ondan tələb edirlər... Eyni vaxtda, fevralın 22-də Abxaziya və Cənubi Osetiyanın “prezidentləri” Moskvaya çağırılıblar... Hər şey ola bilər. Lənət şeytana, niyə də Cənubi Osetiya ilə Abxaziyanın Rusiyaya birləşdirilməsi barədə qərar verməsin? Düzdür, bununla heç nə dəyişməyəcək, amma siyasi baxımdan bu, (Rusiya auditoriyası üçün)“əhəmiyyətli qələbədir”. Fevralın 20-nə isə Lukaşenkonu çağırıb. Bəlkə, Putin başını o dərəcədə itirib ki, Lukaşenkonu da birləşməyə məcbur etməyə çalışacaq? Daha nə? Orada hansısa milyarder erməni “juliki” Vardanyan çoxdandır ona “dağlıq Qarabağı” (Rusiyaya) birləşdirməyi təklif edir...”

Piontkovski əlavə edib ki, Kreml sahibindən hər cür ağılsız qərar gözləmək olar. Ona görə ki, Ukraynada döyüş meydanında heç bir uğur qazana bilməyən Putin məğlubiyyətlərin Rusiya cəmiyyətinə təsirini azaltmaq üçün hansısa populist qərarlara əl ata bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2023-02-17 12:55:01

Bunları kənardan baxan politoloq görür bizimkilər hələ də Kremlin qulluğunda dayanmağı özlərinə peşə seçiblər ,Vardanyan Qarabağa gələndə əksər insanlar bunun sonu pis olacaq söylədilər ,yazdılar ,yaltaqlar hər şey bizim nəzarətmizdədir dedilər ,hökumət lal-kar oldu ,sonra ayıldılar şüvən qoparmağa başladılar ,indidə utanmadan Vardanyanın necə Moskvaya getdiyini ironya ilə söyləyirlər,getdi və gəldi indi sözünüz nədir ,«hörmətli» Milli Məclis

Roma 2023-02-17 11:52:35

Qələt edir, başını daşa döyür vartanyan da, putin də...Qarabağ nə vartanyanın nə də putinin babalarının yurdu, vətəni olmayıb və olmayacaqda...

Son yazılar