SON ZƏLZƏLƏNİN ANBAAN GÖRÜNTÜLƏRİ YAYILDI - Səmada qəribə işıqların yaranması nə ilə bağlı olub? + VİDEO

Ötən gün Bakı vaxtı ilə saat 21:04-də Türkiyənin Hatay vilayətində 6.4 və 5.8 bal gücündə ardıc zəlzələlər baş verib, daha sonra isə 5 bal ətrafında afterşoklar qeydə alınıb.

“AzPolitika.info” xəbər verir ki, zəlzələ anına dair sosial şəbəkələrdə paylaşılan və böyük müzakirələrə səbəb olan videolarda səmada müxtəlif işıqların yarandığı görünüb.

Sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, səmada yaranan işıqlar ABŞ-ın HAARP sistemi ilə əlaqədardır. Bu iddialara görə, HAARP sistemindən tektonik silah kimi istifadə edilə bilər və hər hansı bölgədə süni zəlzələlər yaratmaq olar.

Lakin geoloqlar zəlzələ zamanı səmada görünən işıqları elmi şəkildə izah edərək, bu iddiaları təkzib edirlər.

Geoloqlar bildirirlər ki, yerin altında toplanan enerji, suxurları təşkil edən bəzi mineralların elektrik xüsusiyyətlərinin dəyişməsinə səbəb olur. Qırlma xəttində baş verən tektonik hərəkətlər zamanı toplanan enerji sərbəst buraxılır və elektrik dəyişikliyi nəticəsində bu cür parıltılar meydana gəlir. Həmçinin qeyd olunur ki, bu cür işıqlar Yer kürəsində baş verən zəlzələlərin yalnız 5 faizində görünür.

Ancaq maraqlıdır ki, sözügedən işıqlar daha öncə Kahramanmaraş, Elazığ və Düzce zəlzələləri zamanı da ortaya çıxmışdı.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar