“KİM ÇEN ININ 10 YAŞLI VARİSİ...” – Şimali Koreyanın yeni lideri o olacaq? + FOTOLAR

Son günlər Şimali Koreya Prezidenti Kim Çen Inın tez-tez rəsmi tədbirlərdə qızı Ju Ae ilə görüntülənməsi böyük marağa səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, artıq beynəlxalq KİV-lər Ju Aenin Kim Çen Inın yeni varisi olduğunu, atasından sonra Şimali Koreyanı onun idarə edəcəyini iddia etməyə başlayıblar.

Pxenyan mənbələrinə görə, 10 yaşında olduğu təxmin edilən bu qızla bağlı çox az sayda məlumat mövcuddur. Hətta onun adının Ju Ae olması belə son günlərə qədər kiçik bir ehtimal idi. Lakin bu yaxınlarda ölkənin bəzi şəhərlərində Ju Ae adının istifadəsinə qoyulan qadağa bu ehtimalın gerçəklik payının artmasına səbəb oldu.

Qərb mətbuatı yazır ki, Kim Çen In ilk dəfə qızı ilə ötən ilin noyabrında görüntülənib. Həmin vaxt Şimali Koreya lideri qızı ilə birlikdə qitələrarası ballistik raketin sınağını müşayiət ediblər.

Bir neçə ay sonra, Şimali Koreya ordusunun yaradılmasının ildönümündə həmin qız da protokolun ön sıralarında olub. Ju Ae sonuncu dəfə ötən həftənin şənbə günü atası ilə futbol matçının tribunasında görüntülənib.

Qeyd olunur ki, Ju Aenin belə gənc yaşda tez-tez görüntülənməsi Kim ailəsinin ənənəsinə ziddir. Məsələn, Kim Çen Inın ilk rəsmi fotosu 2010-cu ildə, atasının ölümündən bir il əvvəl dərc edilib. Həmin vaxt Kim Çen Inın 26 yaşı var idi.

Bununla belə, ekspertlər bu iddiaları irəli sürmək üçün hələ tez olduğunu və Şimali Koreyada liderlik kreslosunun adətən oğullar üçün ayrıldığını bildirirlər.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar